Ayətullah Şeyx Cavad Fazil Lənkəraninin Pakistan şiələrinin qəminə şərik olaraq, başsağlığı mesajı

08 July 2024

23:52

۴,۹۱۲

Xəbərin xülasəsi :
İndiki zamanda, Allahın iradəsi ilə İslam və məsum Əhli-beyt (ə) məktəbi genişlənməkdə və artmaqdadır. Bu gün İslam maarifi və Qurani-Kərim həqiqətləri günü-gündən dünya xalqarına daha aydın olur və bəşərin fitrəti ilə uyğun gələn bu müqəddəs dini qəbul edirlər.
آخرین رویداد ها



Ayətullah Şeyx Cavad Fazil Lənkəraninin Pakistan şiələrinin qəminə şərik olaraq, başsağlığı mesajı

 

Bismillahir-Rəhmanir-Rəhim

İndiki zamanda, Allahın iradəsi ilə İslam və məsum Əhli-beyt (ə) məktəbi genişlənməkdə və artmaqdadır. Bu gün İslam maarifi və Qurani-Kərim həqiqətləri günü-gündən dünya xalqarına daha aydın olur və bəşərin fitrəti ilə uyğun gələn bu müqəddəs dini qəbul edirlər.

İslam və bəşəriyyət düşmənləri bu ilahi nuru söndürmək üçün öz batil əqidələrinə görə müsəlmanlar arasında ixtişaş, təfriqə və çaxnaşma salmağa çalışırlar. Taliban Amerikanın qeyri-qanuni övladıdır. Amerika, İsraildən sonra ikinci övladı sayılan Talibanı, müsəlmanların canına salmışdır. Onlar islami ölkəkərdə kütləvi qırğın və davamlı terrorlar həyata keçirirlər. Xüsusilə Pakistanda.

Lakin bilməlidirlər şiə və Əhli-beyt (ə) məktəbi bu terrorlar və qırğınlarla daha da möhkəmlənirrövnəqlənir.

Onlar bilməlidir ki, heç vaxt bu rüsvayçı əməllər ilə özlərinin uğursuz hədəflərinə çatmayacaqlar. Əksinə bu cür faciələr və şəhadətlər müsəlmanlar və şiələr arasında olan birliyi daha möhkəm edir.

Mən bütün vücudumla İslam ölkələrindəki, xüsusilə Pakistandakı şəhidlərlə əhd-peyman bağlayıram ki, Əhli-beyt (ə) məktəbinin əsasını müdafiə edəcəyəm.

Pakistanın bütün əziz camaatının dərdinə şərik olduğumu bildirir və onlardan öz müqəddəs dini amalları uğrunda möhkəm olmalarını istəyirəm.

Allah-taala Pakistanda sonuncu terrorda şəhid olanları Peyğəmbər (s) və Əhli-beyti (ə) ilə məhşur etsin.

“Əgər Allaha (Allahın dininə) kömək etsəniz Allah da, sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”.(Mühəmməd surəsi, 7-ci ayə)

 

 

Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə!

 

 

Hörmətlə: Məhəmməd Cavad Fazil Lənkərani.

 


Etiketlər :