Ayətullah Şeyx Cavad Fazil Lənkərani cənablarının «Novruz, İslam və şiə mədəniyyətində» adlı yığıncaqda şəhid ailələri və müharibə veteranları ilə görüşü zamanı, Novruz bayramı ilə əlaqədar bəyanatı

08 July 2024

23:53

۳,۲۲۷

Xəbərin xülasəsi :
Həmd olsun aləmlərin Rəbbinə!
Onun rəhmət və salamı olsun sərvərimiz, peyğəmbərimiz və qəlblərimizin məhbubu olan Əbülqasim Mühəmmədə (s) və onun pak və məsum Əhli-beytinə!
آخرین رویداد ها


Ayətullah Şeyx Cavad Fazil Lənkərani cənablarının

«Novruz, İslam və şiə mədəniyyətində» adlı yığıncaqda şəhid ailələri və müharibə veteranları ilə görüşü zamanı, Novruz bayramı ilə əlaqədar bəyanatı

(01\01\1392)

 

Həmd olsun aləmlərin Rəbbinə!

Onun rəhmət və salamı olsun sərvərimiz, peyğəmbərimiz və qəlblərimizin məhbubu olan Əbülqasim Mühəmmədə (s) və onun pak və məsum Əhli-beytinə!

Allahın lənəti olsun onların düşmənlərinə!

 

Əvvəla, siz əziz və dəyərli şəhid ailələrini və məclisdə iştirak edən hörmətli ruhaniləri Novruz bayramı münasibəti ilə təbrik edirəm.

Yeni ilin ilk anlarında, Əmirəl-minin Əlinin (ə) mübarək adıyla zinətlənən Allah evində, eləcə də mənəvi bir toplumda, sizinlə birgə olmağı özüm üçün çox böyük bir müvəffəqiyyət hesab edirəm.

Böyük şəhid ailələri, inqilabın ağırlığını çiyinlərində daşıyan və daşımaqda olan möminlərdirlər və inqilabın davamı da sizin bərəkətli vücudunuz və fədakar möminlərlə olacaqdır. İnşallah!

Hörmətli məclis iştirakçıları, bu günlərlə əlaqədar bir neçə mətləbi diqqətinizə çatdırmaq istəyirəm:

1-ci mətləb:

Dindarların qədim günlərdən indiyə qədər olan suallarından biri Novruz bayramının İslam dini ilə münasibəti haqqındadır. Belə ki, Novruz bayramı təbiətlə əlaqədardır, yoxa milli bir bayramdır? İslam dininində bununla bağlı nəzərlər varmı?

Biz rəvayətlərdə “Novruz” termininə çox rast gəlirik. Novruzla əlaqədar rəvayətlərdən bir neçəsini nəzərinizə çatdırırıq:

1. Rəvayətlərdə həzrət İbrahimin (ə) bütləri sındırdığı gün, “Novruz” ünvanı ilə qeyd olunmuşdur. (“Biharul-ənvar”, cild 12, səh.43, 2-ci fəsil, Beyrut çapı)

(يوم النيروز هو اليوم الذي كسر فيه إبراهيم(ع) أصنام قومه.)

2. Cəbrailin (ə) Peyğəmbərə (s) nazil olaraq Allah tərəfindən onu “peyğəmbərliyə” təyin etdiyi gün, “Novruz” adıyla yad olunur.

3. “Novruz” ünvanı ilə yad olunan günlərdən biri də “Qədir-Xum” günüdür. Həzrət Peyğəmbər (s) həzrət Əlini (ə) özündən sonra “vəli” və “canişin” elan edərək buyurdu: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” və həmin gündən etibarən bu gün yəni Qədir-Xum günü “Novruz” adı ilə də qeyd olunur.

4. Həzrət Peyğəmbər (s) Cin tayfalarından olan bir camaatı İslama dəvət etmək üçün həzrət Əlini (ə) onlara tərəf göndərdiyi gün “Novruz” adı ilə qeyd olunubdur.

5. “Novruz” adı ilə rəvayətlərdə yer tutan günlərdən digəri, həzrət Əli (ə) Peyğəmbərin (s) əmri ilə O Həzrətin mübarək çiyinlərinə ayaq basaraq Allahın beyti olan Kəbəni müşriklərin bütlərindən təmizlədiyi gündür.

6. Həmçinin Mühəmməd (s) ailəsinin sonuncusu imam Məhdinin (ə.c) zühur edəcəyi və mübarək əlləri ilə Dəccalı öldürəcəyi gün “Novruz” günüdür. (“Vəsailuş-şiə”, cild 8, səh.173. 48-ci bab)

