“Əimmeyi-Əthar (ə) fiqh mərkəzi”ndə “əmmaməqoyma” mərasimində Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani cənablarının çıxışı

30 November 2024

01:19

۲,۵۹۲

Xəbərin xülasəsi :
Şiələrin on birinci imamı həzrət Həsən Əskərinin (ə) mübarək təvəllüdü münasibətilə Allahın vəlisi imam Zamanı (ə) və bütün şiələri, möminləri xüsusilə də siz dəyərli və möhtərəm tələbə qardaş və bacıları təbrik edirəm!
آخرین رویداد ها


“Əimmeyi-Əthar (ə) fiqh mərkəzi”ndə “əmmaməqoyma” mərasimində Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani cənablarının çıxışı

 

Bismillahir-Rəhmanir-Rəhim


Şiələrin on birinci imamı həzrət Həsən Əskərinin (ə) mübarək təvəllüdü münasibətilə Allahın vəlisi imam Zamanı (ə) bütün şiələri, möminləri xüsusilə də siz dəyərli və möhtərəm tələbə qardaş və bacıları təbrik edirəm!

Bu möhtəşəm məclisin təşkil olunmasından ilk məqsəd imam Əskərinin (ə) xatirəsini yad etmək və ona hörmə göstərməkdir. Hövzə ustadlar, tələbələri Həzrətin həyat tərzi ilə yaxından tanış olmalıdır. İnşallah! Ümidvaram ki, Həzrətin həyat tərziniyaşının az olub və 28 yaşında dünyadan köçməsinə baxmayaraqmütaliə etməklə onu özümüzə örnək götürək. Həzrətin nurani kəlam və moizələri bizim üçün tərbiyəvi və əxlaqi baxımdan yol göstərən olmalıdır biz də o Həzrətin bərəkətindən həmişə bəhrələnməliyik.

Məclisin ikinci üstün cəhəti bundan ibarətdir ki, burada “əmmaməqoyma” mərəsimi təşkil olunub. Bununla əlaqədar bir neçə məsələyə toxunmaq istəyirəm:

Libas (geyim) məsələsi əhəmiyyətli mövzudur və ola bilsin ki, bu məsələ barədə lazımi qədər araşdırmalar aparılmayıb. Belə ki, insanın vücudu ilə libas arasında nə kimi əlaqə vardır?

Bildiyimiz kimi libas bədənin və zahirin örtüyüdür. Lakin həqiqət budur ki, hədislərə müraciət etdikdə, daha dərin mənalar istifadə olunur. Doğrudur ki, libas insanın zahirini örtür, amma libas və geyim üçün qeyd olunan qaydalar, müstəhəb əməllər insanı fikirləşməyə vadar edərək bu nəticəyə çatdırır ki, libas insanın ruhu ilə əlaqəsi var.

Təzə paltar geyinən zaman mübarək Qədr surəsinin oxunması hədislərdə qeyd olunmuşdur. Digər hədislərdə isə belə nəql olunur: “Qədr surəsi, 15 dəfə Tövhid Kafirun surəsi suya oxunmalı və təzə paltarı bu su ilə yumalı sonra geyinilməlidir”. Bu surələr insan bədəninin zahirini örtən bu paltar arasında nə əlaqə var? Məlum olur ki, paltar insanın gələcək işlərində və həyatında təsirlidir. Amma bu əlaqə və təsirin necəliyini doğru şəkildə açıqlaya bilmərik.

Hədislərdən məlum olur ki, paltarın insanın təkallahlığında da təsiri vardır. Amma onun necəliyini də anlaya bilmərik. Libas küfrün müqabilində mübarizə aparmaqda da aidiyyəti vardır və bunlar elə bir şeylərdir ki, biz onun həqiqi əlaqəsini kəşf edə bilmərik. Lakin xülasə budur ki, Quranın surələrindən paltara oxunmaqla bu paltarlar həmin surələr vasitəsi ilə təbərrük olunarsa, hansısa əlaqədən xəbər verir.

