Ayətullah Fazil Lənkərani cənablarının ali fiqhin mühazirələrində Pakistan şiələrinin qətlə yetirilməsini (öldürülməsini) məhkum etməsi

08 July 2024

23:50

۲,۴۱۸

Xəbərin xülasəsi :
Bu günlərdə çoxlu sayda şiə faciəli şəkildə şəhadətə çatdı. Pakistanın müxtəlif məkanlarında ardıcıl partlayışlar nəticəsində çox sayda – 50 nəfər, 100 nəfər – şiə şəhid edildi. Bu haqda diqqətinizi bir neçə məsələyə cəlb etmək istəyirəm:
آخرین رویداد ها



Ayətullah Fazil Lənkərani cənablarının ali fiqhin mühazirələrində Pakistan şiələrinin qətlə yetirilməsini (öldürülməsini) məhkum etməsi

 

 

 

Bu günlərdə çoxlu sayda şiə faciəli şəkildə şəhadətə çatdı. Pakistanın müxtəlif məkanlarında ardıcıl partlayışlar nəticəsində çox sayda – 50 nəfər, 100 nəfər – şiə şəhid edildi. Bu haqda diqqətinizi bir neçə məsələyə cəlb etmək istəyirəm:

Birinci məsələ; bu qətliamın kökü haradan qaynaqlanır? Hansı ölkələrin hiyləsi və hansı qruplaşmanın əli ilə həyata keçir?

Bu əhəmiyyətli bir məsələdir ki, İslam dünyası hələ öz əsil düşmənini tanımamışdır.

Lakin İranda İslam inqilabının bərəkəti imam Xomeyni (r.ə) və onun davamçısı Ali Dini Liderin rəhbərliyi nəticəsində, bu gün hər hansı vətəndaşdan ”dünyada İslamın birinci düşməni kimdir?” – deyə soruşulsa, dərhal “Amerika və onun qanunsuz övladı İsrail” – deyəcəkdir.

Bu gün İslam dünyası üçün olan bütün problemlər bu mərkəzlərdən qaynaqlanır.  Onlar müsəlmanlar arasında məzhəb ixtilaflarını gücləndirir, qətillər törədməklə  istəyirlər ki, firqələr o cinayətləri bir-birinin üzərinə atsınlar.

Onlar qədimdən bu taktikanı davam etdirirlər. Son günlərdə isə daha da şiddətlənmişdir. Beynəlxalq mərkəzlərin, Amerika və (heç olmazsa) ağ evin sözçüsünün son hadisələri məhkum etdiyini eşitməmişik. Necə ki, Fələstində qətillər baş verəndə heç bir narahatlıq bildirmirlər. Bir neçə gün öncə İraqda Beynul-Hərəmeyndə də partlayış baş verdi. Təəssüflər olsun ki, yenə də onlar tərəfindən bir açıqlama gəlmədi.

Sualımız belədir: necə olur ki, bu məsələlər İslam ölkələrində baş verir? Necə olur ki, “Latın Amerikasında bir partlayış baş verdi?” deyilmir və yalnız müsəlmanlar olan məntəqələrdə bu hadisələr baş verir.

Biz bu məsələlərin haradan qaynaqlandığını bilməliyik. Pakistan və İraq xalqına, ruhanilərinə demək lazımdır ki, “İslam və müsəlmanın əsas düşməni Amerika və Sionizmdir. Onlar İslamı aradan aparmaq istəyirlər”. Buna inanmaq çox əhəmiyyətlidir.

Onlar bu gün görürlər ki, İslam günü-gündən qərb ölkələrində yayılır və sürətlə digər məzhəblərdən öndə geçir. Eyni zamanda müsəlmanlar arasında da şiəlik geniş yayılmaqdadır. Ona görə də aradan aparmağa çalışırlar. Ərəbistan, İraqı alt-üst etmək üçün çoxlu pullar xərcləyir. Nə üçün? Çünki hakimiyyət şiənin əlindədir. Baxmayaraq Bu hakimiyyətin müxtəlif xalq, məzhəb qəbilələrdən ibarət olmasına baxmayaraq, yenə də onlar belə bir hakimiyyətin iş başında olmasını istəmirlər.

Bu faciələr, qətliamlar İslam və şiənin inkişafından xəbər verir. Əgər İslam inkişaf etməsəydi onlar bu işləri görməzdi. Belə bir hadisənin baş verməsi üçün çoxlu pullar xərcləyirlər. Çünki çox vaxt onlar zərərsizləşdirilir. Lakin hər yüz dəfədən bir nəticəyə çatmaları mümkündür.

İkinci məsələ; Bizim vəzifəmiz nədir? İlk olaraq narahatlıq göstərmək və dərin təəssüf. Elmi hövzələr onlarla həmdərd olmalıdır. Pakistanda, İraqda belə bir hadisələr baş verməməlidir. Günahsız insanlar şəhadətə yetməməlidir. Biz “bir hadisədir baş verib!” deməməliyik. Əksinə, gücümüz çatdığı qədər onların dərdinə şərik olmalıyıq. Hövzənin bu həmdərdliyi, həmrəyliyi İslam dünyasının qulağına çatmalıdır. Buna görə də, mərcəyi-təqlidlərdən bəziləri şənbə günü tətil elan etdi. Hamı itaət etməli və onların müsibətinə göz yaşlarımızla şərik olmalıyıq. İnsan özü ilə Allah arasında narahatlıq hissi keçirməlidir. Fərq etmir bir müsəlman İranda qətlə yetirilir ya Pakistanda, Əfqanıstanda şəhid edilir ya Bəhreyn İraqda. Bu məsələlərdə həmdərdlik və həmrəylik nümayiş etdirilməlidir.

Üçüncü məsələ; Bütün İslam dünyasına mesajlar verməliyik. Ərəbistan, Bəhreyn dövləti kimi hələ də Amerikanın əsarətində yaşayan bəzi İslam ölkələri bilməlidir ki, onların işi olduqca səhvdir və getdikləri yol onları bir nəticəyə çıxarmaz. Mümkündür müvəqqəti olaraq silah gücü və qüdrət onları bir qədər qorusun, lakin onların kökü tezliklə kəsiləcək! İnşallah! Onlar Amerikanın köləliyindən çıxmalıdır. Amerika bir müddətdir ki, digər ölkə müsəlmanları öz halqası altına alıb və bu dominantlıq bitməlidir. Amerikanın super qüdrəti İranda qırıldığı kimi dünyada da sınmalıdır. Allaha şükür, inqilabın bərəkəti nəticəsində onlar məğlub oldular, lakin bu məsələni qəbul etmək istəmirlər. Onlar özlərini yenidən bərpa etməyə çalışırlar.

Sözün əsl mənasında, xalq özlərini, dinlərini qorumaq üçün bu şəhadətləri, faciələri və hadisələri yaşatmalıdır.

Ümidvarıq ki, Allah-taala bu şəhidləri Cənnətin uca məqamlarında qərar verərək, Peyğəmbər (s) və pak ailəsi ilə məhşur etsin!

Allahın salamı Mühəmməd və onun pak Əhli-beytinə olsun!

 


Etiketlər :