“Qurban” və Allahın əzəmətli bayramı adlanan “Qədir-Xum” bayramının gəlişi münasibəti ilə bütün dünya müsəlmanlarını, xüsusən şiələri təbrik edirəm!
30 November 2024
06:17
۲,۷۶۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət Ayətullah Fazil Lənkəraninin (damət bərəkatuh) Qədir-Xum bayramı haqqında eksklüziv olaraq "Quran" televiziya kanalında çıxışı.
“Qurban” və Allahın əzəmətli bayramı adlanan “Qədir-Xum” bayramının gəlişi münasibəti ilə bütün dünya müsəlmanlarını, xüsusən şiələri təbrik edirəm!
Zilhiccətul-həram ayında İslamın böyük bayramlarından sayılan iki əzəmətli bayram qərar tutub. Bu iki bayramın hər birinin özünəməxsus çoxlu sirləri və rəsmləri vardır. Bu iki bayram arasında da, “Qədir-Xum” bayramı daha önəmlidir.
Biz bayram günlərini, məxsusən “Qədir-Xum” bayramı gününü, Allah Təbarək və Təalanın xüsusi ziyarət günü kimi təşkil edə bilərik. Yəni bu gün elə bir gündür ki, bu gündə Uca Allah bəndələrinə ayrıca geniş fəzl və üstünlük vermiş və xüsusi inayəti və rəhmət baxışı vardır.
Hətta bəzi hədislərdə belə gəlmişdir: “Allah Təbarək və Təala “Qədir-Xum” bayramında bağışlamaq üçün nəzərdə tutduğu insanlar, Qədir gecəsində və mübarək Ramazan ayında nəzərdə tutduğundan daha çoxdur.”
Buna görə də, bu iki böyük günə olduqca diqqət etməli və önəm verməliyik. Fikirləşməyək ki, “Qurban” bayramı Minada olan hacılara məxsusdur və yalnız hacılar onun əməllərini yerinə yetirməlidir. Birinci hədis və dua kitablarında Quban bayramının gecə və gündüzü üçün müstəhəb əməllər qeyd olunub. Həmçinin çoxlu sifariş olunub ki, insan “Qurban” bayramının gecəsini əhya saxlamaqla Allahı ilə münacatla keçirsin. Qədir-Xum bayramının orucu da olduqca sifariş olunub. Bu oruc insanın 60 il günahının kəffarəsi və həyatının 60 ay orucuna bərabər sayılıb. İnşallah möminlər dua kitablarına və bu haqda qələmə alınan böyüklərin yazdıqlarına müraciət etməklə bu əməllərə mütləq önəm verəcək.
Yeri var ki, səkkizinci İmam Əli ibni Musa Rza (ə) bir hədis burada söyləyim.
Məhəmməd ibn Əbibəzənti deyir səkkizinci İmamın (ə) yanında idik məclis adamla dolu və başqa şəxslər üçün boş yer yox idi. Qədir-Xumdan söhbət düşdü, bəziləri Qədir-Xum gününə şübhə etdilər, səkkizinci İmam (ə) buyurdu:
حدّثنی أبی عن أبیه علیهم السلام قال
“Atam (ə) o da, atasından (ə) nəql edərək buyurdu:
إنّ یوم الغدیر فی السماء أشهر منه فی الأرض
“Həqiqətən Qədir-Xum günü yerdən çox göydə daha məşhurdur.”
Yəni ey yer əhli elə düşünməyin ki, Qədir-Xum günü təkcə siz yer kürəsinin sakinləri üçündür. Əslində Qədir-Xum gününün elə bir reallığı var ki, yer sakinlərindən daha çox göy əhlinin yanında məşhurdur və bu gündə səmada hay küy qopur.
Sonra buyurur: “Allahın Firdovsi əlasında qızıl və gümüşdən qəsrləri, yüz min xeyməsi və yaqut qübbəsi vardır.
«ترابه المشک و العنبر»
Onun torpağı müşk və ənbərdir.
«فیه أربعةً أنهار نهرٌ من خمر و نهرٌ من ماءٍ و نهرٌ من لبن و نهرٌ من عسل»
Orada şərabdan, sudan, süddən və baldan olan dörd çay axır.
