اَلسَّلامُ عَلَیْكَ یا اَبا عَبْدِ اللَّهِ اَلسَّلامُ عَلَیْكَ یَابْنَ رَسُولِ اللَّهِ اَلسَّلامُ عَلَیْكَ یَابْنَ اَمیرِالْمُؤْمِنینَ وَابْنَ سَیِّدِ الْوَصِیّین
30 November 2024
04:25
۲,۱۸۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
AŞURA ZIYARƏTI
اَلسَّلامُ عَلَیْكَ یا اَبا عَبْدِ اللَّهِ اَلسَّلامُ عَلَیْكَ یَابْنَ رَسُولِ اللَّهِ اَلسَّلامُ عَلَیْكَ یَابْنَ اَمیرِالْمُؤْمِنینَ
وَابْنَ سَیِّدِ الْوَصِیّینَ اَلسَّلامُ عَلَیْكَ یَابْنَ فاطِمَةَ سَیِّدَةِ نِساءِ الْعالَمینَ اَلسَّلامُ عَلَیْكَ یا ثارَ اللَّهِ
وَابْنَ ثارِهِ وَالْوِتْرَ الْمَوْتُورَ اَلسَّلامُ عَلَیْكَ وَ عَلَى الْاَرْواحِ الَّتى حَلَّتْ بِفِنائِكَ عَلَیْكُمْ مِنّى جَمیعاً
سَلامُ اللَّهِ اَبَداً ما بَقیتُ وَ بَقِىَ اللَّیْلُ وَالنَّهارُ یا اَبا عَبْدِ اللَّهِ لَقَدْ عَظُمَتِ الرَّزِیَّةُ وَ جَلَّتْ وَ
عَظُمَتِ الْمُصیبَةُ بِكَ عَلَیْنا وَ عَلى جَمیعِ اَهْلِ الْاِسْلامِ وَ جَلَّتْ وَ عَظُمَتْ مُصیبَتُكَ فِى
السَّمواتِ عَلى جَمیعِ اَهْلِ السَّمواتِ فَلَعَنَ اللَّهُ اُمَّةً اَسَّسَتْ اَساسَ الظُّلْمِ وَالْجَوْرِ عَلَیْكُمْ
اَهْلَ الْبَیْتِ ولَعَنَ اللَّهُ اُمَّةً دَفَعَتْكُمْ عَنْ مَقامِكُمْ وَ اَزالَتْكُمْ عَنْ مَراتِبِكُمُ الَّتى رَتَّبَكُمُ اللَّهُ فیها.
وَ لَعَنَ اللَّهُ اُمَّةً قَتَلَتْكُمْ وَ لَعَنَ اللَّهُ الْمُمَهِّدینَ لَهُمْ بِالتَّمْكینِ مِنْ قِتالِكُمْ بَرِئْتُ اِلَى اللَّهِ وَ اِلَیْكُمْ مِنْهُمْ
وَ مِنْ اَشْیاعِهِمْ وَ اَتْباعِهِمْ وَ اَوْلِیائِهِمْ یا اَبا عَبْدِ اللَّهِ اِنّى سِلْمٌ لِمَنْ سالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حارَبَكُمْ
اِلى یَوْمِ الْقِیمَةِ وَ لَعَنَ اللَّهُ آلَ زِیادٍ وَ آلَ مَرْوانَ وَ لَعَنَ اللَّهُ بَنى اُمَیَّةَ قاطِبَةً وَ لَعَنَ اللَّهُ ابْنَ
مَرْجانَةَ وَ لَعَنَ اللَّهُ عُمَرَ بْنَ سَعْدٍ وَ لَعَنَ اللَّهُ شِمْراً وَ لَعَنَ اللَّهُ اُمَّةً اَسْرَجَتْ وَ اَلْجَمَتْ وَ
تَنَقَّبَتْ لِقِتالِكَ بِاَبى اَنْتَ وَ اُمّى لَقَدْ عَظُمَ مُصابى بِكَ فَاَسْئَلُ اللَّهَ الَّذى اَكْرَمَ مَقامَكَ وَ اَكْرَمَنى
بِكَ اَنْ یَرْزُقَنى طَلَبَ ثارِكَ مَعَ اِمامٍ مَنْصُورٍ مِنْ اَهْلِ بَیْتِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَیْهِ وَ آلِهِ
