FATİMƏYƏ BAXANDA DƏRD VƏ QƏMLƏRİMI UNUDARDIM

30 November 2024

03:04

۲,۱۴۹

Xəbərin xülasəsi :
Əziz və hörmətli sayt oxucuları! Bildiyiniz kimi bu günlər, Allah rəsulu Muhəmməd (səlləllahu ələyhi və alihi vəsəlləm) –in ürəyi olan Fatimeyi-Zəhra (səlamullahi ələyha) –ya aiddir.
آخرین رویداد ها

ƏLİ (ələyhissəlam) BUYURUB:

 

FATİMƏYƏ BAXANDA DƏRD VƏ QƏMLƏRİMI UNUDARDIM


 

FATİMƏYƏ BAXANDA DƏRD VƏ QƏMLƏRİMI UNUDARDIM


Əziz və hörmətli sayt oxucuları! Bildiyiniz kimi bu günlər, Allah rəsulu Muhəmməd (səlləllahu ələyhi və alihi vəsəlləm) –in ürəyi olan Fatimeyi-Zəhra (səlamullahi ələyha) –ya aiddir.

Beləki, musəlman tarixçiləri həzrəti Zəhra (səlamullahi ələyha)-nın dunyadan köç etmə tarixini iki cür hekayət edirlər: Hicri tarixinin on üçüncü ili, cəmadiyəl-əvvəl ayının on üçü, və həmçinin həmin ildə cəmadiyəs-sani ayının üçündə baş verməsini qeyd edirlər.

Müsəlman aləmi də Peygəmbər (səlləllahu ələyhi və alihi vəsəlləm)-in bu qiymətli dürdanəsinin xatirəsini əziz tutaraq, qeyd olunan bu iyirmi gunu o xanıma matəm tuturlar. Bununla Allah Rəsulu (səlləllahu ələyhi və alihi vəsəlləm)-ə baş saliği verir və bu dərdə şərik olduqlarını bildirirlər.

Bu matəmdə şərik olmaq məqsədi ilə Fatimeyi-Zəhra (səlamullahi ələyha)-nin şəhadətini atası Peyğəmbər (səlləllahu ələyhi və alihi vəsəlləm)-ə, zamanın imamı həzrəti Məhdi (ələyhissəlam)-a, və həmçinin tamam dünya insanlarına təsliyət deyirik.

 

EHTİZAR HALINDA HƏZRƏTİ ZƏHRANIN ZƏBAN HALI

 

Olma mənim qəmimdə çox, əşki fişan əmoğlu can

Ağlama etmə Zeynəbin, qəlbini qan əmoğlu can

 

Sil gözüvü Hüseyn baxır, eylər işarə Zeynəbə

Pey aparıb[1] uşaqların dördü  əsli mətləbə

Bənzəyir ömrü Fatimə eyni hilali yek şəbə

Müxtəsər ömrülən edər çöhrə nihan əmoğlu can

 

Rubahi piri hiyləgər[2] nəqşə çəkib rəyasətə

Cəm eləyib Səqifədə on nəfəri xəyanətə

Şiqqi əsayi din edib rüxnə salıbdı ümmətə

Köhnə nifaqü kinəsin etdi əyan əmoğlu can

 

Məkri zəmanə bağladı Xeybəri sındıran əli

Dizlərini qucaqlayıb xanəneşin olub Əli

Verdilər əldən ey əcəb sən tək işıqlı məş`əli

Qafilə şəb çırağısız, oldu rəvan əmoğlu can

 

Fikr elədim ki öz qapım canimə xoş pənah idi

Mən  bilim ki, poşti dər Möhsinə qətligah idi

And ola ruhi Möhsinə Fatimə bigünah idi

Fizzə gəlincə dadimə oldu olan əmoğlu can



[1]Dərk edib

[2]Hiyləgər qoca tülkü


Etiketlər :