Paltar sadəcə mücərrəd bir parçadır insan da onu geyinir” – deyə bilmərik. Paltar geyinmək qaydalarında çoxlu düşündürücü məqamlar vardır. Bunun özünü demək olar ki, insanın başı adətən örtülü olmalıdır hətta yatan halda. Bunun mütləq bir təsiri var.

Bəzi hədislərdə də bu məzmunda təsir və hikmətlər qeyd olunmuşdur. İndi ki, bütün paltarlar belədirsə, o zaman öyündüyümüz, bizim üçün iftixar və imam Zaman (ə.c) əsgərinin paltarı sayılan paltarlarda mütləq böyük təsirlər olmalıdır.

Biz bu libasın bütün elmi və təqva cəhətindən olan aspektlərini qorumalıyıq. Ruhani paltarı geyinən şəxs əvvəl bilməlidir ki, bu libası geyməklə onun məsuliyyəti artır yeni bir məsuliyyət tapır. Əgər indiyə qədər, bir qədər elmi var idisə hədisə əsasən “elmin zəkatı onun yaymaqdır” idisə, lakin bundan sonra ruhani libası Allah ilə insan arasında yeni bir əhdin göstəricisidir. Belə ki, “Mən öz vücudumu, bütün anlarımı və vaxtımı Allah-taala üçün əbədi olaraq həsr edirəm!

Elə ki, insan özünü Allaha həsr etdi artıq özünün sahibi deyil və bu vücudu hər yerə apara bilməz, bu vücudu hər yerdə istifadə edə bilməz. Bu vücudla hər süfrə başında hər məclisdə otura bilməz. Bu libas bizim üçün məhdudiyyət gətirir” – deyə bilmərik. Əksinə bu vəqf və həsretmə bütün dünyəvi işlərdə azadlıq deməkdir. Mütləq bir hürriyyətdir. Özünü Allah və onun dininin xidmətinə həsr etdiyin üçün O da sənə qarşı öz inayətini, lütfünü artırır.

Böyüklərimiz buyurublar ki, biz ruhani paltarını geyindikdən sonra Allahın bizə olan inayətinin artmasını hiss etmişik. Bu real məsələdir, xəyal deyil ki, deyək biz tələbələr özümüzə təlqin edirik! Xeyr, bu bir həqiqətdir! Bizim böyüklərin etirafıdır! İnsan bu libasın dəyərini və əhəmiyyətini bildikdə, Allahdan insana bərəkətlər nazil olur.

İnsan bu libası dinin qiymətini, dəyərini alçaldan işlərdə istifadə etməsin, yerlərə  getməsin.

Bir tələbənin qeybət məclisinə getməsi adi bir adamın o məclisə getməsindən çox fərqilidir. Bəzi vaxtlar elə məclislər var ki, insan onu televizorda görür. Məsələn, elə bu “Fəcrin ongünlüyü” ərəfəsində televiziyada keçirilən məclislərin çoxu pozğunluq və əxlaqsızlıq ilə dolu idi. Onların çoxu da həqiqi haramlar idi. Bəzən bir ruhaninin də orada oturması müşahidə olunurdu. Belə işlərin mənası nədir?

İnsan bu libası geyinəndə yeni bir məsuliyyət daşıyır, belə məclislərə getməməlidir. Bunlar günah əhlinin “məlum olur ki, haqq bizimlədir.” deməsinə səbəb olur. Bunlar batində bu günahı etmək istəyir, lakin üzləri gəlmir. Yaxud günah zəminəsi onlar üçün yaranmır. Bu vasitə ilə onlar özlərinə haqq qazandırır və öz işlərində daha israrlı olurlar.

Biz tələbələr çox riayət etməli və öz vücudumuzdan din üçün daha çox istifadə etməliyik. Həqiqətən öz vaxtımızı batil işlərdə keçirməməliyik. Bu bizim Allah ilə davamlı olan bir əhdimizdir Qiyamət günü bu əhd qurtaracaqdər. Bu əhdü-peymanda təqaüdə çıxmaq və tətil yoxdur. Hər gün bu əhdü-peyman, əlaqələr daha geniş və daha güclü olmalıdır.

