Günün hədisi
25 December 2025
03:00
۱
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Əli ibn Muhəmmədin (əleyhissəlam) məshur ləqəblerindən biri Əl-Hadi (Hadi)-dir. Yəni umməti haqq və səadətə hidayət edən. Əgər o həzrətin dəyərli kəlamlarını diqqətlə mutalie etsək, xalqın ona verdiyi bu ləqəbin həqiqətini dərk etmək çətin olmaz.
Fürsət olduqda imam Hadi əleyhisselamin dürəfşan kəlamlarindan zikr edəcəm. Məncə hazırki zamanda hər bir insanin bu kimi Ilahi mənşəli kəlamları dinləyib həyatda tetbiq etməsinə ehtiyac vardir...
Həzrət imam Baqir əleyhissəlamın dürəfşan kəlamlarından
اِذَا کَانَ زَمانُ العَدلِ فیهِ أَغلَبَ مِنَ الجَورِ فَحَرامٌ أَن یَظُنَّ بِاَحَدٍ سُوءً حَتّی یَعلَمَ ذالِکَ مِنهُ و اِذَا کَانَ زَمانُ الجَورِ أَغلَبَ فیهِ مِنَ العَدلِ فَلَیسَ لِأَحَدٍ أَن یَظُنَّ بِاَحَدٍ خَیراً ما لَم یَعلَم ذالِکَ منهُ
“Hər zaman cəmiyyətdə ədalətə, zülm və sitəmdən daha çox əməl edilsə, camaata bədgüman olmaq haramdır, məgər birisinin pisliyinə və haqsızlığına yəqin edilsin. Amma hər zaman cəmiyyətdə zülm və cəfa, ədalətdən daha çox və üstün olsa, camaatın xeyirxahlığı və yaxşılığına ümidvar olmaq düzgün deyil, məgər bir şəxsin yaxşılığı və xeyirxahlığına yəqin və elm hasil olsun”.
Mənbə: Mustədrəkul-vəsail, cild-9, səh. 146