اَللَّهُمَّ اجْعَلْنى عِنْدَكَ وَجیهاً بِالْحُسَیْنِ عَلَیْهِ السَّلامُ فِى الدُّنْیا وَالْآخِرَةِ
یا اَبا عَبْدِ اللَّهِ اِنّى اَتَقَرَّبُ اِلَى اللَّهِ وَ اِلى رَسُولِهِ وَ اِلى اَمیرِ الْمُؤْمِنینَ وَ اِلى فاطِمَةَ وَ
اِلَى الْحَسَنِ وَ اِلَیْكَ بِمُوالاتِكَ وَ بِاْلبَرائَةِ [مِمَّنْ قاتَلَكَ وَ نَصَبَ لَكَ الْحَرْبَ وَ بِالْبَرائَةِ
مِمَّنْ اَسَّسَ اَساسَ الظُّلْمِ وَالْجَوْرِعَلَيْكُم ْوَاَبْرَءُ اِلَى اللّهِ وَ اِلى رَسُولِهِ] مِمَّنْ اَسَّسَ اَساسَ
ذلِكَ وَ بَنى عَلَیْهِ بُنْیانَهُ وَ جَرى فى ظُلْمِهِ وَ جَوْرِهِ عَلَیْكُمْ وَ عَلى اَشْیاعِكُمْ بَرِئْتُ اِلَى اللَّهِ
وَ اِلَیْكُمْ مِنْهُمْ وَ اَتَقَرَّبُ اِلَى اللَّهِ ثُمَّ اِلَیْكُمْ بِمُوالاتِكُمْ وَ مُوالاةِ وَلِیِّكُمْ وَ بِالْبَرائَةِ مِنْ اَعْدائِكُمْ وَ
النَّاصِبینَ لَكُمُ الْحَرْبَ وَ بِالْبَرائَةِ مِنْ اَشْیاعِهِمْ وَ اَتْباعِهِمْ اِنّى سِلْمٌ لِمَنْ سالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ
حارَبَكُمْ وَ وَلِىٌّ لِمَنْ والاكُمْ وَ عَدُوٌّ لِمَنْ عاداكُمْ فَاَسْئَلُ اللَّهَ الَّذى اَكْرَمَنى بِمَعْرِفَتِكُمْ وَ مَعْرِفَةِ
اَوْلِیائِكُمْ وَ رَزَقَنِى الْبَرائَةَ مِنْ اَعْدائِكُمْ اَنْ یَجْعَلَنى مَعَكُمْ فِى الدُّنْیا وَالْآخِرَةِ.
وَ اَنْ یُثَبِّتَ لى عِنْدَكُمْ قَدَمَ صِدْقٍ فِى الدُّنْیا وَالْآخِرَةِ وَ اَسْأَلُهُ اَنْ یُبَلِّغَنِىَ الْمَقامَ الْمَحْمُودَ لَكُمْ
عِنْدَاللَّهِ وَ اَنْ یَرْزُقَنى طَلَبَ ثارى مَعَ اِمامٍ هُدىً ظاهِرٍ ناطِقٍ بِالْحَقِّ مِنْكُمْ وَ اَسْئَلُ اللَّهِ
بِحَقِّكُمْ وَ بِالشَّأْنِ الَّذى لَكُمْ عِنْدَهُ اَنْ یُعْطِیَنى بِمُصابى بِكُمْ اَفْضَلَ ما یُعْطى مُصاباً
بِمُصیبَتِه مُصیبَةً ما اَعْظَمَها وَ اَعْظَمَ رَزِیَّتَها فِى الْاِسْلامِ وَ فى جَمیعِ السَّمواتِ وَالْاَرْضِ
. اَللَّهُمَّ اجْعَلْنى فى مَقامى هذا مِمَّنْ تَنالُهُ مِنْكَ صَلَواتٌ وَ رَحْمَةٌ وَمَغْفِرَةٌ اَللَّهُمَّ اجْعَلْ
مَحْیاىَ مَحْیا مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ مَماتى مَماتَ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
اَللَّهُمَّ اِنَّ هذا یَوْمٌ تَبَرَّكَتْ بِهِ بَنُو اُمَیَّةَ وَ ابْنُ آكِلَةِ الْاَكْبادِ اللَّعینُ ابْنُ اللَّعینِ عَلى لِسانِكَ وَ