(الْمُعَلَّى بْنِ خُنَيْسٍ عَنِ الصَّادِقِ(ع) أَنَّ يَوْمَ النَّيْرُوزِ هُوَ الْيَوْمُ الَّذِي أَخَذَ فِيهِ النَّبِيُّ(ص) لِأَمِيرِ الْمُؤْمِنِينَ(ع) الْعَهْدَ بِغَدِيرِ خُمٍّ فَأَقَرُّوا لَهُ بِالْوَلَايَةِ فَطُوبَى لِمَنْ ثَبَتَ عَلَيْهَا وَ الْوَيْلُ لِمَنْ نَكَثَهَا وَ هُوَ الْيَوْمُ الَّذِي وَجَّهَ فِيهِ رَسُولُ اللَّهِ ص عَلِيّاً إِلَى وَادِي الْجِنِّ وَ أَخَذَ عَلَيْهِمُ الْعُهُودَ وَ الْمَوَاثِيقَ وَ هُوَ الْيَوْمُ الَّذِي ظَفِرَ فِيهِ بِأَهْلِ النَّهْرَوَانِ وَ قَتَلَ ذِي الثَّدْيَةِ وَ هُوَ الْيَوْمُ الَّذِي فِيهِ يَظْهَرُ قَائِمُنَا أَهْلَ الْبَيْتِ وَ وُلَاةَ الْأَمْرِ وَ يُظْفِرُهُ اللَّهُ بِالدَّجَّالِ فَيَصْلِبُهُ عَلَى كُنَاسَةِ الْكُوفَةِ وَ مَا مِنْ يَوْمِ نَيْرُوزٍ إِلَّا وَ نَحْنُ نَتَوَقَّعُ فِيهِ الْفَرَجَ لِأَنَّهُ مِنْ أَيَّامِنَا حَفِظَهُ الْفُرْسُ وَ ضَيَّعْتُمُوهُ ثُمَّ إِنَّ نَبِيّاً مِنْ أَنْبِيَاءِ بَنِي إِسْرَائِيلَ سَأَلَ رَبَّهُ أَنْ يُحْيِيَ الْقَوْمَ الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَ هُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَأَمَاتَهُمُ اللَّهُ فَأَوْحَى اللَّهُ إِلَيْهِ أَنْ صُبَّ عَلَيْهِمُ الْمَاءَ فِي مَضَاجِعِهِمْ فَصَبَّ عَلَيْهِمُ الْمَاءَ فِي هَذَا الْيَوْمِ فَعَاشُوا وَ هُمْ ثَلَاثُونَ أَلْفاً فَصَارَ صَبُّ الْمَاءِ فِي يَوْمِ النَّيْرُوزِ سُنَّةً مَاضِيَةً لَا يَعْرِفُ سَبَبَهَا إِلَّا الرَّاسِخُونَ فِي الْعِلْمِ وَ هُوَ أَوَّلُ يَوْمٍ مِنْ سَنَةِ الْفُرْسِ قَالَ الْمُعَلَّى وَ أَمْلَى عَلَيَّ ذَلِكَ فَكَتَبْتُ مِنْ إِمْلَائِهِ)

Biz Novruzla əlaqədar olan bu kimi rəvayətlərə Novruz gününün nümunələrinə nəzər saldıqda, insanlar üçün yeni bir həyat mənasını ifadə edən hər hansı bir günə, istər təbiətin oyanışı olsun, istər dini oyanış, istərsə də bir insanın, bir xalqın dirçələrək özünə və dininə sahibləndiyi günlərə “Novruz” deyə bilərik.

İslam və şiə mədəniyyətinə əsasən “Novruz” saat və anı müəyyən olan hansısa bir gün deyil, əksinə dirçəliş ünvanı daşıyan hər bir gün, hansısa bir xalqın, millətin və ya dinin və dini keyfiyyətlərin dirçəldiyi gün “Novruz” günüdür. Buna əsaslanaraq biz İslam İnqilabının qələbə gününü “Novruz” günü adlandıra bilərik. Həmin gün, sizin övladlarınız düşməni məğlub edərək qələbə əldə etdikləri gün “Novruz” ünvanını daşıyır. Novruzun əsil mənasıda məhz budur.

Həmçinin Əlidən (ə) nəql olunan rəvayətdə də belə qeyd olunur: Bir gün Həzrətə (faludə) şərbət gətirildi, Əli (ə) “bu şərbət hansı münasibətə görədir” deyə soruşduqda, dedilər ki, bu gün “Novruz” günüdür. Əli (ə) buyurdu: “Hər bir günü özünüz üçün “Novruz” günü qərar verin”! (“Mustədrəkul-vəsail və mustənbitul-məsail”, cild 6, səh.353, 40-cı bab..)

عَنْ أَمِيرِالْمُؤْمِنِينَ(ع) أَنَّهُ أُهْدِيَ إِلَيْهِ فَالُوذَجٌ فَقَالَ مَاهَذَا قَالُوا يَوْمُ نَيْرُوزٍقَالَ:«فَنَوْرِزُوا إِنْ قَدَرْتُمْ كُلَّ يَوْمٍ».

İnsan hər ötən gün Allaha daha da yaxılaşmalı, öz elm və biliyini artırmalı, əxlaqi səciyyələri özündə canlandırmalı və öz daxilini də zahiri görünüşü kimi paklamalıdır.

Hətta rəvayətlərdə oxuyuruq: Ən gözəl və ən təmiz geyimlərdən istifadə edin. İnsan öz nadanlığına (elm və bilik sayəsində) üstünlük qazandığı, çirkin əxlaqları özündən kənar edin. Cəmiyyət arsında həmişə hazır olmaqla bəsirətlə (uzaq görənliklə) fitnələri tanıyaraq şəhidlərin öhdəmizə qoyduqları böyük əmanəti dərk etdiyi və inamla o əmanəti qoruduğu günlər bütövlükdə “Novruz” günüdür.

Lüğət kitablarında və bizim dini maarifimizdə də Novruzun mənası elə budur.

