“Hövzə kitabları” üçüncü xüsusi sərgisinin ziyarəti çərçivəsində Ayətullah Şeyx Cavad Fazil Lənkərani cənabları ilə müsahibə

08 July 2024

23:54

۲,۶۳۶

Xəbərin xülasəsi :
“Hövzə kitabları” sərgisinin xəbər mərkəzinə istinadən, Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani cənabları “Hövzə kitabları” üçüncü xüsusi sərgisinin ziyarəti çərçivəsində dedi: Bu həcmdə dini və hövzəvi məhsulları görməklə və belə bir dəyərli sərginin keçirilməsi liə hiss olunur ki,.
آخرین رویداد ها


 

“Hövzə kitabları” üçüncü xüsusi sərgisinin ziyarəti çərçivəsində Ayətullah Şeyx Cavad Fazil Lənkərani cənabları ilə müsahibə

 

 

“Hövzə kitabları” sərgisinin xəbər mərkəzinə istinadən, Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani cənabları “Hövzə kitabları” üçüncü xüsusi sərgisinin ziyarəti çərçivəsində dedi: Bu həcmdə dini və hövzəvi məhsulları görməklə və belə bir dəyərli sərginin keçirilməsi liə hiss olunur ki, Mədəniyyət və İslami inkişaf nazirliyi, o cümlədən Qumun mədəni və İslami inkişaf idarəsi bu zəminədə böyük işlər görüb.

O, bir ildə ən azı bir dəfə sərgi keçirməyi hövzə və dini təhqiqatçı toplum üçün lazım və zəruri bilərək davam etdi: Bərəkətli elmi hövzənin sabitləşib davamlı olduğu üçün bu sərgi bu əyalətdə mütləq keçirilməli və diqqəti cəlb etməlidir.

O xatırlatdı ki, elmi hövzənin məhsulları və fiqh, əxlaq, iqtisadiyyat, etiqad və əxlaq zəminəsində digər təhqiqat mərkəzlərinin nəşrləri bu sərgidə nümayişə çıxarılmalıdır.

Ayətullah Hacı Cavad Fazil Lənkərani əlavə etdi: Elmi hövzə kitablarının geniş nəşri və istehsalı bu mətləbi bəyan edir ki, elmi hövzə fikir və düşüncə cəhətindən sürətlə inkişaf edir.

O təkid etdi: Elmi hövzə və başqa dini təhqiqat mərkəzləri cəmiyyətin ehtiyacı olduğu şeyləri təqdim edərək dini və cavanların, yeniyetmələrin etiqadı zəminində olan şübhələrə cavab olan çoxlu kitablar nəşr etmişlər.

O xarici naşirlərin bu sərgidə iştirak etməsini sərginin üstün cəhətlərindən olduğuna işarə edərək dedi: Bu sərgidə, dini və hövzə müəllifləri, tələbələri və təhqiqatçıları bu etibarlı xarici naşirlərin sonuncu nəşrləri ilə tanış ola bilərlər.

Ayətullah Şeyx Cavad Fazil Lənkərani sonda təkid etdi: Bu sərgi fəlsəfə, fiqh, etiqad zəminində olan müxtəlif son təhqiqat və texnologiyanı tamaşaçılara göstərmək üçün münasib bir fürsətdir.

 


Etiketlər :