Fiqhin dərsi xaricində Şəhid Mütəhhərinin (Allahın rəhməti ona olsun) şəxsiyyəti haqda Həzrət Ayətullah Fazil Lənkəraninin bəyənatı

30 November 2024

09:03

۲,۷۴۲

Xəbərin xülasəsi :
Aləmlərin Rəbbinə həmd, Mühəmməd və pak Əhli-beytinə salam və rəhmət olsun! Siz möhtərəm və dəyərli alimlərin göstərdiyi məhəbbətə görə təşəkkür edirəm. Amma həqiqiət budur ki, Əllamə Mütəhhəri kimi şərəfli şəxsiyyətlər ustad və müəllim adını daşıyanda, bizim kimilərə bu adın verilməsi bəyənilmir.
آخرین رویداد ها


Fiqhin dərsi xaricində Şəhid Mütəhhərinin (Allahın rəhməti ona olsun) şəxsiyyəti haqda Həzrət Ayətullah Fazil Lənkəraninin bəyənatı

 

 

Bismillahir-Rəhmanir-Rəhim

 

 

Aləmlərin Rəbbinə həmd, Mühəmməd və pak Əhli-beytinə salam və rəhmət olsun!

Siz möhtərəm və dəyərli alimlərin göstərdiyi məhəbbətə görə təşəkkür edirəm.

Amma həqiqiət budur ki, Əllamə Mütəhhəri kimi şərəfli şəxsiyyətlər ustad və müəllim adını daşıyanda, bizim kimilərə bu adın verilməsi bəyənilmir. Bu ad yalnız belə bir şəxsiyyətlər üçündür. Bu sözləri də təvazokarlıq olaraq demirəm. Əgər bu adın üzərində fikirləşsək, görəcəyik ki, biz və bizim kimilərin öhdəsindən xaric olan bu adın cox-cox ağir məsuliyyəti vardır. Özümü bu ada layiq görmürəm.

Müəllim adı məhz mərhum Mütəhhəri kimilərə, onun səviyyəsində və ya ondan yuxarı olanlara, din və elm adamlarına yaraşır. Bunu nəzərə almaq zəruri və labüddür.

Əllamə Mütəhhərinin xüsusiyyətlərindən biri, əzəmətli İslam dininin tamam bölmələrinə yüksək mənada alim və agah olması idi. Əlbəttə, məqsədimiz kamil formada agah və sahib olması deyildir. Çünki bu, yalnız Allah-taalanın özü uçün, sonra hörmətli Peyğəmbərimizə (s) və məsum İmamlara (ə) kamil şəkildə mümkündür. Amma Onlardan sonra, ömründən kamil şəkildə bəhrələnən, dinin mahiyyətinə agah olan, dinə bidət və təhriflərin daxil olmasına imkan verməyən və onunla mübarizə edən möhtərəm şəxsiyyətlərdən biri Əllamə Mütəhhəri cənabları idi.

Ruhanilərin ilk növbədə belə bir vəzifəlrəi olamlıdır ki, dindən kənar olan bir məsələ dinə daxil olan zaman fəryad etməli, qarşısında durmalı, məqalə yazmalı və xatırlatmalıdırlar. Bu məsələyə diqqət etməlidirlər. Bu işin mümkünlüyü yalnız insanın özü dini düzgün formada başa düşdükdən sonra həyata keçə bilər. Çünki nə kimi məsələlərin dindən xaric və dinə daxil olmasını, nə kimi məsələlərin dinin qanunlarına söykənməsini və nələrin dini qanundan xaric olmasını bilməlidir.

Əllamə Mütəhhərinin misilsiz xüsusiyyətlərindən biri də radikal və azğın cərəyanları tanımaq idi.

