22 Bəhmən yürüşünün caamata və məsul şəxslərə mühüm və əsas messajı nədir?
30 November 2024
04:29
۲,۱۵۲
Xəbərin xülasəsi :
22 Bəhmən yürüşü günü İran millətinə əsas və mühüm messaj bu ola bilər ki, millət əbədi olaraq inqilabladır.
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
22 bəhmən münasibətilə Ayətullah Fazil Lənkərani ilə müsahibə
22 bəhmən yürüşünün caamat və məsul şəxslərə əsas mesajı nədir?
22 bəhmənin İran xalqına əsas mesajı bu ola bilər ki, xalq daima inqilabladır.
İran xalqı İslam, inqilab, İmam və Rəhbərin istəkləri ilə uyğun olaraq həmişə səhnələrə, meydanlara gələcəkdir.
İkinci mesaj digər ölkə xalqlarına aid ola bilər. Yəni otuz üç ildən sonra İran xalqının bu şəkildə küçələrə, meydanlara çıxması dünya xalqlarına örnək olmalıdır.
“İslami oyanış” hərəkatı hansı ölkədə baş verirsə, həmin ölkələrin xalqı İslam yolunda müqavimət göstərməlidir və bu mütləq nəticə verəcəkdir. Necə ki, imam Xomeyni (r.ə) inqilabı İslamın və xalqın rəyi əsasında qurdu.
Bildiyiniz kimi, düşmən 33 il ərzində caamatı İslamdan ayrı salmaq üçün əlindən gələni əsirgəmədi. Ancaq təhdidlərə və sanksiyalara baxmayaraq xalq daha da möhkəm iradə və hədəflə səhnəyə gəlmişdi.
Mənim fikrimcə bu ilin yürüşü keçən ilki yürüşlərdən fərqli olaraq daha məqsədli və hədəfli idi.
Üçüncü mesaj isə ölkə daxilinə aiddir. Belə ki, bizim ölkənin vəzifəli şəxsləri Rəhbərin davamçısı olaraq birliyi və havadarlığı xalqdan öyrənməlidirlər. Əgər İslam inqilabının lideri məsul şəxlərə deyirsə, bir-birinizə problem yaratmayın və problemləri öz aranızda həll edin, onlar da belə etməlidirlər. Çünki inqilab və Rəhbərin yolundan ayrılmaq istəyən şəxsi, xalq qəbul etmir və ondan üz çevirir.
Həqiqətən də Rəhbər və İmamın tələblərinə, göstərişlərinə itaət etmək lazımdır. Çünki bu inqilab Allahın bizə verdiyi bir əmanətdir. Şəhidlərin qanını qoruyub, caamatın da zəhmətlərinin qədrini bilsinlər.
İnşallah ki, elə qeyd etdiyimiz kimidir. Hamı əl-ələ verib, xalqın iqtisadi problemlərini həll etsinlər.
İmam Xomeyni (r.ə): “İslam inqilabı öz yoluna davam edəcək. Lakin bu yoldan xaric olmaq istəyən adam, özünü əsl yoldan uzaqlaşdırmışdr və inqilaba heç bir zərbə vura bilməz!”