لِسانِ نَبِیِّكَ صَلَى اللَّهُ عَلَیْهِ وَ آلِهِ فى كُلِّ مَوْطِنٍ وَ مَوْقِفٍ وَقَفَ فیهِ نَبِیُّكَ صَلَى اللَّهُ عَلَیْهِ
وَ آلِهِ اَللَّهُمَّ الْعَنْ اَباسُفْیانَ وَ مُعاوِیَةَ وَ یَزیدَ بْنَ مُعاوِیَةَ عَلَیْهِمْ مِنْكَ اللَّعْنَةُ اَبَدَ الْآبِدینَ
وَ هذا یَوْمٌ فَرِحَتْ بِهِ آلُ زِیادٍ وَ آلُ مَرْوانَ بِقَتْلِهِمُ الْحُسَیْنَ صَلَواتُ اللَّهِ عَلَیْهِ اَللَّهُمَّ فَضاعِفْ
عَلَیْهِمُ اللَّعْنَ مِنْكَ وَالْعَذابَ الْاَلیمَ اَللَّهُمَّ اِنّى اَتَقَرَّبُ اِلَیْكَ فى هذَا الْیَوْمِ وَ فى مَوْقِف هذا وَ
اَیَّامِ حَیاتى بِالْبَرائَةِ مِنْهُمْ وَاللَّعْنَةِ عَلَیْهِمْ وَ بِالْمُوالاتِ لِنَبِیِّكَ وَ آلِ نَبِیِّكِ عَلَیْهِ وَ عَلَیْهِمُ السَّلامُ.
اَللَّهُمَّ الْعَنْ اَوَّلَ ظالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تابِعٍ لَهُ عَلى ذلِكَ اللَّهُمَّ الْعَنِ الْعِصابَةَ
الَّتى جاهَدَتِ الْحُسَیْنِ وَ شایَعَتْ وَ بایَعَتْ وَتابَعَتْ عَلى قَتْلِهِ اَللَّهُمَّ الْعَنْهُمْ جَمیعاً.
اَلسَّلامُ عَلَیْكَ یا اَبا عَبْدِ اللَّهِ وَ عَلَى الْاَرْواحِ الَّتى حَلَّتْ بِفِنائكَ عَلَیْكَ مِنّى سَلامُ اللَّهِ اَبَداً
ما بَقیتُ وَ بَقِىَ اللَّیْلُ وَالنَّهارُ وَ لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنّى لِزِیارَتِكُمْ اَلسَّلامُ عَلَى
الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْن ِوَعَلى اَوْلادِ الْحُسَيْنِ وَ عَلى اَصْحابِ الْحُسَیْنِ.
اَللَّهُمَّ خُصَّ اَنْتَ اَوَّلَ ظالِمٍ بِاللَّعْنِ مِنّى وَابْدَأْ بِهِ اَوَّلاً ثُمَّ الْعَنِ الثَّانِىَ وَالثَّالِثَ والرَّابِعَ اَللَّهُمِّ الْعَنْ
یَزیدَ خامِساً وَالْعَنْ عُبَیْدَ اللَّهِ بْنَ زِیادٍ وَابْنَ مَرْجانَةَ وَ عُمَرَ بْنَ سَعْدٍ وَ شِمْراً وَ آلَ
اَبى سُفْیانَ وَ آلَ زِیادٍ وَ آلَ مَرْوانَ اِلى یَوْمِ الْقِیمَةِ.
اَللَّهُمَّ لَكَ الْحَمْدُ حَمْدَ الشَّاكِرینَ لَكَ عَلى مُصابِهِمْ اَلْحَمْدُ للَّهِ عَلى عَظیمِ رَزِیَّتى اَللَّهُمَّ
ارْزُقْنى شَفاعَةَ الْحُسَیْنِ یَوْمَ الْوُرُودِ وَ ثَبِّتْ لى قَدَمَ صِدْقٍ عِنْدَكَ مَعَ الْحُسَیْنِ وَ اَصْحابِ
الْحُسَیْنِ الَّذینَ بَذَلُوا مُهَجَهُمْ دُونَ الْحُسَیْنِ عَلَیْهِ السَّلامُ.