«حوالیه اشجار جمیع الفواکه»
Onun ətrafında xüsusi quşlarla yanaşı meyvə dolu ağaclar var.
«فإذا کان یوم الغدیر ورد إلی ذلک القصر أهل السموات»
Qədir-Xum günü çatanda Allah bu günün bərəkətinə xatir göy əhlini o qəsrə daxil edir.
«یسبّحون الله و یقدّسونه و یهلّلونه»
Orada Allah zikr edib, müqəddəs bilib şəninə təriflər edirlər.
«فتتطایر تلک الطیور»
Orada quşlar uçaraq o qəsrin müşk və ənbərindən istifadə edirlər.
«إنّهم فی ذلک الیوم لیتهادّون نثار فاطمة علیها السلام»
Həmin gün onlar Fatimə əleyha salama hədiyyə edirlər.”
Sonra səkkizinci İmam (ə) buyurur: “Qədir-Xum günü harada olsan get Əmirəl-möminin (ə) mübarək məzarı kənarına. Allah Əmirəl-mömininə (ə) xatir Qədir-Xum günü bütün mömin kişi və qadınların, müsəlman kişi və qadınların 60 il günahını bağışlayır. Ramazan ayında cəhənnəm odundan bağışladığı şəxslərin iki bərabərini bağışlayır. Bu gündə bir dirhəm sədəqənin mükafatı başqa günlərdə min dinar sədəqənin mükafatına bərabərdir və bu gündə möminləri sevindirməyin olduqca çox savabı var.”
Bu hədisdə diqqət olunası mühüm nöqtələr var.
Hər şeydən mühüm budur ki, Qurani Kərimin nəzərinə əsasən İmamət, Usulu dindəndir . Yəni bizim dinimizin əsaslarındandır. Allah Təala buyurur:
«يا أَيُّهَا الرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَه»
“Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan(Maidə/67).”
Bu mənada ki, Peyğəmbər (s) bütün o zəhmətlərinə, təlaş və səylərinə, Allah yolunda döyüşdüyü müharibələrə baxmayaraq vilayət məsələsini deməlidir. Düzdür islamın ilk günlədindən, o cümlədən inzar günü və müxtəlif münasibətlərdə Peyğəmbər (s) Əmirəl-möminin (ə) haqqında buyurmuşdu. Amma Allah Tealanın bütün əmirlərini çatdırmış olsun diyə bu toplumda, camaatın həcdən qayıdan zaman bu xüsusiyyətdə Peyğəmbər (s) əmr etməli və camaat dayanmalı və toplaşmalı, orada geniş bir xütbə oxumalıdır.
Mən yeri gəlmışkən elə burda əziz və hörmətli camaatımıza Qədir-Xumda Həzrəti Rəsulu Əkrəmin (s) buyurduğu xütbəyə müraciət etmələrinə tövsiyə edirəm. Əgər müsəlman bir insan Qədir-Xumda Həzrəti Rəsulu Əkrəmin (s) buyurduğu xütbəyə müraciət etsə Əmirəl-mömininin (ə) vilayət və imamətinə qarşı heç bir şəkk və sübhəsi qalmaz. Məgər inki bu müsəlman şəxs insafı kənara qoysun.
Allah Rəsulu (s) xütbə oxuyaraq buyurudu:
«من کنت مولاه فهذا علیٌ مولاه»
“Mən hər kəsin mövlasıydımsa bu Əli onun mövlasıdır.”
Maidə surəsinin bu 67 –ci ayəsindədə buyurur: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan.”
Yəni bu göstərişin yerinə yetirilməməsi, Allah Rəsulunun (s) 23 ildə çəkdiyi tamam zəhmətlərin aradan getməsi ilə bərabərdir. Biz şiyələrin əqidəsinə əsasən Əmirəl-mömininin(ə) vilayətində olmadan qılınan namaz və oruc , namaz və oruc deyildir. Bir sözlə Əmirəl-möminin və onun övladlarının (ələyhimus-səlam) vilyətində olmadan olunan ibadətlət, ibadət deyildir.
