ƏGƏR ƏLİ XƏLQ EDİLMƏSƏYDİ FATİMƏYƏ LAYİQLİ BİR KƏS OLMAZDIR.

30 November 2024

03:07

۱,۹۶۵

Xəbərin xülasəsi :
Həqiqi və insani həyata necə çatmaq olar?.Kimi ülqu və numunə götürmək lazimdır? Avropa belə bir həqiqətə nail olmaqda bizə kömək edə bilərmi? Nə etməli, kimi seçməli?
آخرین رویداد ها


ƏGƏR ƏLİ XƏLQ EDİLMƏSƏYDİ FATİMƏYƏ LAYİQLİ BİR KƏS OLMAZDIR.

 

ƏGƏR ƏLİ XƏLQ EDİLMƏSƏYDİ FATİMƏYƏ LAYİQLİ BİR KƏS OLMAZDIR.


Həqiqi və insani həyata necə çatmaq olar?.Kimi ülqu və numunə götürmək lazimdır? Avropa belə bir həqiqətə nail olmaqda bizə kömək edə bilərmi? Nə etməli, kimi seçməli?

Bu və bu kimi suallara dogru və dəqiq cavab vermək üçün gəlin yaşadığımız aləmə nəzər salaq;

Bildiyimiz kimi təbiət və maddı aləm maddənin dörd halından təşkil olunmuşdur: bərk, maye, qaz, plazma. Sadaladığımız bu dörd halın hamısı maddədir. Maddə deyəndə özundən hərəkəti olmayan cansız varlıq nəzərdə tutulur. Maddədən təşkil olunmuş hər hansı bir əşya isə “cism adlanır.

Bəs yuxarıda tərif etdiyimiz maddə və ya ondan düzələn hər hansı bir cism adlandırdığımız əşya hərəkətsiz və eyni zamanda cansız bir varlıqdır. Deməli maddi varlıq hərəkət etməsində hansısa bir süur sahibinə six baglılığı var. Başqa bir sözlə ifadə etsək şüursuz maddə öz hərəkətində şüurlu bir varlığa ehtiyacı vardır.

Onda demək olar ki, yaşadığımız maddi aləm tamam varlığı ilə, öz hərəkətində şüur sahibinə ehtiyacı vardir. Deməli bu aləmi tamam canlı-cansız, şüurlu-şüursuz varlıqlarının necə həyat sürmə qanununu intizama salan yeganə qüdrət vardır.

Sonda belə bir nəticə aliriq ki, aləmi yaradan intizama salan, O yenilməz qüdrət sahibi his duyğuları ilə hiss olunmasada ağlın gözü ilə görünən Allahdır.

Elə burdaca belə bir misala nəzər salaq: Hansısa müəllifin kitabının haqqında nəzər vermək və hansısa məqsədə yazdıgını bilmək üçün həmin kitabı bir neçə nəfərə veririk. Bir neçə gün keçdikdən sonra həmin kitabı mütaliyə edənlərdən kitab haqda soruşaq. Onların hər tək - təki o kitabın hansı məqsəddə yazildığı barədə öz fikirlərin irəli surəcək və şəxsi nəzərlərini deyəcəklər. Lakin onların hamısından dəqiq və doöru nəzəri yalnız kitabın öz müəllifi verə bilər. Cünki kitabı qələmə alanın özü hamıdan dəqiq deyə bilər ki, bu kitabı yazmaqda onun məqsədi nə imiş. Çünki bu kitab müəllifin tamam vücudunun zəhməti sayəsinəd cəm olmuşdur. Bəs o kitabı mütaliyə edənlərin heş biri onu qələmə alan şəxsin özü kimi hansı məqsədlə yazılmasını deyə bilməz.

Bəs həqiqi və insani keyfiyyətlərə malik olan həyata və yaşayışa yetişmək üçün yalnız və yalnız yaradanın qanunlarına uygun yaşamaq lazımdır. İnsanların maddi və mə`nəvi yönundə necə yaşamaqlar qanunun onlara Allah tərəfindən gətirən şəxsə peygəmbər deyilir. Onda insani keyfiyyətlərə malik olan həyata nail olmaq üçün Muhəmməd (səlləllahu ələyhi və alihi vəsəlləm) və onun ən yaxınlarının – əhli beytinin - yaşayışına nəzər salmlıyıq. Çünki bu dediklərimizdən məlum oldu ki, həqiqi yaşayışa çatmaqlıq yalnız bu yolla ola bilər.

Bu haqda Allah rəsulu Muhəmməd (səlləllahu ələyhi və alihi vəsəlləm) –dən bizə gəlib yetişən mötəbər hədislərin birində oxuyuruq:

 Ey Fatimə! Məryəm öz zamanının qadınlarından ustun idi, amma Allah təala səni bütün zamanlarda tamam qadınların seyyidi və xanımı qərar verdi.

Həzrət bu mübarək kəlamında Fatimə (səlamullahi ələyha)-nın, bütün zamanlarda tamam dünya qadınlarına nümunə və ulqu olmasını vurqulamışdır.


Etiketlər :