Əhli sünnə kitablarına əsasən, macəranın bir guşəsi.

30 November 2024

01:09

۴,۸۵۰

Xəbərin xülasəsi :
Muhəmmədin (s.ə.v.a) Əhlibeyti (ə.s), həmişə zəfər meydanlarının qəhrəmanları olub, və haqq ilə batil arasında olan mübarizələrdə, kafir və müşriklərin öndərlərinin arxasını yerə vuraraq fitnələrin gözünü kor etdilər
آخرین رویداد ها



Əhli  sünnə  kitablarına  əsasən,  macəranın  bir  guşəsi.


Muhəmmədin (s.ə.v.a)  Əhlibeyti (ə.s),  həmişə  zəfər  meydanlarının  qəhrəmanları  olub,     haqq  ilə   batil  arasında  olan   mübarizələrdə,  kafir    müşriklərin  öndərlərinin  arxasını  yerə  vuraraq   fitnələrin  gözünü   kor  etdilər.  Yalnız  bu  mübarizə    doyüşlər,  bəzən  qılınclarla    bəzəndə  qılıncdan  kəsərli  olan  xütbə    çıxışlarla  aparılırdı.

Qədir  Xumçularla    Səqifə  şeytanları  arasında  olan, mübarizənin   qalibi,  Həzrət  Fatimə (s.ə)  idi,    düşmən  çarəsiz    üzüqara  halda  məğlub  olmuşdu.  Peyğəmbərin (s.ə.v.s) məscidində,  daha  bir  nur,  Həzrət  Zəhra (s.ə)  nuru  təcəlli  edərək,  küfr və  zülmət  pərdəsini  ortadan  götürdü. Və  həqiqətin   üzərinə  çökmüş  qubarları  paklayaraq,  həqiqətə   bir daha  nur  saçmaq  imkanını  töhfə  etdi. Qədir  Xum  macərasını   hər kəsə  xatırlatdı.  Zəhranın (s.ə), Peyğəmbərin (s.ə.v.a) məscidindəki  sözləri    gecələri  səmaya ucalan  nalələri ilə,  riya, yalan və  saxdakarlıq  niqablarını   kənara  çəkərək,  münafiqləri  bir daha  əbədi  olaraq  hər kəsə  tanıtdırdı.

Həzrət  Zəhranın (s.ə)  qalibiyyəti  hər kəsə, hətta  Əbubəkr    Ömərə   belə  aşkar    aydın idi.  Heç vaxt  təsəvvür  etməmişdilər  ki,   belə bir  rusvayçılıq  əbədi olaraq  üzərlərində  qalacaq    heç bir  yalan, riya və  saxdakarlıqla,  onu  gizlətmək  mümkünsüz  olacaqdır.  Məhz  buna   görə  idi  ki,  o ikisi (Əbubəkr və Ömər)  bəzi  sadəlövh  insanları  aldatmaq  məqsədi  ilə,  üzrxahlıq  üçün,  Həzrət  Zəhranın (s.ə)  hüzuruna  gəlirlər,  lakin   onların  bu  hiylələridə,  danılmaz   bir  rüsvayçılıqla  nəticələnir.  Birinci  xəlifə,  Zəhranın (s.ə)  nalələrinin  qiyamətədək  çınlayacağını    hər  ötən gün  daha,  onların   rüsvayçılıqlarını  dahada  aydın    aşkar   formada  tarix  səhifələrində  əks  etdirəcəyini  çox gözəl  dərk  etdiyi və  anladığından,  ömrünün   son  günlərində  arzu  edərək  deyirdi;  Ey kaş  Fatiməyə (s.ə)  zülm  etməzdim.

Bu  macəralardan   sonra,  ümmətin  hiyləgərləri,  həqiqət  nurunu  azaltmaq   üçün,  həmin  dövrdən  etibarən  hadisələrin  üzərinə   pərdə  çəkməyi  qarşılarına  məqsəd  qoydular.     həmçinin  qələm sahibləri,  əsrlər   boyu   onlardan  itaət  edərək  onlara  tabe oldular.     tarixin  səhifələrini  öz  yalan    uydurmaları  ilə  zülmətə  qərq  etmək  üçün  yetərincə  çalışaraq  öz   səylərini  əsirgəmədilər.     tarixi  öz  yalanlarıyla  dolduraraq,   nur    həqiqət   üçün,  azacıqda  olsa  belə  yer  qoymamağa  çalışdılar.  Lakin  Allahu  Təala,   həqiqət  nuru azacıqda  olsa  belə,  onun  əbədi  olaraq  qalmasıyla,  Allahın  höccətinin  hərkəs  üçün  sübuta yetməsini  istədiyindən,   bu  nuru    həqiqəti  hifz  etməkdədir.  Bu nuru  söndürmək  istəyənlərin,  tamam  səylərini  ortaya  qoymaqlarına  baxmayaraq,  yenədə   tarix  səhifələrinin   guşələrində,  həqiqət  cilvələnərək  nur  saçmaqdadır.    biz  həqiqətə  olan  təşnəliyimizi    onun  vasitəsiylə  sirab  edə  bilərik.