Başqa sözlə desək, bizim dini maarifimizdə “Novruz” ünvanı ümumi bir məfhum daşıyır. Buna əsasən Novruzun nümunələrindən bir neçəsi həyatda baş vermiş və digərləri isə gələcəkdə baş verəcəkdir.

İmamlardan (ə) olan digər rəvayətlərdə buyurulur: “Əcəm (ərəb olmayan digər xalqlar və millətlər) Novruzu qoruyub saxlıyıblar”. Ola bilsin ki, bu mübarək kəlamda məqsəd Novruzun nümunələrindən biri olan baharın gəlişi olsun.

2-ci mətləb:

Bu gün yeni ilin ilk günündə, şəhidlərin müqəddəs ruhlarını anmaq və onların fədakarlıqlarını, ağrılı-acılı anları xatirlamaq məqsədi ilə, bu müqəddəs məkanda toplanmağımız, ölkəmizin bu gün bərqərar olmasını və sarsılmazlığını, əziz şəhidlərimizin pak qanlarının bərəkəti sayəsində olduğunu bildiyimiz üçündür.

Bəsirət sahibləri və həqiqətsevərlər çəkinmədən şəhidlərin qanının bir damcısının belə hədər getmədiyini deyirlər. Həmçinin Allahın şəriətinə əsasən şəhidin qanının bir damcısı belə hədər getmir. Belə olan halda, bizim o pak qanların təsirini dərk etməyimiz mümkündür, amma – Allah nəsib etməsin- belə bir dərk və anlayışdan uzaq olmağımız da imkansız deyildir. Buna baxmayaraq hər halda şəhidlərin qanı öz təsirini bağışlayır.

Bildiyiniz kimi, artıq 32 il ötdükdən sonra İslam ölkələrində bu böyük oyanış baş verməkdədir, necə ki, misrli bir gənc deyir: “Mən İranın 13 yaşlı yeniyetməsini özüm üçün örnək bilməliyəm”. Demək olar ki, başqa ölkələr də bunun kimidir.

Əgər insanlar Kərbəla qiyamı dövründə və ya o dövrə yaxın bir zamanda şəhidlərin qanlarının bəhrəsini görmədilərsə, bu gün biz deyirik ki, bizim inqilabımız min illər bundan əvvəl Aşura günü canlarından keçən Kərbəla şəhidlərinin pak qanlarının nəticəsi və məhsuludur. Bu oyanış və hərəkatlar həmin şəhidlərin qanlarının nəticəsidir.

İranın hər bir şəhidi İslam yolunda canından keçdiyinə görə onların da mübarək qanlarının əsəri, tənha öz ailələrində, məntəqə və cəmiyyətində deyil, əksinə dünyanın hər qarışında, bütün bəşəriyyətə öz müsbət təsirini bağışlayacaqdır. “Şəhid”, “şəhidlik” bütün bəşəriyyət üçün bir dəyərdir.

Şəhid ailələri şəhidlərlə yaxın olmaq iftixarından əlavə, necə ki, mənim mərhum atam da (r.ə) həmişə şəhid ailələrinə xatırladaraq buyurardı: “Mən Qurandan istifadə edərək deyirəm ki, tənha şəhidlər deyil, hətta digər təqvalı mömünlər də Behiştə gedəcəklər”. Bundan əlavə mən ayədə qeyd olunan bu cümlədən (Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb.)[1] istifadə edərək deyirəm ki, “Allah-taala Behişti şəhidin ixtiyarında qoymuşdur”. Belə olan halda, Cənnətin ixtiyarı şəhidin əlində olduğu halda, şəhid öz ata-anasını, ailəsini, həmçinin yaxınları və dostlarını Cənnətə aparmazmı?! Bu aydın məsələdir ki, aparacaqdır. Xoş olsun siz şəhid ailələrinin halına!

Diqqətinizə çatdırmaq istəyirəm ki, “şəhid” bütün bəşəriyyətə aiddir və biz öz gözlərimizlə bunun şahidiyik. İranın şəhidi yalnız İrana mənsub deyil, çünki bütün bəşəriyyət ondan faydalanır.

3-cü mətləb:

Bu il, Novruz bayramı böyük bir müsibətlə, həzrət Fatimənin (s) şəhadət günləri ilə eyni günlərə təsadüf etdiyindən, biz bu bayramı kamil surətdə qeyd etməyəcəyik. Müsəlmanların, şiələrin xüsusilə də bizim qüdrətli və inqilabçı millətimizin daha da ayıq-sayıq olmaları gərəkir. Bu gün Səudiyyə hökumətinin vəhşicəsinə həmlə edərək,  Bəhreyn xalqının qanlarını axıtdığının və İsrailin üzünü ağ etdiyinin şahidiyik.

Sünni, yaxud şiə olmasına baxmayaraq, İslam dünyası üçün baş verən böyük müsibətlərdə biz də özümüzü şərik bilirik. Əsla belə düşünməməliyik ki, bunun bizimlə heç bir əlaqəsi yoxdur və onlar başqa bir qrupdurlar və başqa hədəfləri vardır. Müsəlmanları parçalamaq və bununla da onları ortadan qaldırmaq məqsədi ilə, diktatorların necə müttəfiq olduqlarını görürsünüz. İnqilabın böyük rəhbəri Ayətullah əl-üzma Xamenei həzrətləri demişkən: “Onlar bu inqilab və hərəkatları müsadirə edərək öz mənfəətləri üçün istifadə etmək istəyirlər”.

