Mərhum, Ayətullah əl-Uzma Fazil Lənkərani (Allahın rəhməti ona olsun) həzrətlərinin, Həzrət Zəhranın (s.ə) şəhadəti günü ilə əlaqədar, bəyanatı.

30 November 2024

01:10

۲,۷۱۰

Xəbərin xülasəsi :
Bu gün İslam aləminin, eləcədə bütün cahanın, Xanımı olan Həzrət Zəhranın (s.ə) şəhadət günündür.
Zəhra (s.ə), Allahu Təalanın mübahat (fəxr) etdiyi, Peyğəmbərin (s.ə.v.a) qəlbinin bir parçası olan, Əlinin (ə.s) həyat yoldaşı və Məsum İmamların (ə.s) anasıdır.
آخرین رویداد ها



Mərhum,  Ayətullah  əl-Uzma  Fazil  Lənkərani (Allahın rəhməti ona olsun)  həzrətlərinin, 

Həzrət  Zəhranın (s.ə) şəhadəti günü  ilə  əlaqədar,

bəyanatı.


Fatimiyyə ( Zəhranın (s.ə)  şəhadət  günləri),  ikinci  Aşuradır.


Mərhum, Ayətullah əl-Uzma Fazil Lənkərani (Allahın rəhməti ona olsun) həzrətlərinin, Həzrət Zəhranın (s.ə) şəhadəti günü ilə əlaqədar, bəyanatı.


Bismillahir-rəhmanir-rəhiym


«السلام عليك يا أيّتها الصّديقة الشّهيدة»


“Salam  olsun  sənə  ey  Siddiyqə (sədaqət    doğruluqda  misilsiz  olan)    ey  Şəhiydə”.


Bu  gün İslam  aləminin,  eləcədə  bütün  cahanın,  Xanımı  olan  Həzrət  Zəhranın (s.ə)   şəhadət  günündür. 

Zəhra (s.ə),  Allahu Təalanın  mübahat (fəxr)  etdiyi,  Peyğəmbərin (s.ə.v.a)  qəlbinin  bir  parçası  olan,  Əlinin (ə.s)  həyat  yoldaşı    Məsum  İmamların (ə.s)  anasıdır.

O  Həzrət,  aləmlərin  ən  üstün  xanımıdır.

Allahu  Təalanın,  Quranda  Həzrət  Məryəmə  «واصطفاك على نساء العالمين»   “ Allah  səni  aləmlərin  ən  üstün  xanımı  etdi”[1]   deyərək, vehy etməsinə  baxmayaraq,  mötəbər  rəvayətlərə  əsasən,  Həzrət  Məryəmin   üstünlüyü,  ailə  həyatı  qurmadan,   İsa (ə.s)  kimi  bir  Peyğəmbəri  dünyaya  gətirməsinə  görədir.

Amma  Həzrət  Zəhranın (s.ə)  məqam    əzəməti, O  xanımın  əzəldən  əbədiyyətədək,  elm,  ismət, paklıq    bəndəçilik  kimi  bir  neçə  cəhətlərdən,  aləmdə  bütün  xanımlardan  üstün  olmasına  əsasəndir.

Cəmadius – sani  ayının 3- cü günü,  Həzrət  Fatimənin (s.ə) şəhadəti  günü  olduğundan    həmçinin  Müstəqil  İslam  dövlətinin  də,  bu  əziz  günü  tətil  elan  etdiyi  kimi,  Müsəlman    Şiyələrin,  hüzn    matəm  məclisləri  təşkil  etmək,  və.s  kimi  mərasimlər  qurmaqla,  bu  günü  ikinci  Aşuraya  çevirərək,  çox  əziz    möhtərəm  bir  gün  olaraq  qeyd  etmələri,  lazım    zəruridir. Və  Fatimənin (s.ə)   mübarək  adıyla  şöhrət  tapan  millətimizin,  son  illərdə  öz  vəzifələrinə  layiqincə  əməl edərək,  bu  günləri  çox  yüksək  keyfiyyətlə  qeyd  etdikləri  üçün,  Allaha  həmd  edərək  əziz  millətimizə  minnətdarlığımızı  bildiririk.

Aydındır  ki,  Həzrət  Zərayə (s.ə)  ehtiram  etmək,  eyniylə  Peyğəmbərə (s.ə.v.a) hörmət  bəsləmək    Onun  risalətinə  boyun  əymək  deməkdir.

İranın  böyük    dəyərli  milləti,  Əhlibeytin (ə.s)  sarsılmaz  həqqaniyyətinə  arxalanaraq    Əhlibeytin (ə.s)  əlindən  möhkəm  tutaraq, İnqilab  səhnələrində  çox  böyük  iftixar    nailiyyətlər  əldə  etdi.    bu  gün də  bunun  vasitəsiylə  öz  yoluna  davam  etməkdədir.  Bunu  bilməliyik  ki,  bizim  müvəffəqiyyətlərimiz  və uğurlarımız,  Əhlibeytə (ə.s) və  Onların  məktəbinə  olan  iymanəməzla  əlaqəlidir,     Onlara  təvəssül   etməyimizin nəticəsidir.

Bizim  şəxsiyyətimizin  həqiqəti,  Şiyəlik    həqiqi  İslamdadır.  Allahu  Mutəaldan  diləyimiz  budur ki,  bizi  öz  Kovsəri olan  Həzrəti  Zəhranın (s.ə)  lütf    inayətindən  bundan  daha  artıq   bəhrələndirsin.



[1] Ali İmran  surəsi \ 42 – ci ayə



Etiketlər :