Həzrət Fatimənin (əleyha salam) uşaqlıq dövrü
30 November 2024
01:13
۲,۶۶۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət Fatimənin (əleyha salam) uşaqlıq dövrü
Həzrət Fatimə (əleyha salam) Peyğəmbərin (s) peyğəmbərlik dövrünün ən həssas vaxtında Allah tərəfindən Peyğəmbərə (s) və onun ümmətinə hədiyyə olunan bir sovqat idi. O, Kövsər, Allahın ən yaxşı töhfəsi və Allahın “İsmi əzəmi” idi ki, ən yaxşı evlərdə - vəhy, peyğəmbərlik, elm və kamalın mədən evində - xilafətin öncül aparıcıları olan bir ata və ananın yanında böyüyüb tərbiyə alaraq elə uşaqlıqdan İlahi vəhyin nuru ilə ünsiyyətdə idi.
Həzrət Fatimə (əleyha salam) Əbi Talibin şöbündə
Hələ iki yaz fəsli həzrət Fatimənin ömründən keçməmişdi ki, Qüreyşin əziyyət, narahatçılığı və sıxıntısı öz kulminasiya nöqtəsinə çatmışdı. İslamın əzəmətli peyğəmbəri ciddi bir təhlükədə idi. O zaman Allah Rəsulunun (s) və İslam dinin ən böyük hamisi olan Əbu Talib, həzrət Peyğəmbərə qarşı təhlükə hiss edir və ətrafındakıların hamısına tövsiyə edirdi ki, tam ayıqlıq ilə Peyğəmbərin (s) canını qorusunlar.
Əbu Talibin ayıqlığı və səyi, Allah Rəsuluna (s) Qüreyş tərəfindən mümkün olan hər cür terror və ölümün qarşısını almışdı. Buna görə də, Qüreyş yeni bir fitnəyə əl ataraq bir müqaviləyə imza atdlar. Bu müqavilədən sonra müsəlmanlar və Allah Rəsulu (s) Məkkə şəhərini tərk edib Əbi Talibin şöbündə məskunlaşdılar.
Şöbdə olan üç illik mühasirə dövrü çox çətin dövr idi. Həzrət Fatimə (s) bu üç il ərzində öz gözləri ilə həqiqəti öz arasında nigarançılıqla görürdü ki, atası necə ciddi təhlükə ilə üzləşib, həzrət Peyğəmbərin (s) və müsəlmanların asayişi və yuxusu qaçıb.
Əmisi Əbu Talibi görürdü ki, bütün varlığı ilə Allah Rəsulunu (s) qoruyur, gecənin qaranlığında təhlükə qorxusundan Əbi Talibin gözlərinə yuxu getmirdi və hər dəqiqə təhlükənin qorxusundan Peyğəmbəri (s) güdürdü. Bəzən də, gücənin bir aləmində Peyğəmbəri Əkrəmi (s) oyadar və təcavüzkar Qüreyşin hücum qorxusundan həzrətin yerini dəyişərdi. O müqəddəs qadın bu müddətdə atasının yanında olmaqla yanaşı haqqı sevməyi və batil ilə mübarizənin şahidi olurdu.
Həzrət Fatimə (əleyha salam) anasının matəmində
Elə ki, iqtisadi və siyasi mühasirənin əziyyətli və çətin günləri bitdi, çətinlik və qüssə Xədicənin pak cisminə yüklənən əzab və qüssələr yaşam imkanını ondan aldı və balaca xanım qızını anasızlıq qəm-qüssəsi ilə tənha qoyub getdi. Bu qüssə bir tərəfdən və digər tərəfdən İmamlar atası, Allah Peyğəmbərinin (s) ələmdarının əldən çıxması o qədər Peyğəmbərə (s) və yeni ayaq açmış İslam cəmiyyətinə ağır oldu ki, o ili “Hüzn ili” adlandırdılar.
O yeganə xanım misilsiz anasının yoxluğuna dözümsüz idi və bir an belə ağlamağı dayanmırdı. Macəranı ciyər guşəsi olan imam Sadiqdən (ə) eşidək: “Həzrət Xədicə (s) dünyaya əlvida deyəndə qızı həzrət Fatimə (s) Allah Rəsulunun sorağına gələrək bütün qəm qüssəsi ilə onun ətrafına fırlanır və soruşurdu: Ey Allahın Rəsulu (s)! anam haradadır? halbuki Allah Rəsulu (s) cavab vermirdi? Fatimə əleyha salam tez-tez o həzrətin ətrafına fırlanır və soruşurdu: anam hanı? Allah Rəsulu (s) heyrətdə idi ki, necə Fatimənin (s) cavabını versin və həzrət Xədicənin vəfat xəbərini qızına necə bildirsin. Bu an Cəbrayıl (ə) nazil olub ərz elədi: Ey Məhəmməd! Allah buyurur: Mənim salamımı Fatiməyə çatdır və de: Anan Cənnətdə özülü mirvaridən və sütunları qırmızı yaqutdan olan Asiya və Məryəmin yanında gözəl bir qəsrdə yeri var. Fatimə əleyha salam bu İlahi mesajı eşidən kimi dedi: Allah Özü Salamdır və salam Onun tərəfindəndir və salam Ona tərəf qayıdır.
Həzrət Fatimə (əleyha salam), hicrət və vətəndən mühacirəti
İlahi dinin yayılmasına görə qohumların tərki və vətəndən hicrət etmək, İlahi səfirlərin ənənəsi və yoludur. Buna görə də, Allah Rəsulu (s) Allahın Əzzə və Cəllin əmri ilə İbrahim (ə) və Musa (ə) kimi, vətəni (Məkkəni) tərk etməyə əmr olunaraq Mədinəyə hicrət etdi. Bu İlahi mesajın ardınca Allah Rəsulu (s) gecənin qaranlığında gizli şəkildə düşmənlərin gözündən uzaq Mədinə qəsdi ilə Məkkəni tərk elədi. O gecə, Peyğəmbərin (s) canı Məkkə müşriklərin əlindən canını salamat qurtarsın deyə, Əli əleyhissalam Allah Rəsulunun (s) göstərişi ilə canını dişinə alıb və canını Allah razılığına sataraq Peyğəmbərin (s) yerində yatdı.
O günün səhəri Əmirəl-Möminin (əleyhissalam) Allah Rəsulu tərəfindən aldığı göstərişə əsasən Peyğəmbərin (s) yanında olan camaatın əmanətini sahiblərinə qaytarıb Yəsribə (Mədinəyə) tərəf hicrətə hazırlaşıb Peyğəmbərin (s) əziz qızı həzrət Fatimə (s), anası Fatimə binti Əsəd, Fatimə binti Zübeyr ibn Abdül Mütəllib, Fatimə binti Həmzə və İmən, Əbu Vaqid Ləysi ilə birgə gündüz və Qureyşin gözü qabağında Məkkə şəhərindən çıxdılar.
Qureyş özünün səkkiz nəfər şücaətli süvarisini İmamın izi ilə göndərdi və yolun yarısında həzrət ilə üzləşdilər. İmam (əleyhissalam) onların rəis və böyüyünü başqa küfr və zəlalət başçıları kimi cəhənnəmə vasil etdi və yerdə qalan terrorçular qaçmağa məcbur oldu. İmam Əli (ə) və yoldaşları yoluna davam etdi və Qubada onları gözləyən Allah Rəsuluna (s) qovuşdular.