4-cü mətləb:

Bu məclislər və toplantılar bunun göstəricisidir ki, bizim əziz millətimiz yalnız və yalnız İslamın sorağındadırlar. Biz İslam və Əhli-beyt (ə) məktəbindən başqa, duyduğumuz və ya duymaq istədiyimiz heç nə yoxdur. Biz yalnız İslamın dəyərlərini və dini keyfiyyətləri dirçəltmək və önə çəkməyin ardıncayıq. Şübhəsiz bunu həyata keçirməliyik. Həmin dəyərlər ki, İranin qədim zamanlarında belə, keçmiş hökumətlər tərəfindən həyata keçirilirdi.

Dillərində İslam şuarı səslənən dövlət nümayəndələri buna diqqət etsinlər ki, Novruzun ilk saatlarında əziz millətimizin məscidlərdə toplanmalarının, İslam və mənəviyyatdan başqa nə kimi mesajı ola bilər?! Bizim şəhidlərimiz İslamın dirçəlişi üçün canlarından keçdilər. Şəhidlərin hansı birinin sözlərində İran məktəbi və İran adı tapa bilərsiniz? Hansı bir şəhidin sözlərində İslamdan başqa ünvan tapa bilərsiniz?

Böyük rəhbərimiz imam Xomeyni (r.ə) yalnız “İslam inqilabı” deyə buyurmuş və buyurmaqdadır. Bizim İslamdan başqa heç nəyimiz yoxdur və İslamdan başqa ünvan bilmirik. Biz İslam və Əhli-beyt (ə) məktəbinin həqiqətə qovuşması üçün çalışırıq və əziz millət vəkillərimizdən tələb edirik ki, bu günlərdə şəhid ailələrinində qəlbini incidən bəzi ünvanların duyulmasına yol verməsinlər. Bu kimi təfəkkürlər, inqilabdan öncəki cahiliyyətə qayıtmaqdır.

İslamdan kənar olan bu duşuncə və təfəkkür tərzləri, imam Zamana (ə.c) tabe olmaq və “məhdəviyyət”in təbliği iddiası ilə uyğun deyildir. Bunu “məhdəviyyət”in həqiqətinə vaqif olanlar da təsdiqləyirlər.

Səy etsinlər, İnqilabda səslənən və şəhidlərin təkidlə üzərində dayandıqları eləcə də xalqımızın İslam və inqilaba doğru ümidlənməsinə səbəb olan şüarlarlara əsasən hərəkət etsinlər.

Mən bir daha sizlərdən təşəkkür edirəm və ümidvaram ki, həzrət Əli (ə) buyurduğu kimi, hər gününüzü Novruz edəsiniz.

Allah-taala, günlər, anlar otdükcə bizi daha da özünə yaxın etməklə, hər anımızı həqiqi Novruza çevirsin.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!

 

 

 

 

 

Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkərani həzrətlərinin Novruz bayramı ilə əlaqədar bəyanatı

 

Bismillahir-Rəhmanir-Rəhim.

Həmd olsun aləmlərin rəbbi olan Allaha!

Allahın rəhmət və salamı olsun seyyidimiz Mühəmmədə (s) və onun pak ailəsinə!

Bu günlər yeni il və Novruz bayramı ərəfəsinə təsadüf etdiyi üçün, Novruzla əlaqədar olan rəvayətlərdən istifadə etdiyimiz bir məsələni diqqətinizə çatdırırıq. Hər dəfə önə çəkilən məsələlərdən biri, Novruz bayramının, yeni ilin gəlişi münasibəti ilə bayram keçirən “Furs əhalisinə”, yəni İran xalqına məxsus olub-olmaması və rəvayətlərdə ümumi bir məna daşıyan Novruzun nümunələrindən biri olması məsələsidir.

Bizim rəvayətlərdən əldə etdiyimiz budur ki, dirçəliş baxımından, önəmli hadisə baş verən hər hansı bir gün, istər dini dirçəliş olsun, istərsə də insaniyyət cəhətindən,  həmin günə rəvayətlərdə “Novruz” deyilir. Rəvayətlərdə bir sıra hadisələr üçün “Novruz” ünvanından istifadə olunmuşdur:

1-Həzrət İbrahimin (ə) bütləri sındırdığı gün, rəvayətlərdə “Novruz” ünvanı ilə qeyd olunmuşdur. (“Biharul-ənvar”, cild 12, səh.43, 2-ci fəsil, Beyrut çapı)

(يوم النيروز هو اليوم الذي كسر فيه إبراهيم(ع) أصنام قومه.)

Novruz, həzrət İbrahim (ə) öz qövmünün bütlərini sındırdığı gündür.

 

2-Rəvayətlərin birində, Muəlla ibn Xünəys imam Sadiqdən (ə) nəql edir: Həzrət (ə) buyurdu: “Həqiqətən, Peyğəmbər (s) Qədir-Xum çölündə, Əli (ə) üçün “imamət” əhdi aldığı gün, Novruz günüdür”. (“Vəsailuş-şiə”, cild 8, səh.173. 48-ci bab)

«أَنَّ يَوْمَ النَّيْرُوزِ هُوَ الْيَوْمُ الَّذِي أَخَذَ فِيهِ النَّبِيُّ(ص) لِأَمِيرِ الْمُؤْمِنِينَ(ع) الْعَهْدَ بِغَدِيرِ خُمٍّ فَأَقَرُّوا لَهُ بِالْوَلَايَةِ فَطُوبَى لِمَنْ ثَبَتَ عَلَيْهَا وَ الْوَيْلُ لِمَنْ نَكَثَهَا ....»

