İmam Həsən Əsgəri (ə) Məscidində Şəban ayının 15-ci gecəsi əhya saxlamaq mərasiminin əməkdaşları ilə görüşdə Həzrət Ayətullah Fazil Lənkəraninin bəyənatı
30 November 2024
09:04
۲,۵۰۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
İmam Həsən Əsgəri (ə) Məscidində Şəban ayının 15-ci gecəsi əhya saxlamaq mərasiminin əməkdaşları ilə görüşdə Həzrət Ayətullah Fazil Lənkəraninin bəyənatı
Bismillahir-Rəhmanir-Rəhim
Şəban ayının ortası sonuncu və on ikinci İmamın (Allah təala şərafətli zühurun tezliklə etsin) anadan olamsı il dönümü ilə insanlıq mahiyyətin daşıyan bu əzəmətli bayramı sizə və tamam şiələrə və həmçinin O həzrəti sevənlərə təbrik deyirəm.
Şükr olsun Allaha genişlənməkdə olan Belə bir gözəl adət və ənənəni yaratdığınız üçün dərin minnətdarlığımı bildirirəm.
Şəban ayının ortasında keçrilən mərasim haqda bir neçə nöqtəyə diqqət etmək lazımdır.
İlk növbədə: Keçmiş zamandan bu gözəl ənənə bizim xalqın və
həmçinin O həzrətin şiələrinin
arasinda inam, həvəs və eşqlə öz mallarından xərcləməklə və bu bayramın keçrilməsində
və xiyabanların bəzədilməsində çoxlu cəhd olunmuşdur. Biz xalqın bu gözəl
hissini artırmalıyıq.
Əgər biz cəmiyyətimizin Məhdiçilik mənəviyyətini və Allahın istəyi ilə Məhdi hakimiyyəti ilə tanış olma tərəfinə hərəkət etmək istəyiriksə, çalışmalıyıq xalqın İmam Zamanın (ə) zühuruna və zühurun intizar mövzusuna məxsus bir hiss və ciddiyyətləri olsun. Beləki hər il bu bayram və çıraqbanlıqlar keçən ildəkindən dahada təntənəli qeyd olunsun.
Əgər bir nəfər çıraqbanlıq etməyin bu israfdır desə, düzgün danışmayıbdır. Biz cəmiyyətin tamam sinf və mərtəbələrin bu mərasimə cəlb etməliyik. Çünki qeybət zamanında bizim Həzrət Höccətin (ə) məsələsindən ciddi və əhəmiyyətli bir məsələmiz yoxdur. Keçmışdə Şəban ayının əvvəlindən xalq xiyabanları bəzəməyə başlayırdılar. Təssüflər olsun bu son illərdə bu iş solğunlaşmışdır.
İkinci növbədə: Rəvayətlərimizdə belə gəlmişdir: “Fərəcin (İmam Zamanın (ə) zühurunun) intizarın çəkmək ibadətlərin ən fəzilətlisidir.”
Biz intizar məsələsin müstəhəb və savab əməl qəbul edərk ayrı müstəhəb əməllərin mərtəbəsində nəzərə almamlıyıq. Bu qeyd olunan rəvayətdən və həmçinin intizar bölməsində vurğulanan ayri rivayətlərdən və eyni zamanda on dörd Məsumun (ə) əməldə göstərdiyi rəftarlarından belə başa düşülür ki intizarsiz mömünün imanı naqis imandır. Tamam Peyğəmbərlər hətta Peyğəmbər Əkrəmin özü və Əimmeyi Əthar (ə) intizar çəkənlərdən idilər. Onlar öz zamanlarının camaatına əsil hədəf və məqsədlərinin axərəz-zəmanda baş tutmasını vədə vermişdilər. Öz zamanlarında tamam çalışmaqlarını O Həzrətin zühuruna bir başlanğıc kimi vurğulamışdılar. Elə bu əsasdan intizar məsləsin yalnız qeybət zamanına və bir az sayılmış şəxslərdə xülasə etməklə dayaz bir formada bəyan etməyək.
İntizar məsləsi: Yəni Allah təalanın, tamam ənbiya və övsiyaların hədəf və məqsədlərinin baş tutmasının intizarıdır. Yəni bəşərin son təkamülə yetişməsidir.
Üçüncü növbədə: Düzgün intizarın nimunələrindən biri Şəban ayının ortası gecəsini ibadət və dua ilə əhya saxlamaqdır.
Şəban ayının ortası gecəsin əhya saxlamayana həqiqi intizar çəkən demək olmaz. İntizarın mərtəbələri vardir. Hər gecəni əhya saxlamaqlıq intizarın ən yuxarı mərtəbəsidir, ta qaldı Şəban ayının ortası gecesinin əhyası ki ola bilsin bu gecə “Qədr” gecəsidə olsun.
Bu məsələyə diqqət etməliyik ki bu gecəni əhya saxlamaq bir gecəni oyaq qalmaqlıq deyildir. “Etikaf” kimi bəzi ibadi mərasimlərlə fərqlidir. “Etikaf” ibadəti əsasən şəxsi mənafe daşıyır. Bəndənin öz əlaqəsinin Allah təalaya yaxınlaşmasıdır. Amma Şəban ayının 15-ci gecəsin əhya saxlamaq şəxsi mənafeindən əlavə ictimai və siyasi mənafelərədə malikdir.
Həzrətin zühurunun yetişməsinin intizarında olan şəxs intizar çəkən və müntəzirdir. Həzrətə dua edir və o həzrətin zühuru üçün zəminə hazırlayır.
Sizin çəkdiyiniz zəhmətlər üçün dərin minnətdarlığımı bildirir və Allah təalanın bizi o Həzrətin həqiqi intizarını çəkənlərdən etməsinə ümüdvaram.
Əssəlmu-ələykum və vərəhmətullahi və bərəkatuh.