Siz o mərhumun, özlərini islamşünas tanıtdırıb bu haqda kitab yazan şəxslərin haqqında vurğuladığı bu cümləsinə diqqət edin, buyurur: “Yuxarı səviyyədə qələmə malik, fəlsəfə elmində orta, elmi baxımdan ortadan aşağı və islam baxımından isə sıfıra bərabər olanlar. ”Özünü universitet professoru bilən, İslam haqqında çıxışlar edən və kitablar yazan bir şəxsin haqqında bu ifadəni işlətmək çox boyük hünər tələb edir. Belə bir şəxsin haqqında Şəhid Mütəhhəri tam güc və qüdrətilə nəzərini gizlətmədən açıq-aşkar deyir: “İslam baxımından bu adam sıfıra bərəbərdir.” Kim belə bir formada nəzərini açıq deyə bilər? Ən azından islamşünaslıq baxımından yüz dərəcədən yetmiş və ya səksən dərəcəyə malik olan şəxs. Əgər bir şəxs islamşünaslıq baxımından aşağı dərəcədə olsa digərlərinin haqqında belə formada nəzərini bildirə bilməz.

İnsaf gözü ilə baxsaq Əllamə Şəhid Mütəhhərinin hazırkı zamanda yeri boşdur! O şəxsiyyətin varlığının boşluğu hec bir yolla dolmadı. Hazırda dini hövzənin və islam dünyasının fəxri olan möhtərəm alimlərimiz vardır. Amma bunların hamısını nəzərə alsaq mərhum Şəhid Mütəhhərinin yerini doldurmur.

  “Furqan” “Mücahidine-xəlq”, “Kütlələr” və s.. haqda, həmçinin cəmiyyətdə “azğın cərəyanlar” başlanan zaman dərhal agah olan neçə alimimiz var? Şəhid Mütəhhərinin həyatını araşdıran zaman, hər bir hərəkət və cərəyanı elə ilk günlərdə kamil formada tanımasının şahidi oluruq. Onların fikirlərinə uygun olan cavabda ya kitab yazmış, ya onların əleyhinə çıxışlar etmişdir. Kommunistlər bizim universitet tələbələri və cavanlarımızın fikirlərini marksizm fəlsəfəsi ilə oğurlamaq istədiyi zamanda Şəhid Mütəhhəri “Fəlsəfənin prinsipləri və realizmin üsulları” kitabını yazdı. Nə qədər zəhmət çəkmişdir? Radikal və azğın cərəyanları ayırd edən (seçən) hansı şəxsiyyətimiz vardır?

Bizim ölkəmizdə inhirafi cərəyanlar yaranır, yeddi-səkgiz ildən sonra deyirik belə bir cərəyan və hərəkət vardır. Artıq bu inhirafi cərəyanlar bir həddə kök salmışdır ki, hələlik onun ölçüsünü araşdırmaq imkanı yoxdur! Bunun nə dəyəri vardır? Bu gün yalançı irfanlar yaranmışdır, təəssüflər olsun bəzən bizim veriliş və yaınlarda da belə irfanın təbliğinin şahidi oluruq. Hazırda yalançı irfanlar CİA və Mossad elmi təşkilatlarının bölmələrində uzaq illərdən planlaşdırılmış beynəlxalq sui-qəsdir. İndi kim və hansı bir şəxs bunların müqabilində əsaslı bir iş görüb? Hələ bu axırlarda təhlükə ilə təzə agah olublar.

Fiqhin dərsi xaricində Şəhid Mütəhhərinin (Allahın rəhməti ona olsun) şəxsiyyəti haqda Həzrət Ayətullah Fazil Lənkəraninin bəyənatı

Bunu da xatırladım ki, İslam inqilabından öncə mərhum Şəhid Mütəhhərinin zamanında islami fikirlər ruhaniyyətdən başqa, ən azından ruhaniyyətin bir hissəsini qəbul edən şəxslərin ağzından səslənirdi. Yaxud fikirlərinin bir hissəsi qəbul olunacaq kəslərdən belə sözləri eşitmək olardı. Amma bu gün bu fikirlər cox güclü şəkildə, gizli və özünü “müqəddəs” göstərən səxslər tərəfindən cəmiyyətdə müzakirə olunur.

