Həzrət Zəhra salamullah-əleyhanın adı və nəsəbi
30 November 2024
01:14
۳,۱۰۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət Zəhra salamullah-əleyhanın adı və nəsəbi
O həzrət “Kəsa əhlinin” beş nəfərindən üçüncü şəxsidir ki, besətin 5-ci ili Cəmadius-sani ayının iyirmisi Məkkədə dünyaya göz açıb. Risalət (Peyğəmbər) evində nuru təcəlli tapdıqdan sonra həzrət Haqq ona salam çatdıraraq onu Fatimə adlandırıb.
Əziz atası peyğəmbərlər sərvəri (başçısı) həzrət Məhəmməd (s) və anası uca məqamlı qadın olan həzrət Xədiceyi Kübradır. Fatimeyi-Zəhra Allahın seçib üstün bildiyi dörd qadından biri olan anasının qoynunda tərbiyə aldı. (Xədiceyi Kübra) Həyat yoldaşının dəvətinə ləbbeyk deyən birinci qadın olub, başqalarının bütə pərəstiş etdiyi vaxt o, yoldaşı və həzrət Əli ibn Əbitalib (əleyhissalam) ilə birgə namaz qılırdı. Xədiceyi Kübra ibadətdə və mənəvi kamilliydə mərifətin uca məqamını fəth edib kamala çatmışdı. Allah (Əzzə və Cəllə) bu xanımlar xanımının ibadət və uca məqamı ilə müqərrəb (yaxın) mələkləri yanında iftixar edirdi. Allah Rəsulu (s) bu haqda buyurur: “Ey Xədicə! Allah hər gün bir neçə dəfə sənin vücudunla öz əziz mələklərinə iftixar edir”.
Bəli! Fatimə (s) baxmayaraq özü iki dünya xanımıdır, övsiyalar sərvəri (başçısı) Əli ibn Əbitalibin (ə) həyat yoldaşıdır, Cənnət cavanlarının ağası Həsən (ə) və Hüseynin (ə) anasıdır, gərək Xədiceyi Kübra kimi ananın qoynunda tərbiyələnsin ki, ondan başqa Siddiqeyi Kübra həzrət Zəhraya analıq etməyə layiq olan kimsə yoxdur.
Həzrət Zəhranın (əleyha salam) Künyəsi
Ərəblərdə ənənə belə idi və indi də belədir ki, övlad üçün künyə seçirlər. Adətən künyəni ilk doğulan övladın adına qoyurlar. Lakin həzrət Fatimeyi Zəhra (əleyha salam) bu xüsusiyyətdə də, başqalarından üstün idi və əziz atası tərəfindən “ummu əbiha – atasının anası” adlanaraq Allah Rəsulu (s) tərəfindən bu qəhramanlıq medalını alma iftixarına layiq görüldü və bu yalnız həzrət Zəhranın Peyğəmbəri gecə-gündüz müdafiə etməsindən başqa bir şey deyildi.
Əlbəttə həzrət Zəhranın (s) “Ummul-Əimmə”, “Ummul-Həsəneyn”, “Ummul-Həsən”, “Ummul-Hüseyn” və s. kimi künyələri də, var idi.
Həzrət Zəhranın (əleyha salam) ləqəb və adları
Fatimənin (əleyha salam) maddi cismi Cənnət meyvələrindən və nuru Allah tərəfindən idi. Əhli-beytin adları və ləqəbləri onların zatına uyğun olduğundan, həmçinin Allah, Məhəmməd (s) ailəsinin künyə və ali mənəvi məqamlarından xəbərdar olduğuna görə Onun (Allahın) Özü Əhli-beytin adını və ləqəblərini müəyyən etməlidir. Buna görə də, Məhəmməd (s) ailəsinin Sadiqi imam Sadiqdən (ə) hədis var ki, buyurub: Allah yanında Fatimə üçün 9 ad vardır:
1. Fatimə: Fatimə adlandı ona görə ki, bəşər ağılın onun məqamının əzəmətinə çatmasından və onun mərifətinə yol tapmasından daha üstündür. O hər bir şər və pisliklərdən uzaqdır, şiələri də, cəhəmməm odundan amandadır.
2. Siddiqə: yəni məsum və düz danışan;
3. Mübarəkə: yəni bərəkətli, elmli, kamal və möcüzə sahibi və s.;
4. Tahirə: hər bir mənəvi eyb və nöqsandan, insani kamilliyin çatışmamazlığından uzaq;
5. Zəkiyyə: Nəfsi kamilliyin və paklığın zirvəsidə, əxlaqi rəzilətlərdən uzaq olan;
6. Raziyə: İlahi qəza və qədərə razıdır;
7. Mərziyyə: Allahı ondan razıdır;.
8. Muhəddəsə: yəni mələklərlə söhbət etmək, asimani vəhy və xəbərlərdən faydalanmaq;
9. Zəhra; parlaq və nurani;
Həzrət Fatimənin (əleyha salam) təvəllüdü
Həzrət Fatimənin (əleyha salam) Əzəmətli Allah kəlməsi və Allahın gizli sirridir. Deməli əgər həzrət Musa (ə) İlahi Əlvahı və Suhufu (müqəddəs kəlamların toplusu) almaq üçün mütləq qırx gün Allahın görüşünə getməli, ibadət və nəfsi paklamaqla məşğul olmalıdır. Aydındır ki, İlahi əmanəti və bahalı sirri almaq üçün – ki, asimani kitabların hamısı insanları tərbiyə etmək üçün onların nurundan istifadə etmək üçün nazil olub – Peyğəmbər (Musa) mütləq Allahın görüşünə getməli və ibadətlə məşğul olmalıdır. Necə ki, Fatimə Allahın kitabıdır ki, bəşəriyyət və bəşəriyyətin səadəti üçün nazil olmuşdur.
Bu hikmətin üzündən Allahın Rəsulu Məkkədə, vəhy mələyi allah tərəfindən nazil olub Allahın salamını həzrətə çatdırdı və Allah tərəfindən Rəsuli Əkrəmə təyin olunan məmuriyyəti Peyğəmbərə çatdırdı. Bu göstərişin ardınca Allah Rəsulu (s) qırx gün gecə-gündüz həzrət Xədicədən uzaq durub Allaha ibadətlə məşğul oldu, gündüzləri oruc tutdu.
Qırx gün keçəndən sonra vəhy mələyi Cənnət yeməyləri ilə Peyğəmbərə nazil oldu. Allah Rəsulu Cənnət təamları ilə birgə iftar edib Allahla görüşünü bitirdi. Bu minval ilə həzrət Fatimənin (s) maddi cisminin toxumu vücuda gəldi. Peyğəmbər evinə tərəf və fədakar həyat yoldaşı həzrət Xədicənin yanına qayıtdı və həzrət Xədicənin varlığının ağacı peyğəmbərlik meyvəsi ilə (həzrət Fatimə (s)) barlı oldu və Xədicə bir həddə tənhalıq qəm-qüssəsindən nicat taparaq Fatimə (əleyha salam) ilə münis və həmdəm oldu.
Nəhayət hamiləlik dövrü bitdikdən sonra besətin beşinci ili Camadius-Sani ayının iyirmisi Fatimə (əleyha salam) dünyaya gəldi. Nuru Peyğəmbərin (s) evindən ərşdə olanlara təcəlli etdi. Ərşin sakinləri, Peyğəmbərin (s) qeyb elmini, mənəvi və ruhani təsvirini, əxlaqını və ali ruhunu Fatimənin (s) simasında gördülər.