Buxarinin  ustadı    Əhli Sünnənin  ən böyük  alimlərindən  olan, Hicri  Qəməri  tarixiylə  235-ci  ildə  vəfat  etmiş  İbn  əbi  Şəybə,  “əl-Musənnif”  kitabında  belə  yazır; Zeyd  ibni Əsləm (Ömərin  qulamı olan)  atasından nəql  edir ki,   camaat  Əbubəkr  ilə  beyət  etdikdən  sonra,  Əli (ə.s)    Zübeyr   Fatimənin (s.ə),  Peyğəmbərin (s.ə.v.a) qızının  yanına  gedib  gəlirdilər.    öz  işləri (Əbubəkr ilə  beyət  etməmək) barəsində,  O  Həzrətlə  söhbət  edirdilər. Ömər ibni  Xəttab  bunu  eşitdikdə  evdən  çıxdı    Fatimənin (s.ə)  yanına  gələrək  dedi;  Ey  Allahın  Rəsulunun  qızı!  Allaha  and olsun,  bizim  yanımızda  heç  kəs  sənin atandan  daha  əziz  deyildi,    ondan  sonra isə  bizim  yanımızda   heç kəs  səndən  daha  əziz  deyil.  Amma  Allaha  and olsun ki,  bu  mənə  mane  ola  bilməz,  Əgər  bunlar  sənin yanında  cəm olsalar,  əmr  edərəm  ki,  sənin  evini  bunların başına  yandırsınlar.

 

Əhli sünnə kitablarına əsasən, macəranın bir guşəsi.


Vəhy  evinin  yandırılması


Əhli  Sünnənin  ən qədim  tarixçilərindən  olan    Hicri  Qəməri   tarixinin  224-cü  ilində  vəfat edən,  Bilazuri  özünün   “Ənsabul-Əşraf”  kitabında  yazır;  Əbubəkr  Əlinin (ə.s)  dalısıyca  göndərdiki,  ondan  beyət  alsınlar,  lakin  O, beyət etmədi,  Ömər  əlində  məşəl  gəldi,  bu zaman  Fatimə  qapının  astanasından  ona   qəzəblənərək   buyurdu;  Ey  Xəttabın oğlu!  Mənim  evimin qapısına  od  vurmaq  istəyirsən?  Dedi; bəli.

Əhli  Sünnənin  H.Q  tarixiylə  328-ci  ildə  vəfat etmiş  daha bir  alimi,  İbn  Əbd Rəbbəh  “əl-Əqdul-Fərid”  kitabında  yazır; Əli (ə.s),  Əbbas    Zübeyr  Fatimənin (s.ə)  evində  olduqları  halda,  Əbubəkr  onların  dalınca   göndərdi  ki,  Fatimənin (s.ə)  evindən (beyət  etmək  üçün)  çölə  çıxsınlar.    Ömərə  dedi;  Əgər  çölə  çıxmaq  istəməsələr,  onları  öldür.  Sonra  Ömər  özü ilə  məşəl  götürərək,  evi  onların başına  yandırmağa  gəldi.  Fatimə (s.ə)  onunla   qarşılaşdı  və buyurdu; Ey  Xəttabın oğlu!  Mənim  evimi yandırmağa  gəlmisən?

Dedi; əgər  sizdə  bu ümmət  kimi  beyət  etsəninz,  bəli.  Təəccüblənmiyin  doğru  görürüsünüz,  bu  gün,  Peyğəmbərin (s.ə.v.a)  öncədən xəbərini  verdiyi,  İslamın  Qəribliyinin  əza    matəm  günü  həmin  gündür.    buda  Ömər  ibni  Xəttabdır  ki,  Allahın  əhlini   yandırmaq  üçün,  Risalət  evinə  tərəf  hücum  etməkdədir.    Risalət və  Vəhy  evinə  od  vurmaqdadır.  Bu  gun  Peyğəmbər (s.ə.v.a)  ömrünün  son  ləhzələrində  ondan xəbər  verirdi.    bu Xanim da  Peyğəmbərin (s.ə.v.a)  qəlbinin  meyvəsi  olan  Fatimədir (s.ə)  ki,  nalə  edərək  kömək  axtarır,  lakin   Fizzədən  başqa  kimsənin   yardım  etmədiyini  görür. Fatimənin (s.ə),  Atacan!  səndən sonra,  Xəttabın  övladlarından    Əbi  Quhafədən (Quhafənin  atasından)  necə  zülmlər  gördük.     bu  Əlinin (ə.s)  evindən  ucalan,  alov    dumandır.  Daha  görəsən  Əlinin (ə.s)  susmaqdan  başqa  çarəsimi  qalıb.  Deyərək,  ürək  yandıran  həzin  səslə  nalə  etməsi,  hələ  indidə  çınlamaqdadır.

 


Gül  açmamış   solan  Qönçə


Bəli  bu  gün  Nubuvvət  gülüstanı  solan  həmin  gündür.    bu da  Tuba  ağacının  açılmadan  solan  qönçəsi,  Muhsindir (ə.s) ki,  Səqifənin  başçılarının  əli ilə  qan    od-alov   arasında  pər-pər  oldu.  Əhli  Sünnənin   böyük  alimlərindən  olan  Şəhristani  və Səfdi  “əl-Miləlu vən-Nuhəl”    “əl-Vafi  bil-Vəfəyat”  adlı  kitablarında,  Mutəzilə əqidəsində olan İbrahime Sayyare Nizamidən  nəql  edir; Həqiqətəndə , (Əbubəkr ilə) beyət  günündə,  Ömər  Fatimənin (s.ə) qarnına elə  bir  zərbə  endirdi  ki,  uşaq  ana  bətnindəcə   siqt  oldu    Ömər  fəryad  edirdi;  Fatimənin (s.ə)  evini,  ev  əhli  ilə  birgə  yandırın.    bu  o  zaman idi ki,  evdə  Əli,  Həsən    Huseyndən (ə.m.s)  başqa  kimsə  yox  idi.


Etiketlər :