Bu gün ən böyük təhlükə daxildə və xaricdə ruhaniyyəti ölkənin siyasi, elmi və dini səhnəsindən silmək planıdır! Bugün “Ruhaniyyətin idarə etmə qüdrəti yoxdur və kənara getməlidir” şüarının bir kiçik dəstənin sözü olmasını qəbul etmək çox sadəlövhlük olardı. Düzdür bu sözü bir zamanlar müəyyən bir qrup deyirdi və indi də belə əqidədə olan kiçik dəstələr var. Amma çox böyük təhlükə və inhirafi fikir budur: “Ruhanilər böyük (uzunmüddətli) qeyb dövrüdən indiyə qədər dini xalqa düzgün açıqlamayıblar və dinin düzgün açıqlanması üçün ruhanilərin yerinə digərlərini gətirmək lazımdır.”

Yalançı irfani fikirlər, saxta məktəblər hətta İmam Zamanla (ə.f) görüşmək iddiaları, belə məsələlər üçün hazırlanmışdır. Mərhum atam altı il bundan öncə, biz İmam Zamanla (ə.f) görüşürük iddiasını edən bir qrup haqqında buyurdu: “Bunların ilk məqsədləri budur: “Bizim ictimai vəkil və naiblərə, mərceyi-təqlid və müctəhidlərə ehtiyacımız yoxdur, Əllamə, Fəxrul-Muhəqqiqin, Şeyx Ənsari və Sahib Cəvahirin fiqhinə ehtiyacımız yoxdur. Bunları kənara qoyun bizim özümüz fiqhi başa düşürük, Quranı dərk edirik.”

Etibarlı şəxslərdən biri mənim üçün belə nəql edirdi:

“Xarici ölkələrin birində belə iddiada olan bir iranlı ilə həmsöhbət oldum və ona dedim: “Məgər siz İmam Xomeyniyə və yaxud Rəhbərə (Allah hər ikisindən razı olsun) təqlid etmirsiniz? Bunların fətvasına əsasən namazı qəsr qilmalısınız, nə üçün tamam qılırsınız?” Dedi: “Mən bu haqda öz nəzəriyyəmə əməl edirəm. Tehrana gedən kimi onlarla söhbət edim görüm niyə bu fətvanı veriblər?” Belə fikirlər çox qorxuludur.

 Bunlar on dörd məsumun (ə.s) “böyük qeyb dövründə” dinin qorunması üçün buyurduqları stratejik siyasətin tam əksinə olan bir hərəkətdir. Bizim İmamlarımız (ə.s) buyururdu: “Böyük qeyb dövründə” bizim hədisləri nəql edən və halalı haramdan ayıran şəxslərə müraciət edin! Bunlar peyğəmbərlərin etibar etdiyi şəxslər və Allah rəsullarının varisləridir.” Amma belə şəxslər bu hədislərin üzərinə xətt çəkmək istəyirlər. Əllamə Şəhid Mütəhhəri haradadır bu haqda səslənə, fəryad edə! İndi kim bu haqda haray sala bilər!? Bu təhlükəni görürük və o bizim iki addımlığımızdadır, onun təsirlərini müşahidə edirik, lakin heç nə etmirik!

 Qurani-Kərim qarisi olan və sübh namazına bir saat qalmış ayağa qalxıb münacat, ibadət edən şəxslərdən biri açıq-aşkar deyir: “14 əsr bundan öncə gələn İslam indiki zamanın çatışmazlıqlarını ödəyə bilməz. Hicab və örtük məsələsinin üzərinə xətt çəkilməli, ləğv edilməlidir. Müctəhidlərin, alimlərin haram buyurduqları məsələlərin üzərinə “batil olma xətti” çəkilməlidir!

