Şiyə kitablarında, Əhlibeytə (ə.s) olunan müsibətlərin bir guşəsi.
30 November 2024
03:08
۲,۹۴۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Şiyə kitablarında, Əhlibeytə (ə.s) olunan müsibətlərin bir guşəsi.
Səqifənin başçıları, Həzrət Əlidən (ə.s) beyət almaq üçün, daşürəklik və qəddarlıqla məşhur olan, Qunfəzi Əlinin (ə.s) qapısına göndərdilər, amma Qunfəz birdaha əliboş qayıtdığından hakimiyyət öz istəyinə nail olabilmədi. Ömər, Qunfəzin bacarıqsızlığından hədsiz qəzəblənmiş halda yerindən qalxaraq Xalid ibni Vəlid və Qunfəzə əmr etdi ki, özləri ilə odun və məşəl götürsünlər. Sonra Həzrət Zəhranın (s.ə) evinə tərəf yola düşdülər. Və müqəddəs Risalət evinin qapısına çatdıqlarında, qəzəblə qapını döydülər. Ömər, uca səslə, qapını açın deyə bağırırdı, Xanım Fətimə (s.ə) qapının arxasından cavab verərək buyurdu; Ömər! Nəüçün bizdən əl çəkmirsən? Axı biz əzalıyıq, atam Muhəmmədə (s.ə.v.a) yas tuturuq, atam hələ yenicə dünyadan köçmüyübmü?!
Ömər dedi; Qapını aç, əyər açmasan yandıracağam qapını. Ömərə dedilər; bu qapı Fatimənin (s.ə) qapısıdır, sən Fatimənin (s.ə) evinə od vurmaq istəyirsən?! Dedi; bəli, od vuracağam.
Həzrət Fatimə (s.ə) buyurdu; Ömər! Sən Allahdan qorxmursanmı ki, mənim evimə hücum çəkirsən? Ömər buna məhəl qoymadı və qapını yandırmaq üçün tonqal qalanmasını tələb etdi. Daha sonra qapıya od vurdu və təkan verərək qapını açdılar, Bu zaman Həzrət Fatimə (s.ə) Ömərin qapıya verdiyi təkan nəticəsində, qapı arxasında sıxılaraq, qapının qızmar mismarı sinəsinə sancılır. Bu zülmdən ölümlə üzləşdiyini görən Həzrət Zəhra (s.ə) , Atacan ya Rəsulullah fəryadıma gəl! deyə nalə edir.
Həzrət Zəhranın (s.ə) zərbələr altında, fəryad və nalələri.
Əbubəkr, bu iş üçün ən yaxşı oyunçusun seçmişdi, buna görə ki, Ömərin yerinə hər kim olsaydı, Fatimənin (s.ə) naləsindən həya edərək qayıdardı. Amma gəlin görək Ömər, Peyğəmbərin (s.ə.v.a) ürəyinin bir parçası olan, Xanım Fatimənin (s.ə) nalələrinə məhəl qoydumu?
Xeyr. Bir an belə olsun, Xanımın fəryadına önəm vermədi, hətta Xəncərin Qilafını, havaya qaldıraraq Xanım Fatimənin (s.ə) qoluna elə bir zərbə endirdi ki, Ya Əbəta! Atacan köməyimə gəl! deyə, Xanımın naləsi səmalara ucaldı.
Ömər bu nalələrdən təsirlənəcək bir kimsə deyildi. O, Şəqavət və Rəhmsizlikdə misilsiz idi. Və İslamın sütunlarını lərziyə gətirəcək və Peyğəmbərin (s.ə.v.a) mübarək qəlbini sındıracaq və.s kimi zülmlər törədəcəyinə dair özü ilə əhd etmişdi.
Elə buna görədə bu dəfə qamçı ilə Fatimənin (s.ə) nazənin qollarına saysız zərbələr endirirdi, və Xanımın Zəhra (s.ə) Ömərin qamçı zərbələri altda, fəryad edərək səsləninrdi; Ya Rəsuləllah, Əbubəkr və Ömərin səndən sonra bizə etdikləri hədsiz zülmləri görürüsənmi!.
Əlinin (ə.s) qollarını bağlayan o qüdrət, nə idi?!.
