Həzrət Əliyən-Nəqi İmam Hadi əleyhissəlamın mövludu

16 July 2025

15:49

۳۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il zil-hiccə ayının 15-i, miladi 2025-ci il iyun ayının 11-i, vilayət və hidayət səmasının onuncu parlaq ulduzu həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət Əliyən-Nəqi İmam Hadi əleyhissəlamın mövludu

Hicri-qəməri 1446-cı il zil-hiccə ayının 15-i, miladi 2025-ci il iyun ayının 11-i, vilayət və hidayət səmasının onuncu parlaq ulduzu həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın mövlud günüdür. Bu əziz və gözəl gündə Allah-taalanın sevimli Peyğəmbəri həzrət Rəsulullah (sallallahu əleyhi və alih) və onun əziz Əhli-Beytinə (əleyhimussəlam), xüsusən həzrət Fatimə əleyhasəlamın gözünün nuru Allahın bütün insanlara sübut və dəlili həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-taala onun zühurunu tezləşdirsin) təbrik deyirik.

Həmçinin bütün Quran və Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə gözaydınlığı verir, səri istəklərinizin həyata keçməsi üçün mömin bacı-qardaşlara dua edirik.

 İlahi, həzrət Muhəmmədə və onun pak Əhli-Beytinə salam və salavat yetir

Həzrət imam Əliyyən Nəqi əleyhissəlamın tərcümei-halına qısa baxış:

Əziz atası imam Muhəmməd-Təqi həzrət Cavad əleyhissəlam və hörmətli anası Səmanə adlı fəzilətli və təqvalı bir qadındır.

Hicri-qəməri 212-ci il zil-hiccə ayının 15-i müqəddəs Mədinə şəhəri ətrafında Sərya adlı bir məntəqədə dünyaya gəlmişdir.

Həzrətin məşhur ləqəbləri Nəqi və Hadidir.

Səkkiz yaşında əziz atası həzrət imam Cavad əleyhissəlam şəhadətə çatmış və imam Hadi əleyhissəlamın imamət dövrü başlanmışdır.

Hicri 254-cü ilində dövrün Abbasi hakimi Mötəzzin vasitəsilə şəhadətə çatmışdır.

Həzrətin imamət dövrü 34 il olmuşdur.

Müqəddəs məzarı Samirra şəhərində Əhli-Beytə (əleyhissəlam) mənsub evdə yerləşir. Bu müqəddəs məkanda həzrət Hadi əleyhissəlam ilə birgə həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) və hörmətli həyat yoldaşının pak qəbirləri də vardır.

Bir daha bütün mömin bacı və qardaşlara həzrət imam Əliyyən Nəqi əleyhissəlamın mövlud gününü təbrik deyirik. Allah-taala hacətlərinizi versin, inşa Allah! 

Həzrət Hadi əleyhissəlamın dürəfşan kəlamlarından:

الْمِرَاءُ یُفْسِدُ الصَّدَاقَةَ الْقَدِیمَةَ وَ یُحَلِّلُ الْعُقْدَةَ الْوَثِیقَةَ

“Faydasız mübahisələr köhnə dostluqları məhv edir, çoxlu kin və düşmənçiliklərə səbəb olur.”

Mənbə: Əlamud-din, səh. 311


Etiketlər :

Həzrət Əliyən-Nəqi İmam Hadi əleyhissəlamın mövludu