Həzrət imam Baqir əleyhissəlamın şəhadəti
16 July 2025
15:18
۳۳
Xəbərin xülasəsi :
Bismillahir-Rahmənir-Rahim
Həzrət imam Baqir əleyhissəlamın şəhadəti
Hicri 1446-cı il zil-hiccə ayının 7-si, miladi 2025-ci il iyun ayının 3-ü imamət və vilayət səmasının 5-ci parlaq ulduzu həzrət imam Muhəmməd-Baqir əleyhissəlamın şəhadət günüdür.
Bu böyük əza və müsibət günü münasibətilə öncə ağamız həzrət imam Məhdi Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün müsəlmanlara xüsusən, Əhli-Beyt əleyhimussəlamın ardıcıllarına təsəlli və başsağlığı deyir, mömin bacı-qardaşlara bu matəm gününü layiqincə qeyd etməyi diləyirik.
İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbləri Baqir Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.
İmam Məhəmməd Baqir (əleyhissəlam) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhissəlamın İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm zöhd (təqva) fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş onun böyük elmi və əxlaqi məqamı dostun da düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər təfsir İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki o vaxtadək İmam Həsən (əleyhissəlam) İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.
İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan elmi müşkülatı həll edən) ləqəbi almışdı.
Həzrət imam Baqir əleyhissəlamın dürəfşan hədislərindən:
Həzrət Peyğəmbər-əkrəm (sallallahu əleyhi və alih) tərəfindən “Baqirul-ulum” (elm zirvələrini fəth edən) ləqəbi verilmiş İmam Baqir əleyhissəlam öz zamanında çoxlu və layiqli şagirdlər tərbiyə etmişdir. Burada o həzrətin nurlu hədislərindən birini hörmətli oxuculara təqdim edirik:
اِصبِروا عَلی اداء الفَرائضِ، وَ صابِرو عَدُوُّکم، وَ رابِطوا امامَکمُ المُنتَظَرِ
“Şəriət hökmlərini yerinə yetirmək çətinliklərində səbirli olun, düşmənləriniz müqabilində dözümlü olun, intizarında olduğunuz İmam üçün hazır olun.”
Mənbə: “Qeybəte Nəmani” və “Yənabiul-məvəddət”.
İltimas dua