Həmin gündən sonra bu gün, yəni Qədir-Xum günü “Novruz” adı ilə də yad edilir.

 

3-Həmin rəvayətin davamı; Novruz günü, həzrət Peyğəmbər (s) Cin tayfalarından olan camaatdan əhd almaq üçün imam Əlini (ə) onlara tərəf göndərdiyi gündür.

 « وَ هُوَ الْيَوْمُ الَّذِي وَجَّهَ فِيهِ رَسُولُ اللَّهِ ص عَلِيّاً إِلَى وَادِي الْجِنِّ وَ أَخَذَ عَلَيْهِمُ الْعُهُودَ وَ الْمَوَاثِيقَ »

 

Həmin rəvayətin davamı; Əli (ə) Xəvariclə qarşı-qarşıya gələrək onları və xüsusilədə onların başcılarından olan Zis-sədyəni qətlə yetirdiyi gün, Novruz günüdür.

«وَهُوَ الْيَوْمُ الَّذِي ظَفِرَ فِيهِ بِأَهْلِ النَّهْرَوَانِ وَ قَتَلَ ذِي الثَّدْيَةِ»

 

4-Həmçinin bəzi rəvayətlərdə qeyd olunduğu kimi, “Besət” günü də Novruz ünvanı daşıyan günlərin sırasında yer tutur. Yənı Cəbrailin Peyğəmbərə (s) nazil olaraq Allah tərəfindən onu risalətə təyin etdiyi və Quranın ilk ayələri nazil olan gün, “Novruzun” nümunələrindəndir.

 

5-Rəvayətin davamı olaraq, imam Sadiq (ə) buyurdu: “Novruz günü həzrət Qaimin (ə.c) zühur edəcəyi gündür”.

« وَ هُوَ الْيَوْمُ الَّذِي فِيهِ يَظْهَرُ القَائِمُ »

Novruzun nümunələrindən biri də imam Zamanın (ə.c) zühur edəcəyi gündür.  Həqiqətdə əsil Novruz günü həmin gündür. Novruz günü ünvanı ilə sadalanan günlər arasında, Novruz gününün əsil misdaqının məhz həmin gün, həzrət Qaimin (ə.c) zühur edəcəyi gün olması demək olar ki, şübhəsizdir.

 

“Bu gündə imam Zaman (ə.c) Dəccalı qətlə yetirəcəkdir”.

«و يظفره الله بالدجال»

İmam Sadiqin (ə) rəvayətin davamında söylədiyi bu cümlə, “Bizim intizarında olduğumuz “Fərəc” və “Zuhur”, Novruz günündən başqa gündə deyildir”. Novruzun “Fərəc və Zühur” günü olduğunu aşkarcasına isbat etmirmi?!

«وما من يوم نيروز إلا و نحن نتوقّع فيه الفرج»

Davamı: “Buna görə də Novruz, biz (Əhli-beytə (ə) ) məxsus olan, Fursların (Farsların) qoruyub saxladığı günlərdəndir”.

« لِأَنَّهُ مِنْ أَيَّامِنَا حَفِظَهُ الْفُرْسُ »

Və siz Ərəblər onu (Novruzu) qoruyub saxlıya bilmədiniz”.

«وَ ضَيَّعْتُمُوهُ »

Həzrətin bu kəlamından aşkar olur ki, bizlərin “yeni il” olaraq qeyd etdiyimiz Novruz bayramı günü, həmçinin mam Zamanın (ə.c) zühur edəcəyi gündür.

İmam Sadiq (ə) buyurur ki, Fursların (Farsların) Novruz adlandırdıqları bayram günü bizə aiddir, çünki bunu biz onlara təlim verərək, bu günün bizim Höccətimizin qiyamı günü olduğunu öyrətmişik. Farslar, imam Zamanın (ə.c) zühuruna ümidvar olmaq məqsədi ilə, həmin bu günləri “Novruz” adlandıraraq Həzrətin yolunu gözləməkdədirlər.

Buna görə də Novruz bayramını 7 min il bundan əvvələ bağlayaraq, yalnız qədimi bir bayram olduğunu demək doğru deyil. Əlbəttə İslamdan əvvəl, “yeni il”in ilk günlərinə aid, bir sıra rəsmi adət və ənənələr var idi. Lakin bunların İslamla heç bir əlaqəsi yoxdur və İslam dini, heç bir zaman bu kimi adət və ənənələri təsdiqləmir. Buna misal olaraq “Tonqal qalamaq və onun üzərindən atlamaq” kimi ağıla sığmayan ənənələri qeyd etmək olar. İnsanların bəladan amanda qalacaqlarını güman edərək, bu kimi xurafat ənənələrə üz gətirmələrin, hardasa bir etiqad kimi rövnəqlənərək İslam aləmində bidətə (İslamda olmadığı halda bu dinə əlavə olunan) çevrilməsindən Allaha sığınırıq. Bir daha qeyd edirik ki, İslamdan öncə bu kimi adətlər olub. Amma imam Sadiq (ə) Fars əhalisinin ilin ilk günlərinə Novruz adı vermələrinin, yalnız həzrət Qaimin (ə.c) zühuruna ümid bəsləmək məqsədi ilə olduğunu, həmçinin Farsların bu məsələni onlardan (Əhli-beytdən (ə)) öyrəndiklərini deyir. Bu həqiqətin qorunub saxlanması üçün hər ilin ilk günlərini “İmam Zamanın (ə.c) zühuruna ümid günü” kimi qeyd edirlər.