Salam olsun sənə ey Əba Əbdillah, Salam olsun sənə,
Rəsulullahın oğlu!. Salam olsun sənə, ey Əmirəl-mö’minin, ilahi vəsilərin
(canişinlərin) ağasının oğlu! Salam olsun sənə, ey hər iki aləmin yeganə xanımı
olan Fatimeyi Zəhranın oğlu! Salam olsun sənə, ey sarəllah və sarəllahın oğlu,
ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını almaq
üçün bir kəs qalmadı. Salam olsun sənə və o sənin qarşında tə’zim edən ruhlara!
Nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır, sizin hamınıza məndən Allah
salamı olsun! Ey Əba Əbdillah, sənin müsibətin və matəmin bizim üçün və bütün
müsəlmanlar üçün böyükdür. Sənin müsibətin aləmlərdə bütün səma əhlinə
böyükdür, yanıqlıdır. Allah Sizi, Allahın Sizin üçün müqəddər etdiyi məqam və mənzilətdən
məhrum edib, uzaq salan ümmətə lə’nət etsin! Allah, Sizi qətlə yetirən ümmətə lə’nət
etsin. Allah, sizə qarşı müharibəni müqəddiməsini işləyib hazırlayan, ona şərait
yaradan kəslərə lə’nət etsin! Mən Allah dərgahında və Sizin yanınızda onlardan
və onlara tabe olanlardan, onların dostlarından bizarlıq edirəm. Ey Əba
Əbdillah, mən qiyamətə kimi, sizinlə sülh edənlərlə sülh, sizinlə müharibə edənlərlə
müharibə edəcəyəm. Allah Ziyad övladlarına, Mərvan övladlarına lə’nət etsin!
Allah Bəni-Üməyyənin hamısına lə’nət etsin! Allah Mərcanənin oğluna (ibni
Ziyada) lə’nət etsin! Allah Ömər ibni Sə’də lə’nət etsin! Allah Şimrə lə’nət
etsin! Atlarını səninlə müharibə etmək üçün yəhərləyib, cilovlayan, üzlərinə
niqab salıb müharibəyə möhkəm hazırlaşanlara Allah lə’nət etsin! Atam-anam sənə
fəda olsun, həqiqətən mənim sənə matəm saxlamağım çox-çox böyükdür. Sənin məqamını
əziz edən və sənin xatirinə məni də əziz edən Allahdan istəyirəm ki, Mühəmməd
(səlləllahu ələyhi və alihi və səlləm)-in Əhli beytindən olan qalib imamın
(İmam Zaman ələyhissalamın) önündə sənin intiqamını almağı mənə nəsib etsin.
İlahi, Öz dərgahında məni İmam Hüseyn (ələyhissalam) xatirinə dünya və axirətdə
abırlı-həyalı et. Ey Əba Əbdillah, mən səninlə dosluq etməklə və bu zülmlərin əsasını
qoyub bu yolda heç nəyi əsirgəməyən, sizə və sizin işlərə qarşı zülm və cəfasında
davam edənlərdən bezar olmaqla Allaha, Onun Rəsuluna, Əmirəl-mö’mininə, Fatiməyə,
Həsənə və sənə yaxınlaşmaq istəyirəm, Allahın dərgahında onlardan bezarlığımı
bildirirəm, sizə və sizi sevənlərə məhəbbət göstərməklə, həmçinin sizin düşmənlərinizdən,
sizinlə müharibə edənlərdən, onların dostlarından və onlara tabe olanlardan
bezarlıq etməklə əvvəl Allaha, sonra isə sizə yaxınlaşmaq istəyirəm. Mən sizinlə
sülh edənlərlə sülh, müharibə edənlərlə müharibə edirəm, sizi sevib məhəbbət
göstərənlərlə dost, sizinlə düşmənçilik edənlərlə düşmənəm. Sizin və
doslarınızın barəsində mə’rifət kəsb etməklə məni kəramətli edən, düşmənlərinizdən
bezarlıq etməyi mənə nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə
sizin yanınızda sabitqədəm etsin, məni, sizin Allah yanında malik olduğunuz bəyənilmiş