Mümkündür bəzi başqa məzhəblər bizə desin ki, siz hansı sübuta əsasən bu sözü deyirsiniz? Buna Quranda sübut gətirə bilərsinizmi?
Deyirik bəli, elə Maidə surəsinin bu ayəsi. Məgər namaz mühümdür yoxsa peyğəmbərlik?!! Oruc mühümdür yoxsa peyğəmbərlik?!! Təbiidir ki peyğəmbərlik.
Əgər Allah Rəsulu (s) vilayəti çatdırmazsa onun risaləti yox kimi qəbul olunursa, onda deməli məlumdur ki, vilayətsiz namaz yox və namaz qılmamaq kimidir. Təsiri də olmaz.
Deməli, bu ayədən nəticə çıxara bilərik ki, dinin bütün ruhu vilayətdir, dinin bütün cövhər, mahiyyət və həqiqəti vilayətdir.
Biz Qədir-Xum günündə həqiqətən gərək vilayəti daha çox və daha yaxşı tanımalıyıq. Vilayətin həqiqətini, vilayətə yapışmağı daha çox anlayaq. Bu bayram, vilayətin həqiqətini ürəyində təcəlli edən şəxs üçün əsil bayramdır.
Bu günlərdə bu duanı gərək çox oxuyasan:
«اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْ رَسُولَكَ، اللَّهُمَّ عَرِّفْنِي رَسُولَكَ، فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي رَسُولَكَ، لَمْ أَعْرِفْ حُجَّتَكَ اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلِلْتُ عَنْ دِينِي»
Biz Qədir-Xum günündə Allaha deyirik ki, İlahi diri olan höccətini, bizim İmam Zamanı (ə) bizə daha çox tanıtdır! Vilayəti bizim vücudumuzun dərinliyində qərar ver.
Təəccüblüsü budur ki, hədisdə gəlib ki, Peyğəmbər (s) Əmirəl-mömininə (ə) göstəriş verdi ki, Qədir-Xum gününü bayram günü kimi qeyd et.
Yenə bu hədisdə gəlib ki, bütün keçmiş Peyğəmbərlər öz vəsilərinə sifariş etmişlər ki, Qədir-Xum gününü bayram günü kimi qeyd etsin! Baxmayaraq hələ o dövrdə zahirdə nə Peyğəmbər (s) nə də Əmirəl-möminin (ə) var idi!
Qurban bayramı günü də olduqca mühümdür, Allaha bəndəlik bayramıdır, biz Qurban bayramı günü mütləq öz bəndəçiliyimizə yenidən baxmalı, onu gücləndirməli və aşağı mərtəbələrdə qalmasına icazə verməməliyik. Qurban bayramının əməlləri Həcdə olanlara məxsus deyil. Qurban gecəsində əhya saxlamaq və bayramın gündüzü hədislərdə gələn dualar bütün möminlər üçündür.
Dua əhli olan əziz xalqımıza elə buradan deyim ki, baxmayaraq mərhum Mühəddis Quminin “Məfatihul-Cinan” kitabı bizim dua sərmayəmizdəndir, lakin düşünməsinlər dualar elə bu Məfatih kitabı ilə bitir. Mərhum Seyid ibn Tavusun “İqbal” kitabı “Məfatihul-Cinanda” olan duaların neçə bərabərini özündə cəm edib. Biz bu duaları oxuyaq və onların ruhlarından faydalanaq.
Qurban bayramında, kainatın Rəbbinə bəndəlik dərəcəmizi və Qədir-Xum bayramında isə böyük vilayət sahibi Əmirəl-mömininə (ə) vilayət dərəcəmizi artıraq ki, Allah bəndəliyi və vilayət bir-birinə bağlı olan bir cövhər və həqiqətdir. Allaha bəndəçilik Əmirəl-mömininin (ə) vilayəti olmadan mümkün deyil. Ümidvarıq bu iki günün bərəkətinə xatir hamımız faydalanaq inşallah.
Allahın salamı bərəkəti və rəhməti olsun sizlərə.