6-Hədisin davamı: Daha sonra buyurur: “Bəni-İsrail peyğəmbərlərindən biri, öz Rəbbindən “ölümdən yaxa qurtarmaq ümidi ilə öz diyarlarını tərk edən, lakin nəticədə Allahın ölümə məhkum etdiyi bir qövmü” yenidən dünyaya qaytarmasını istədi. Allah-taala da həmin Peyğəmbərə (ə) vəhy etdi ki, elə yataqlarındaca onların cəsədlərinin üzərinə su səpsin. O peyğəmbər (ə) Allahın bu əmrini Novruz günündə həyata keçirtdi. Nəticədə 30.000 nəfərdən ibarət olan, bu qövm yenidən həyata qovuşdu.

«ثم إنّ نبيّاً من أنبياء بني اسرائيل سأل ربّه أن يُحيي القوم الذين خرجوا من ديارهم و هم الوفٌ حذر الموت فأماتهم الله» «فأوحي الله إليه عن صبّ عليهم الماء في مضاجعهم» «فعاشوا و هم ثلاثون ألف»

 

Bununla da, Novruz günündə “su səpmək” (və ya bir qaba su doldurmaq), səbəbini elmin dərinliklərinə varanlardan başqa heç kəsin bilmədiyi, qədimi bir  (adət-ənənəyə) çevrildi. Bu, Farslar üçün yeni ilin ilk gününə məxsus olan bir adət-ənənədir.

«فصار صبّ الماء في يوم النيروز سنةً ماضيّة لا يعرف سببها إلا الراسخون في العلم و هو أوّل يوم من سنّة‌ الفرس»

İndi isə bu mübarək kəlamlardan əldə olunan nəticə:

Həzrət İbrahimin (ə) əhvalatı, digər hadisələr bütövlükdə Novruz günü ilə əlaqədar olan rəvayətlərdən əldə etdiyimiz nəticə budur ki, tarix boyu dini və ya maddi (təbii) cəhətlərdən əhəmiyyət daşıyan hər hansı bir günə “Novruz” ünvanı şamil olur. Yəni “Novruz” üçün muəyyən bir gün yoxdur.

Farslar yeni ilin ilk günlərini, “Novruzun” nümunələrindən biri olduğuna görə Novruz adlandırıblar. İstər təbiətin yenidən canlanması, istərsə də din və bəşəriyyətin dirçəlişi baş verən, həmçinin zülmün qarşısının alındığı, hətta bir insanın dünyaya göz açdığı hər hansı bir günə Novruz deyə bilərik. O cümlədən Peyğəmbər (s), xanım Zəhranın (s.ə) və məsum imamların (ə) mübarək doğum günlərinə “Novruz” deyə bilərik. Həmçinin imam Hüseynin (ə) zülmün qarşısında dayanaraq şəhadətə çatdığı gün “Novruz” ünvanı daşıyır. Yəni “Novruz”, həyat və dirçəliş mənalarını ifadə edən ümumi bir məfhumdur. Təbiətdə, ümumiyyətlə insanların həyatında, maddi-mənəvi dəyərlərin dirçəlişi və tərəqqisi baş verən hər hansı bir gün Novruz sayılır.

Həzrət Əlidən (ə) olan məşhur rəvayətdə şahid olduğunuz kimi, bir gün Həzrətə (ə) şərbət gətirildiyində buyurdu: “Bu şərbəti hansı münasibətə görə gətirmisiniz”? Dedilər: “Bu gün Novruzdur”. (Çünki o gün Farsların (şəmsi tarixinin) ilk ayı olan Fərvərdin ayının əvvəli idi.)

Həzrət Əli (ə) buyurdu: “Ömrünüzün hər bir gününü Novruz edin”!

«فنورزوا إن قدرتم كل يومٍ»

Həzrətin (ə) bu qısa kəlamında, çox zərif bir məqam vardır. O da bundan ibarətdir ki, insanın yenidən başladığı hər bir gün,  onun üçün həmin gün Novruzdur. Lakin cahil insanın cahilliyi və nadanlığı davam etdiyi halda, onun heç bir günü Novruz deyildir. Təqvalı insanın hər günü Novruz sayılır. Lakin günahkar insan üçün heç bir gün Novruz deyildir. İndi isə biz olaq, bir də bu rəvayətlər əgər insafla desək, Novruz günü fəsad, günah və çirkinliklərdən pak olan bir gündür.

Bütün bunlara əsasən, bizim əldə etdiyimiz nəticə budur ki, Novruz, müəyyən bir tarixi və günü olmayan bir gündür.

Bunu da qeyd edək ki, bizim əldə etdiyimiz bu nəticələri heç kim bəyan etməmişlər. Yəni hec kim bu şəkildə açıqlama verməmişdir.

