Ayətullah əl-üzma Fazil Lənkəraninin imam Hüseyn (ə) əzasını yaşatmaq naminə etdiyi səylər bərədə eksklüziv olaraq onun övladı Şeyx Cavadın dilindən

08 July 2024

21:58

۲,۶۴۹

Xəbərin xülasəsi :
“Rəsa” xəbər agentliyinin müxbirinin reportajına əsasən, “Əimmeyi-əthar (ə) fiqh mərkəzi”nin başçısı Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani, imam Hüseyn (ə) tasuasının axşamında Qum vilayətinin
آخرین رویداد ها



Ayətullah əl-üzma Fazil Lənkəraninin imam Hüseyn (ə) əzasını yaşatmaq naminə etdiyi səylər bərədə eksklüziv olaraq onun övladı Şeyx Cavadın dilindən


Ayətullah əl-üzma Fazil Lənkəraninin imam Hüseyn (ə) əzasını yaşatmaq naminə etdiyi səylər bərədə eksklüziv olaraq onun övladı Şeyx Cavadın dilindən

 

“Rəsa” xəbər agentliyinin müxbirinin reportajına əsasən, “Əimmeyi-əthar (ə) fiqh mərkəzi”nin başçısı Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani, imam Hüseyn (ə) tasuasının axşamında Qum vilayətinin “Nur” kanalından buraxılışa gedən "Məşreqe eşq – vijenameye emam Huseyn (ə)" proqramında, Tasua və Aşura günləri münasibəti ilə başsağlığı verərək mərhum Ayətullah əl-üzma Fazil Lənkəranidən xatirə bəyan edib, imam Hüseyn (ə) əzasının bərpa olunması haqda söhbət etdi.

Əimmeyi-əthar (ə) fiqh mərkəzinin başçısı, mərcəyi-təqlidlərin Əhli-beytə (ə) və imam Hüseynə (ə) əza saxlamaqda öncül olmasına işarə edərək bəyan etdi ki: Mərhum atam da, böyüklərin xüsusən yetmiş ildən çox evində Əhli-beytin (ə) əzası keçirilən mərhum babamın yolunu gedərək bu adət-ənənəni davam etdirirdi. Həmin adət-ənənə indi də davam edir.

Qum elmiyyə hövzəsinin müəllimlər heyətinin üzvü əlavə etdi: Mərhum Ayətullah Fazilin vəsiyyətnaməsində təkid olunub ki, məhərrəmliyin ilk on günlüyündə rövzə və əzadarlıq mərasimi onun evində keçirilsin və Allaha şükür belədir.

Ayətullah Fazil Lənkərani bəyanında – mərhum atasının yüksək məqam sahibi olması ilə yanaşı həmçinin cisminin zəif olmasına baxmayaraq hamıdan qabaq əzadarlıq məclisinə gəldiyini önə çəkərək, dedi: Bəzən biz ona deyərdik ki, siz mərcəyi-təqlidsiniz və cisminiz də zəifdir, bir qədər mərasimə gec gedin. Lakin o təkid edirdi ki, mərasimə hamıdan tez getməlidir! Hətta mərhum atamız hələ cismani zəiflik tapmadığı dövrdə, hər hansı bir təbəqədə olan bir şəxs rövzə məclisinə daxil olardısa o, tamamilə həmin şəxsə ehtiram olaraq o şəxs oturana qədər ayaq üstə qalardı.

Əimmeyi-əthar (ə) fiqh mərkəzinin müdiri əlavə etdi: mərhum həzrət Ayətullah əl-üzma Fazil səfər və məhərrəm aylarında iki ay qara geyinirdi və onun evinin siması bu iki ayda başqa cür olurdu. Həmçinin o böyük alim, Qum şəhərində təşkil olunan qədimi rövzələrdə iştirak etməyi özünə borc bilirdi və zəif olduğu günlərdə isə, rövzələrə nümayəndələr göndərirdi.

Ayətullah əl-üzma Fazil Lənkəranin oğlu əlavə etdi: İslam inqilabından öncə imam Hüseyn (ə) haqqında mətləbləri düzgün olmayan bir kitab yazılmışdı. Mərhum atam üçün təhlükələrin olmasına baxmayaraq təkid etdi ki, əgər bu təhlükə qorxusu hətta ölümünə səbəb olsa belə bu mətləblərin cavabını verəcək və özünə vəzifə hiss edərək onun cavabında bir kitab yazdı.

Əimmeyi-əthar (ə) fiqh mərkəzinin müdiri – dini və fiqhi qoruyub saxlayan imam Hüseynin (ə) hərəkatı və aşura hadisəsinin olduğunu bəyan edərək dedi: Baxmayaraq bəzi nadan şəxslər, Şəhidlər Ağasının (ə) matəmini solğun qələmə vermək istəyirlər, lakin imam Hüseynin (ə) əza məclisləri ildən-ilə möhtəşəm və rövnəqli təşkil olunur.

Ayətullah Şeyx Cavad cənabları sonda əlavə etdi: Təqribən 10 il qabaq məzhəbi heyətlərdə ələm gətirilməsi barədə söz-söhbət yayıldı. Böyüklərdən bəziləri “ehtiyata əməl olunmalı və bu cür əşyalar gətirilməməlidir” – deyə nəzər bildirmişlər. Lakin o, təkid etdi ki, imam Hüseynin (ə) əzası gurultulu, möhtəşəm və izdihamlı olmalıdır və bu ələmlərdən istifadə etməyin maneəsi yoxdur.

 


Etiketlər :