məqama (məqami-məhmuda) çatdırsın, siz Əhli-beytdən olan hidayətçi, haqqı deyən
və aşkar imamın (imam Zaman ələyhissalamın) önündə intiqamınızı almağı mənə nəsib
etsin. Allahı sizin haqqınıza, məqam və mənzilətinizə and verib Ondan istəyirəm
ki, Sizin matəminizdəki qəm-qüssəm müqabilində mənə ən yaxşı xeyir əvəzi
versin; elə bir əvəz ki, matəm saxlayanlara verilər. Bu, islamda, bütün
asimanlarda və yerdə əsər-əlaməti qalan necə də böyük müsibətdir! İlahi, mənim
bu məqamımı Sənin tərəfindən salavat, rəhmət və məğfirətin şamil olduğu kəslərdən
qərar ver. İlahi, həyatımı (diriliyimi) Mühəmməd və Ali-Mühəmmədin həyatı kimi,
ölümümü Mühəmməd və Ali-Mühəmmədin ölümü kimi qərar ver. İlahi, bu gündə (Aşura
günündə) üməyyə övladları, ciyər yeyənin (Hindənin) oğlu, həmçinin Sənin və
Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) dilindən o həzrətin dayanıb
iqamət seçdiyi hər bir yerə lə’nətlənən məl’unun oğlu sevinmiş, şənlik
keçirmişdir. İlahi, Əbu Süfyana, Müaviyəyə lə’nət et. Sənin əbədi lə’nətin
onlara olsun! Bu gündə Ziyad övladları, Mərvan övladları Hüseyn (ələyhissalam)-ı
qətlə yetirməklə sevinib xoşhal olmuşlar. İlahi, Öz lə’nətini və əzabını onlara
qat-qat artır! İlahi, mən bu gündə, bu məqamımda və həyatımın bütün dövrlərində
onlardan bezarlıq etməklə, onlara lə’nət göndərməklə, Sənin Peyğəmbərin və onun
övladlarına (səlamullahi ələyhim) məhəbbət bəsləməklə Sənin dərgahına
yaxınlaşıram. İlahi, Mühəmməd və Ali-Mühəmmədin haqqında zülm edən ilk
zülmkara, həmçinin ona tabe olan son zülmkara lə’nət et! İlahi, imam Hüseyn ələyhissalamla
müharibə edən, onun qətlində bir-birinə kömək edən, əlbir olan və bir-birinin
ardınca gələn düşmənlərə lə’nət et! İlahi, onların hamısına lə’nət et!
Salam olsun sənə, ey Əba Əbdillah və salam olsun sənin qarşında tə’zim edən
ruhlara. Nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır bizdən
sənə Allahın səlamı olsun! Allahdan istəyirəm ki, bu ziyarəti mənim son ziyarətim
qərar verməsin. Salam olsun Hüseynə, Əliyyibni Hüseynə, Hüseynin övladlarına,
Hüseynin səhabələrinə. İlahi, mənim lə’nətimi ilk zalıma məxsus et, əvvəlcə ilk
zalımla başla, sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lə’nət et!
İlahi, beşinci yerdə Yezidə lə’nət et və Übeydüllah ibni Ziyada, Mərcanənin
oğluna, Ömər ibni Sə’də, Şimrə, Əbu Süfyan övladlarına, Ziyad övladlarına, Mərvan
övladlarına qiyamət gününə kimi lə’nət et. İlahi, Sənə həmd-səna edirəm -
Əhli-beytin müsibətində iştirak edərək Sənə şükr edənlərin həmd-səna etməsi
kimi. Allaha həmd-səna edirəm müsibətimin böyüklüyünə görə. İlahi, İmam Hüseyn ələyhissalamın
şəfaətini mənə nəsib et və mənim həqiqət axtaran qədəmlərimi Öz dərgahında
Hüseyn ələyhissalam və onun səhabaləri ilə birlikdə sabit qədəm et. Elə səhabələr
ki, öz ruhlarını (qəlblərinin pak qanlarını) Hüseyn ələyhissalama qurban verdilər.