Həmçinin Novruz günü ilə əlaqədar olan bir sıra adət-ənənələr, dua və zikrlər, Novruz gününün nümunələrindən hər birində həyata keçirilib oxuna bilər Fərvərdin ayının ilk gününə məxsus deyildir. YalnızFurs ilinin ilk günündəفي أول يوم في سنة فُرسkimi qeydlər olduğu təqdirdə aid etmək olar.

Amma, bu duanı Novruz günündə oxuyun desələr, deməli məqsəd, Novruzun nümunələrindən olan, bir insanın doğum günü, insanın tərəqqi etdiyi gün, hətta insanın hansısa bir xəstəlikdən şəfa tapdığı gündür.

Daha sonra “Furs əhlininə məxsus yeni ilin ilk gününə” aydınlıq gətirilərək buyurulur ki, Fars dilli xalqlar, bu günləri Novruzun nümunələrindən biri kimi təyin etdilər. Həmçinin imamlar (ə) da bunu təsdiq etmişdir.

Həmçinin bizim “Hər gün Aşura, hər yer Kərbəla” deməyimizlə “Ömrünüzün hər bir gününü Novruz edin” deməyimizin bir- biri ilə heç bir ziddiyyəti yoxdur. Buna görə ki, əvvəldə qeyd etdik ki, imam Hüseynin (ə) zülmün qarşısını alaraq şəhadətə çatdığı gün Novruzun nümunələri sırasında yer tutur.

Qeyd etdiyimiz kimi Novruzun nümunələrindən biri “oyanış”dır. Buna əsasən hər bir gün Novruz ola bilər. Onun ən sadə mənasından başlayırıq. Beləki, yuxu ilə bağlı bir çox incəlikləri özündə cəm edən rəvayətlərimizdə buyurulur: “İnsan yuxudan oyandıqdan sonra belə dua etməlidir: ”Məni öldürdükdən sonra yenidən həyata qovuşduran Allaha həmd olsun”.

«الحمدلله الذي احياني بعد ما أماتني»

Yəni biz insanlar düşünməliyik ki, həmin yuxu ömrümüzün sonu ola bilərdi. Çünki yuxu özü kiçik (qısa müddətli) ölümdür və biz hər gün bizə bağışlanan yeni həyata görə də Allaha şükür etməliyik. (Çünki Rəbbimiz, hər ötən gün bizlərə yeni həyat və yeni fürsətlər bağışlamaqdadır). Yuxudan sonra bizə bağışlanan bu yeni həyat, Novruzun bir nümunəsidir. Buna əsaslanaraq deyirik ki, hər günümüz Novruzdur. Belə olan halda, hər bir növ oyanış və dirçəliş baş verən gün, Novruz günüdür. Bizim əldə etdiyimiz və sizlərin isə diqqət etməli olduğunuz məsələlərdən biri də məhz bu mətləb idi.

Həzrət Mühəmməd və onun Əhli-beytinə salamlar olsun!

 

 

 

 

 

Novruza dair suallar

 

Şiənin nəzərində “Novruz bayramı və onunla əlaqədar münasibətlər”.

 

Suallar:

Mən, Novruzla əlaqədar axtarış aparmaq istəyən bir tələbəyəm və onunla bağlı bir neçə sualım vardır:

1-Sizin Novruzla bağlı fikriniz necədir?

2-Novruza “Bayram” ünvanı vermək olarmı?

3-Şəriət baxımından “Axır çərşənbə”, “7 sin süfrəsi”1 və “13 be dər”2 kimi bir sıra tədbirlər keçirərək, bu bayrama dəyər vermək və ya bu kimi tədbirlərdə iştirak etmək düzgündürmü?

 

 

 

Cavablar:

1-Novruz bayramı tarixdə kökü və əsası olan bayramlardan biridir. Qohumlar, dostlar bir-birlərini ziyarət edirlər və müsəlmanlar “Sileyi-rəhm” (Ata, ana və qohumları ziyarət etmək) prinsipini daha çox həyata keşirirlər.

Novruz həm şiə alimlərinin kəlamlarında, həm də rəvayətlərdə qeyd olunuşdur. Diqqətinizi bir sıra rəvayətlərə cəlb etmək istəyirik6

 

Rəvayətlərdə “Novruz”

Muəlla ibn Xunəys, imam Sadiqdən (ə) olan rəvayətində nəql edir ki, Novruz günü idi. İmam Sadiqin (ə) yanına getdikdə, İmam (ə) buyurdu: “Bu günün hansı gün olduğunu bilirsənmi”? Sizə fəda olum, məncə “əcəmlərin böyük və əziz saydıqları və bir-birlərinə hədiyyə bağışladıqları gündür” deyə cavab verdim. İmam (ə) buyurdu: “Kəbəyə and olsun ki, bu bayram çox qədim və əsaslı bir hadisəyə görədir. Sənin üçün təfsir etmək istəyirəm ki, dərk edəsən”. Ərz etdim ki, ey mənim ağam, sizdən öyrənmək mənim üçün ölənlərimin yenidən həyata qayıtmasından və düşmənləriminsə ölümündən çox dəyərlidir. Buyurudu:Allah-taala, yalnız Ona ibadət və sitayiş etsinlər, Allaha şərik qoşmasınlar, eləcə də Allahın peyğəmbərlərinə və höccətlərinə (12 imama (ə)) iman gətirsinlər deyə, öz bəndələrindən əhd aldığı gün, Novruz günü idi.