Əlinin (ə.s) misli bərabəri olmayan bir şücaət sahibi olduğunu, eləcədə O Həzrətin rəşadətini, Xeybər və Xəndək döyüşlərində görmüşdülər. Hətta əgər bütün Ərəblər belə, onunla döyüşə qalxsaydılar, onların qarşısında tək dayanardı. Bəs, belə olduğu halda, nə üçün sükut etdərək hökumətin zülmlərinin qarşısını almadı? Bu məsələnin aydınlaşması üçün, macəranın davamına diqqət edin;
Həzrət Zəhranın (s.ə) naləsindən Əli (ə.s) ayağa qalxdı, Xeybər (qalasının qapılarını sındıran) əlləri ilə, Ömərin yaxasından tutdu və onu yerə vuraraq öldürmək istədiyində Peyğəmbərin (s.ə.v.a) ondan səbr etməsini istədiyini xatırladı. Bu zaman Ömərə buyurdu; Ey Səhhakın oğlu, Muhəmmədi (s.ə.v.a) Nubuvvətlə ucaldan Allaha and olsun, əgər Allahın qəza və qədəri və Peyğəmbərlə (s.ə.v.a) bağladığım əhd, mənim əllərimi bağlamasaydı o zaman görərdin ki, mənim evimə daxil ola bilməzsən.
Ömər fəryad edərək kömək istədi, camaat hamı evə hücüm etdilər. Əli (ə.s) ayağa qalxaraq Zülfüqarı götürdü əlinə, Həzrətin şücaətindən xəbərdar olan və döyüşlərdə dəfələrlə rəşadətini görən Qunfəz, bilirdi ki, əgər Əli (ə.s) Zülfüqarı havaya qaldırsa, orda olanların hamısını yerlə yeksan edəcəkdir. Elə buna görədə qaçmağı qalmaqdan məsləhətli bilib, Əbubəkrə xəbər vermək üşün qaçmağa üz qoydo.
Əbubəkr Qunfəzə dedi; Qayıt Əlinin (ə.s) evinə. əgər Əli (ə.s) beyət etmək üçün evdən çıxmazsa, ev əhli ilə birgə, evə od vuraraq yandırın. Qunfəz silahlı bir dəstə ilə, Ömərin köməyinə gəldi və daxil oldular Əlinin (ə.s) evinə.
Aləmin mehvərinin bağlanan qolları
Evin ətrafında dayananlar, bir neçə andan sonra Əlinin (ə.s) əllərinin bağlandığını, və insaniyyət nümunəsinin boynuna kəndir salındığını və bir tülkünün, meydanların aslanını məscidə doğru çəkdiyini gördülər. Bu səhnə hammını təəccüb və heyrətə salmışdı. Və həqiqəti dilə gətirməyə gücləri çatmasada belə, Qədr Xumda Əli (ə.s) ilə beyət səhnəsini xatırlayaraq, öz özlərinə belə deyirdilər; Allahın Rəsulunun (s.ə.v.a) Xəlifəsini, Əbubəkir kimi Napak biriylə beyət etməyə aparırlar. Amma gəlin görək onlar bilmirdilərmi ki, Əlinin (ə.s) boynuna kəndir salmaq, dünyaya yenicə ayaq basan, İslamın nazik boğazına, və onun gətirdiyi dəyər və insaniyyətin boynuna kəndir salmaq deməkdir? Bilmirdilərmi ki, Əlinin (ə.s) əsarəti, insaniyəti əsarətə salmaq deməkdir? Bilmirdilərmi ki, Əlinin (ə.s) əllərini bağlamaq, həqqin əllərini bağlamaq, həqiqətin ev dustağı olması və zülm və şeytanların qüdrətlənməsi deməkdir? Bilmirdilərmi ki, Əliyə (ə.s0 zülm etmək, Qiyamətədək bütün mövcudat və məxluqata zülm ütmək və Həzrət Qaimin (ə.c) qiyamınadək, Müsəlmanları çarəsiz qoymaq deməkdir?
Əgər onlar anlamırdılar vəya anlamaq istəmirdilərsə, Həzrət Zəhra (s.ə) bu mətləbi aşkarcasına görürdü və öz xütbə və çıxışlarında, camaatı bu kimi faciə və bəlanın acı nəticəsindən xəbərdar edərək çəkindirirdi. Amma təəssüflər olsun ki, Həzrət Zəhranın (s.ə) dəvətini qıbul edən bir kəs olmadı.
Zəhra (s.ə) buradada sonunadək öz səyini etdi. Əlini (ə.s) məscidə aparmaq istədiklərində, Zəhra (s.ə), dizlərində taqət qalmadığından, yanmış qapının astanasına düşən halda, yenədə sakit qala bilmirdi. Çünki Zəhra (s.ə), Allah və Əli (ə.s) ilə əhd bağlamışdı. Buna görədə, sinəsi yaralı və əli, dizləri titrəyən halda, Əlidən (ə.s) himayət etmək üçün ayağa qalxmağa çalışırdı. Dizlərində taqət olmamasına baxmayaraq, Allahdan aldığı ilahi qüdrət sayəsində, hammı Xanımın qarşısında aciz idi. Bu zaman Ömər, Qunfəzə işarə edərək ondan Zəhranın (s.ə) ayağa qalxmasına mane olmasını istədi, və Qunfəz qamçısını qaldıraraq xanımın biləklərinə eləbir zərbə endirdi ki, əsəri şəhadət gününədək Xanımın qolunda qaldı.