Zil-həccə ayının ilk on gününün fəzilətləri

16 July 2025

16:49

۳۲

Xəbərin xülasəsi :
Peyğəmbəri-Əkrəmdən (sallallahu aleyhi və alih) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın ilk ongünlüyü qədər sevimli deyil
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Zil-həccə ayının ilk on gününün fəzilətləri 

Hicri-qəməri zil-hiccə ayı bərəkətli, şərafətli və fəzilətli aylardan biridir. Bu ayda İslam tarixinin bir çox böyük bayramları və təntənəli hadisələri ilə zinətlənmişdir. Peyğəmbəri-Əkrəmdən (sallallahu aleyhi və alih) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın ilk ongünlüyü qədər sevimli deyil. Bu ayın ilk on gününün xüsusi əməlləri vardır, aşağıda onların bəzilərinə işarə edirik:

1. Onun doqquz gününü oruc tutmaq bir ömür orucun savabına bərabərdir;

2. Məğrib və işa namazları arasında iki rükət namaz qılmağın çoxlu savabı vardır; belə ki, hər rükətdə “Həmd” surəsi oxunduqdan sonra bir dəfə “İxlas” surəsi və aşağıdakı ayə oxunsun:

وَ وَاعَدْنَا مُوسَى ثَلاثِينَ لَيْلَةً وَ أَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَ قَالَ مُوسَى لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِين

Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha bi-əşri fətəmmə miqatu rəbbihi ər­bəinə ləyləh, və qalə Musa liəxihi Harunəxlufni fi qəvmi, və əslih və la təttəbi` səbiləl-mufsidin.

“Musa ilə otuz günlük vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: Sən tayfamın arasında mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”

Bu namazı qılan möminə həccdə olmasa belə, həcc ziyarətinin savabı verilər.

3. Möhtəşəm "Məfatihul-cinan" kitabında qeyd edilən, birinci gündən “Ərəfə” gününün əsr çağına kimi,“sübh” namazından sonra və “məğrib” namazından qabaq, eləcə də Cəbrail-Əminin Allah-Taala tərəfindən İsa peyğəmbər üçün hədiyyə gətirdiyi və bu ongünlükdə Məsumlar (əleyhimussəlam) tərəfindən tövsiyə edilən oxunması savab olan digər duaları oxumaq.

Zil-həccə ayının 1-ci gününə məxsus olan əməllər

Zil-həccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur:

1. Oruc tutmaq; birinci günün orucu səksən ayın orucunun savabına bərabərdir.

2. Həzrət Fatimeyi-Zəhranın (əleyha səlam)) namazını qılmaq; bu namaz iki-iki dörd rükətdir və hər rükətdə “Həmd” surəsindən sonra əlli dəfə “İxlas” surəsi və namazın salamından sonra isə xanım Fatimeyi-Zəhranın (əleyha səlam) təsbihi deyilir və daha sonra bu duanın oxunması tövsiyə olunur:

سُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيفِ سُبْحَانَ ذِي الْجَلالِ الْبَاذِخِ الْعَظِيمِ سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيمِ سُبْحَانَ مَنْ يَرَى أَثَرَ النَّمْلَةِ فِي الصَّفَا سُبْحَانَ مَنْ يَرَى وَقْعَ الطَّيْرِ فِي الْهَوَاءِ سُبْحَانَ مَنْ هُوَ هَكَذَا وَ لا هَكَذَا غَيْرُهُ

Subhanə zil izziş-şamixil munif, subhanə zil cəlalil bazixil əzim, subhanə zil mulkil faxiril qədim, subhanə mən yəra əsərən nəmləti fis-səfa, subhanə mən yəra vəq`ət-təyri fil-həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh.

3. Günbatana az qalmış iki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsinin oxunması tövsiyə olunur.

4. Zülmkarın şərindən qorxan insan zil-həccə ayının birinci günü bu duanı oxusa, Allah-Taala onu zülmkarın şərindən qoruyar:

حَسْبِي حَسْبِي حَسْبِي مِنْ سُؤَالِي عِلْمُكَ بِحَالِي

Həsbi, həsbi, həsbi min suali ilmukə bihali.


İltimas dua


Etiketlər :

Zil-həccə ayının ilk on gününün fəzilətləri