Mənim buna yəqinim vardır ki, belə şəxslər ruhaniyyəti dükan və mağaza kimi bilir. Bundan da pisi, onlara deyiləndə müctəhidlər bu hökmü buyurublar, cavabında deyirlər: ”Bunların hamısı bir oyundur.” Çox təəccüblü və heyrətləndirici ifadədir. Rühaniyyətin önünüdə gedənlərin, yəni müctəhidlərin fikirlərini oyun bilirlər. Çox qorxulu fikirdir. Belə zamanda Mütəhhərri lazımdır ki, fəryad çəkib desin: “Bunlar “Fürqan və Mücahid” qruplarından daha qorxuludur.” Halbuki, bizlərdən bir çoxumuz onların namazı əvvəl vaxtlarında qilmalarına aldanaraq deyirik: “Bunların müxalif olmaları necə mümkündür?!”

 Əllamə Şəhid Mütəhhəri (Allah-taalanın razılığı ona olsun) hər hansı inhirafın nütfəsi, təməli qoyulanda ona agah olub fəryad edən bir şəxsiyyət idi. Amma indi ölkədə bir inhiraf yaranir beş-altı il keçir, sonra deyirik: “Elə bil nəsə problem yaranıb, aradan qaldırılmalıdır!” Bu, bir qəhrəmanın ölümündən sonra onun haqqında yazılan yazıya bənzəyir. Nə faydası vardır?!

Üsul dərsində işarə etdim ki, Şəhid Mütəhhəri yaxşı dərs oxuyurdu, buna görə biz də yaxşı dərs oxumalıyıq. Əgər mərhum Mütəhhəri dərhal bir məsələnin bidət olmasını bilirdisə, bu onun elmi bazasının möhkəm olmasına görə idi. O çox güclü dərs oxudu. Buna görə bizim dini hövzəmiz güclü dərs oxumalıdır. Cəmiyyətin ciddi, zəruri sullarına cavab vermək üçün bizim xaric dərslərimiz keçmışdəkilərin xaric dərsindən daha güclü olmalıdır.

İki-üç ay bundan öncə deyilən mürtəd məsələsində yaranan şübhələrə cavab verdik. Bunun ardından 20 ilə yaxın Almaniya ölkəsində dini işlərdə fəaliyyət göstərən və özünün universiteti olan eyni zamanda həddən artıq aktiv və alman dilində İslam haqqında kitab yazan bir ruhani, mənə zəng vurub dedi: Mən bizi qəflət yuxusundan ayıltmanızı demək üçün  sizə zəng vurmuşam. Mən və mənim kimi insanlara Avropada sübut olmuşdur ki, bu dini hökm artıq yeni əsrdə müdafiə olunası bir məsələ deyildir.

Lamin siz bu kiçik broşürdə (məqalədə) gözəl formada müdafiə etmisiniz və dəlil gətirərək məsələni aydınlaşdırmısınız.”

 Dərsimizi güclü oxumalı və vaxtındada meydana çıxmalıyıq. Mürtəd məsələsində bir çoxları bizim bu kiçik məqalamizi təriflədi və bir dəstə də bizim düşmənimiz oldu. Saytlarda bizim əleyhimizə bəzi şeylər yazdılar ki, elə də əhəmiyyətli deyil! Eybi yoxdur, əgər adamın ləyaqəti olsa dini bir hökmü müdafiə etmək yolunda canını qurban versə böyük bir fəxrdir. Necə ki, mərhum Mütəhhəri canını bu yolda fəda etdi.

Biz həqiqətən dərs oxumalıyıq. Şəhid Mütəhhəriyə həsr olunan bu gündə bizim dini hövzəmiz elm öyrənməyi, oxumaq dərsini o şəhiddən nümunə götürməlidir. Diplom, sənəd almaq naminə dəsr oxumaq hövzə üçün məhv edici və böyük bir zərərə çevrilmişdir. Hövzəni məğlubiyyətə sürükləyir.

Ümidvaram, Allah-taala bizim hamımıza çoxlu dərs oxumaq nəsib etsin! Dinimizi artıq dərk edib müdafiə etmək üçün bizə yardımçı olsun!.

Mühəmməd və onun pak Əhli-beytinə Allah-taalanın rəhmət və salamı olsun!

 

 

Etiketlər :