Günəşin şəfəq saçdığı, küləyin əsdiyi və güllərin topraq altından baş qaldırdığı (ilin) ilk gün, Nuhun (ə) gəmisinin Cudi dağına oturduğu, ölümün qorxusundan qaçmağa üz qoyan, lakin ölümə məğlub olan insanları, Allah yenidən diriltdiyi gün, Cəbrailin həzrət Peyğəmbərə (s) nazil olduğu gün, Peyğəmbərin (s) Kəbəni Qüreyşin bütlərindən təmizləmək üçün həzrət Əlini (ə) çiyinlərinə aldığı gün, həmçinin İbrahim (ə) öz qövmünün bütlərini sındırdığı, Peyğəmbər (s) öz əshabına imam Əliyə (ə) beyət etsinlər deyə əmr etdiyi, eləcə də həzrət Əlini (ə) Cinnilərdən olan bir tayfadan beyət almaq üçün pərilər vadisinə göndərdiyi gün, camaatın Əli (ə) ilə ikinci dəfə beyət etdikləri gün, O Həzrət Xəvaric və Nəhrəvan şeyxlərinə qalib gələrək Zis-sədyəni öldürdüyü gün, həzrət Qaim (ə.c) zühur edəcəyi və Dəccalı məğlub edərək Kufənin zibilliklərində dara çəkəcəyi gün, bütövlükdə Novruz günüdür. Biz, zrət Qaimin (ə.c) fərəc və zühurunun intizarındayıq, o baş verməyənədək, Novruz da gəlməyəcəkdir. Həmin Novruz biz və bizim şiələrimizə məxsus olan günlərdəndir. Əcəm (ərəb olmayan digər millətlər) onu qoruyub saxladılar və siz ərəblər isə itirdiniz.1

 

İmam Sadiq yenə (ə) buyurur: Peyğəmbərlərdən biri öz Rəbbindən soruşdu ki, onları necə dirildəcəksən?

Allah da bu gündə ona vəhy etdi ki, onların cəsədlərinin üzərinə su səpsin, çünki bu gün farsların yeni ilinin əvvəlinci günüdür. 30 min nəfərdən ibarət bir qövm, yenidən həyata qovuşdu. Su səpmək həmin gündən etibarən bir ənənəyə çevrildi”.

Mənim ağam, sənə fəda olum Farsların günlərini mənə deyərsinizmi? deyə yenidən soruşdum. Buyurdu: “O günlər, qədim aylardan əskik və ya artıq olmayan, hər bir ay 30 gündən ibarət olan günlərdir”.

İmam Sadiq (ə) buyurur: “Bu gün mübarək gündür, şadlıq günüdür, bu gündə əmirlər və hakimlərlə danışığa gedin. Öz ehtiyaclarınızın, Allahın izni ilə həyata keçməsini onlardan istəyin. Bu gündə doğulan körpə mübarəkdir. Sultan və hakimlərin görüşünə gedin. Alqı-satqı və ticarətlə, eləcə də əkinçiliklə məşğul olun. Ağac əkin. Səfərə çıxın. Ailə qurun! Xəstələriniz tezliklə sağalar və itgin düşənləriniz tapılar. İnşallah!

Muəlla ibn Xunəys imam Sadiqdən (ə) Novruz barəsində rəvayət edir ki, Həzrət buyurdu: “Novruz günü gəlib çatdıqda, qusl edərək ən təmiz və gözəl geyimlərdən, eləcə də ən gözəl ətirlərdən istifadə et. min gün, oruc tutaraq zöhr və əsr namazlarını nafilələri ilə birgə əda etdikdən sonra, 4 kət namaz qıl. Bu namazın hər 4 rükətin əvvəlində 1 dəfə Həmd surəsini oxu!

1-ci rükətdə Həmd surəsindən sonra 10 dəfə Qədr surəsini oxu.

2-ci rükətdə Həmd surəsindən sonra 10 dəfə Kafirun surəsini oxu.

3-cü rükətdə Həmd surəsindən sonra 10 dəfə İxlas surəsini oxu.

4-cü rükətdə Həmd surəsindən sonra 10 dəfə Nas və Fələq surələrini oxu və bu 4 rükətli namaz sona çatdıqdan sonra, şükr səcdəsi yerinə gətirərək özün üçün dua et ki, 50 illik günahların bağışlansın.1

2-“Axır çərşənbə” və “13 be dər” hər ikisi xürafatdır. Əgər bu tədbirlərdə iştirak etməyin zərərləri olacaqsa, belə tədbirlərə getmək caiz deyildir.

Həmçinin “7 sin süfrəsiilə əlaqədar heç bir şəri mənbə və əsas tapa bilmədik.

 



[1]                     [1]Tövbə” surəsi, ayə 111.

1              İranlılar Novruz süfrəsinə “sin” – s – hərfi ilə başlayan 7 yemək növü və ya 7 əşya qoyur.

2              İranlılar şəmsi təqvimi ilə Fərvərdin ayının 13-nü nəhs bilir və o günü evlərində qalmırlar, təbiətin qoynuna, parklara gəzintiyə çıxırlar.

1              Biharul-ənvar”, cild 56, səh.92-93

1              Misbahul-mutəhəccid”, səh.591, “Vəsailuş-şiə”, cild 5, səh.288


Etiketlər :