Bu hərəkət, inqilabçı insanlara, islam sistemini sevənlərə və rəhbərin davamçılarına ac tam verdi və bu hadisəyə səbəb olan insanlar haram iş görmüş və ağıla sığmaz hərəkət etmişlər.

30 November 2024

03:07

۲,۱۰۷

Xəbərin xülasəsi :
22 Bəhmən yürüş günü, həzərti Məsumənin (s) hərəmində milli məclisin rəisi çıxış edən zaman yaranan qarışılıqlığı, şərh etmək olmaz. Belə bir müqəddəs məkanda və belə bir gözəl mərasimdə bu cür hadisənin baş verməsini izah etmək olmaz.
آخرین رویداد ها



“19 dey qəzeti”nin son vaxtlar baş verən hadisələr barədə Ayətullah Fazil Lənkərani cənabları ilə müsahibəsi

 

 

Bu hərəkət, inqilabçı insanlara, islam sistemini sevənlərə və rəhbərin davamçılarına ac tam verdi və bu hadisəyə səbəb olan insanlar haram iş görmüş və ağıla sığmaz hərəkət etmişlər.

 

            

Ayətullah Məhəmməd Cavad Lənkəraninin bəyanatı:

Bu hərəkat, inqilabçı insanlara, İslami quruluşu sevənlərə və Rəhbərin davamçılarına mənfi təsir bağışladı. Bu hadisəyə səbəb olan insanlar haram iş görmüş və ağlasığmaz hərəkətə imza atmışlar.

Qum elmi hövzəsinin görkəmli ustadı dedi: 22 bəhmən günü, həzərt Məsumənin (s) hərəmində milli məclisin rəisi çıxış edən zaman yaranan qarşıqlığı şərh etmək mümkün deyildir. Belə bir müqəddəs məkanda və belə bir gözəl mərasimdə bu cür hadisənin baş verməsi təsəvvür olunmazdır. Həqiqətdə həmin qrup, öz əməli ilə Qum əhalisinə xəyanət etmişdir.

İmam (r.ə) və Rəhbərin davamçılarına və həmişə mübarizə meydanlarında hazır olan əziz millətimizə minnətdaram. Ümid edirəm ki, onların bu mübarizliyi, vəhdəti İslam və İran inqilabına bərəkət bəxş edəcəkdir.

Ayətullah Məhəmməd Cavad cənabları söhbətinin davamında 22 bəhmən yürüş günü, həzərt Məsumənin (s) hərəmində milli məclisin rəisi çıxış edən zaman yaranan iğtişaş barəsində belə dedi:

Bu hərəkət, inqilabçı insanlara, İslami quruluşu sevənlərə və Rəhbərin davamçılarına mənfi təsir bağışladı. Bu hadisəyə səbəb olan insanlar haram iş görmüş və ağlasığmaz hərəkətə imza atmışlar.

Əimmeyi-əthar (ə) fiqh mərkəzininbaşçısı əlavə etdi:

Bu hərəkət Rəhbərin göstərişləri ilə tamamilə ziddiyyət təşkil edir. Lakin İslam inqilabının lideri həmişə xalqı və məsul şəxsləri birliyə çağırır və biz bunun şahidiyik. Rəhbərin dediyinə görə hər kəs prezident seçkilərinə qədər ixtilafa səbəb olacaq hansısa bir hərəkət edərsə, İran millətinə xəyanət etmişdir.

Özünü vilayətçi və rəhbərin davamçısı bilən şəxs, bu hərəkəti Rəhbərin o dərinmənalı tövsiyəsi ilə necə müqayisə edə bilər. Bütün müctehidlər, elmi hövzənin ustadları, siyasi-məzhəbi məsullar və Qum əhalisi həzrət Məsumə (s) və müqəddəs Qum şəhərinin hörmətini saxlamayanlarla qarşıdır və onların bu işindən narazıdırlar.

Belə günlərdə xalqın vahid bir yumruq olub səhnələrə, meydanlara çıxması çox mühümdür. Bu cərəyan hansısa bir qrupa və ya şəxsə aid deyil, bəlkə bütün İran millətinə məxsusdur. Deməli, heç kim millətin hədəflərinə qarşı çıxa bilməz.

Milli məclisin rəisinə etiraz bildirən qrup, qabaqcadan vaxt təyin edib onun görüşünə gedə bilərdi. Həmçinin milli məclisin binası qarşısına toplaşa bilərdi. Ancaq onların belə bir mərasimdə və müqəddəs bir məkanda etdikləri hərəkət Qum əhalisinə xəyanət və hörmətsizlik sayılır.

Əimmeyi-əthar (ə) fiqh mərkəzininbaşçısı bu hadisəni xoşagəlməz xatirə kimi yad edib dedi:

Əlbəttə, onu da xatırlatmaq lazımdır ki, uzun müddətdir Qumda bir dəstə belə təxribat xarakterli hərəkətlərin arxasına düşmüşdür. Əgər onlara “siz belə hərəkətlərinizlə Qum əhalisinin etibarını ləkələdiniz” – deyilsə, nə cavab verəcəklər.?!!

Sonda belə qarşıdurmaya səbəb olan insanlara tövsiyəm budur ki, öz işlərindən əl çəksinlər. Onlar bilməlidirlər ki, bizim inqilab 34 ildən sonra məntiqə uyğun və məntiq yolunda davam etməldir. Belə işlər isə heç vaxt nəticə verməyəcək.

 

 

 


Etiketlər :