Mən “Fiqh mərkəzi”nin tələbələrinə tövsiyə edirəm ki, ruhani libası geyinsinlər, xüsusilə dəali fiqhin mühazirələrindəiştirak edənlər. Heyfdir ki, bu nemətdən istifadə olunmasın.

Hədisdə gəlmişdir: Allah-taala xoşlayır ki, bəndəsinə verdiyi nemətə bəndəsi izhar edib “Allah bu neməti mənə vermişdir” – desin. Bu libas elm nemətini göstərməyin nümunələrindən biridir. Yəni insan bu libası geyinməklə demək istəyir ki, bu mənim üçün bir ilahi iftixardır ki, din elmini müəyyən miqdar kəsb etmişəm. Əlbəttə bununla yanaşı təkəbbür etməsin deyə Allaha pənah aparmalıdır.

Mən elə burdan xatırlatmaq istəyirəm ki, bəzən ruhani libası geyinən dostlardan bəziləri təvazökarlıqlarının artması əvəzinə, qürur və təkəbbürə düçar olurlar. Bu olduqca təhlükəlidir!

Diqqət olunası bir məsələ budur ki, insanın bu libasın hörmətini mənzildə, çöldə, dostlar arasında və s. riayət etməsi ilə qürurun ona hakim olması arasında çox fərq vardır. Libasın hörmətini saxlayaraq başqalarına deməlidir ki, mən artıq başqa şəraitdəyəm, öncki zarafatları, şıltaqlıqları edə bilmərəm. Eyni halda ehtiyat edib qürura giriftar olmamalıdır.

Ümumiyyətlə, tələbəlik, bu libasın təsir və bərəkətləri özü əhəmiyyətli və geniş bir mövzudur. Təəssüflər olsun hələ də, hövzədə bu mövzu haqqında tam şəkildə təhqiqat aparılmayıb. Bizim, ruhanilərin libası geyinməmişdən öncə mütaliə etməsi, o libasın şərtlərini öyrənməsi və özünü bu meydan üçün necə hazırlaması üçün yazılmış bir kitabımız yoxdur. Ümidvaram ki, inşallah bu məsələyə diqqət yetirilər.

Hər halda sevinirik ki, bu gecə imam Əskərinin (ə) mövlud mərasimi bu mərkəzdə həyata keçir və mərkəzin dəyərli, müvəffəq və hövzənin görkəmli,  istedadlı tələbələrindən biri burada bu müqəddəs libası geyinir. Ümid edirik ki, bu iftixar tacını başına qoymaqla, həqiqətən özünü imam Zamanın (ə.c) hüzurunda görsün. Əlbəttə bu libas olmadan da, özümüzü imam Zamanın (ə.c) hüzurunda görməliyik. Lakin bu zahiri rəsmiyyətdən əlavə, tələbələr bilməlidirlər ki, o Həzrətin yanında və Allahın höccəti ilə əhd-peyman bağlayırlar. Onlar əhdlərini təzələyərək, Həzrətdən kömək istəməlidirlər ki, bu libas elm, təqva, mərifət, irfan və əxlaqın qapılarını üzlərinə açsın və günü-gündən daha çox müvəffəqiyyətlərə nail olsunlar. İnşallah!

Ümidvarıq, Allah-taala Öz inayətlərini belə bir gecədə imam Əskərinin (ə) bərəkətinə xatir, bütün elmi hövzələr, tələbələr, dini mərkəzlər, İslam və müsəlmanların yolunda xidmət edənlərin hamısına nazil etsin.

Ümidvarıq, Allah-taala, imam Zamanı (ə.c), bizim və elmi hövzələrimizin əsil sahibini, hamımızdan, bütün işlərimizdən, sözlərimizdən, danışıqlarımızdan və baxışlarımızdan razı etsin və bizim haqqımızda o Həzrətin etdiyi dualarını qəbul etsin!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

 


Etiketlər :