Bu ilki 22 Bəhmən yürüşünü necə dəyərləndirirsiz?

30 November 2024

04:16

۴,۵۹۰

Xəbərin xülasəsi :
Bu ilki yürüşdə keçən illərə baxanda, xalqın daha da çox səhnəyə çıxması görünür. Xatırlayıram ki, keçən ilki yürüş bu qədər izdihamlı (basa-baslıq) deyildi. Təhdidlərə, təhrimlərə və xaricdən xalqa olan təzyiqlərə baxmayaraq
آخرین رویداد ها


 

22 bəhmən günü Ayətullah Fazil Lənkərani cənablarının jurnalistlərin suallarına cavabı


 

Bu ilki 22 Bəhmən yürüşünü necə dəyərləndirirsiz?

 

     

 

Builki 22 bəhmən yürüşünü necə dəyərləndirirsiniz?

Builki yürüşdə keçən illərlə müqayisədə, xalqın daha çox və fəal iştirak etməsi müşahidə olunurdu.

Xatırlayıram ki, keçən ilin yürüşü bu qədər izdihamlı deyildi. Təhdidlər, iqtisadi mühasirələr və ölkə xaricindən olan təzyiqlərə baxmayaraq, xalq həmişə inqilab və İslam yolunda hazır olduqlarındı nümayiş etdirdilər. Təəccüblüdür ki, düşmən nə vaxt bu həqiqəti başa düşəcək və bu qədər birlik, duyğu hissi düşməni indiyə qədər həqiqətə çatdırmalıydı....

Sizin fikrinizcə bu yürüşün “İslami oyanış” baş verən ölkələrin xalqınakimi mesajı ola bilər?

Aydındır ki, İran xalqı bütün dünya xalqına örnəkdir. Beləliklə islami oyanış baş vermiş və inqilab etmiş ölkələrin xalqı məqsədə çatmaq üçün müqavimət göstərməyi İran xalqından öyrənməlidir və düşməni meydandan qovmalıdır.

İran xalqı bu cür istiqamət göstərməklə özünə izzət və müstəqillik qazanmış və gələcəyini aşkar şəkildə təsvir etmişdir. Beləliklə, xalqımızın bu işi bütün millətlər üçün nümunə olmalıdır. Allaha şükürlər olsun ki, bu gün hamı iran millətinin örnək olduğunu anlayıb və biz də buna görə çox sevinirik.

Sizcə bu yürüşün “Prezident Administrasiyası, Milli Məclis və Məhkəmə Orqanlarıına” mesajı nədir?

Deməli, bizim millət indiyə qədər həm siyasət, həm də vəhdət məsələlərində irəlidə olmuşdur.

Diqqət etsəniz, İran xalqının bütün təbəqələri bu yürüşdə iştirak erirdi. Xalq ictimai quruluş və inqilaba aid olan məsələlərdə tərdid etmir. Deməli, bizim vəzifəli şəxslərimiz fitnə və ixtilaf yaratmaq fikrində olmasınlar. Təəssüflər olsun ki, onların bəzi hərəkətləri xalqın tələbi və Rəhbərin göstərişləri ilə uyğun gəlmir.

Onlar bilməlidirlər ki, səhv yoldadırlar və bu yolu davam etdirmək istəsələr, xalq onlardan imtina edəcəkdir.

 

 


Etiketlər :