Dünya müsəlmanlarını Hz. Əli İbn Əbi Talibin (ə) movlud günü münasibəti ilə təbrik edirik!

29 March 2024

03:50

۵,۴۳۴

Xəbərin xülasəsi :
Əlidi nuri-Kibriya, Əli çıraği-rahnüma Əli vəsiyyi-Müstəfa, Əli İmami-müqtəda
Əli müinü-yavəri yüz irmi dörd min ənbiya Əli ədüvv üçün bəla, Əli mühibb üçün şəfa
آخرین رویداد ها


Dünya müsəlmanlarını Hz. Əli İbn Əbi Talibin (ə) movlud günü münasibəti ilə təbrik edirik!


Dünya müsəlmanlarını Hz. Əli İbn Əbi Talibin (ə) movlud günü münasibəti ilə təbrik edirik!


السَّلامُ عَلَى أَبِي الْأَئِمَّةِ وَ خَلِيلِ النُّبُوَّةِ وَ الْمَخْصُوصِ بِالْأُخُوَّةِ

السَّلامُ عَلَى يَعْسُوبِ الْإِيمَانِ وَ مِيزَانِ الْأَعْمَالِ وَ سَيْفِ ذِي الْجَلالِ

السَّلامُ عَلَى صَالِحِ الْمُؤْمِنِينَ وَ وَارِثِ عِلْمِ النَّبِيِّينَ الْحَاكِمِ فِي يَوْمِ الدِّينِ

السَّلامُ عَلَى شَجَرَةِ التَّقْوَى السَّلامُ عَلَى حُجَّةِ اللهِ الْبَالِغَةِ وَ نِعْمَتِهِ السَّابِغَةِ وَ نِقْمَتِهِ الدَّامِغَةِ

السَّلامُ عَلَى الصِّرَاطِ الْوَاضِحِ وَ النَّجْمِ اللائِحِ وَ الْإِمَامِ النَّاصِحِ وَ رَحْمَةُ اللهِ وَ بَرَكَاتُه

 

Əlidi nuri-Kibriya , Əli çıraği-rahnüma

Əli vəsiyyi-Müstəfa, Əli İmami-müqtəda

Əli müinü-yavəri yüz irmi dörd min ənbiya

Əli ədüvv üçün bəla, Əli mühibb üçün şəfa

Əli rümuzi həl-əta , Əli xəzineyi əta

Əli vəsileyi dua , Əli qülub üçün şəfa

Əli fəna, Əli bəqa, Əli əmiri övliya

Əli süruri sineye cəmali Xətmül-ənbiya

Gedin çıxın fələklərə, gəlin gəzün məmaliki

Görün ki hansı millətin bu no`i rəhnuması var!

Cənabi Məryəm istədi doğa Məsihi beytidə

Nida yetişdi zadigəh deyil yerin bəhası var

Bir ayrı yerdə vəz`i həmli qıl o nuri pakuvi

Bu vadiye Müqəddəsin məqami-kibriyası var

Amma Əli anası istədi Əlini vəz`e həml edə

Yarıldı Kə`bənin evi, görüb Həqqün sədası var

Məhəbbət eylə qoy qədəm, gətir vücudə nurimi

O nuri pakilən bu Beyti ə`zəmin cəlası var

Qədəm qoyanda gördü dörd xanımdı mahi parətək

O banuye müqəddəsə salamü-mərhəbası var

Mələklər oldu qabələ , vücudə gəldi nuri Həqq

İşıqlı bir çıraği tək təcəlliye ziyası var

Ziyarət etdi hurilər dübarə ğaib oldular

Anası gördü oğlunun behiştidən libası var

Götürdü basdı bağrına, görüb yumuqdu gözləri

Dedi: İlahi olmuya gözündə ibtilası var?

Dübarə Kə`bənin evi yarıldı çıxdı Fatimə

Nə gördülər: qucaqda bir işıqlı ay parası var!

Atası aldı iylədi, yenə Əli göz açmadı

Öpüb ziyarət eylədi, nə qədri əqrəbası var

Peyambərin qucağinə gəlincə yumdu gözlərin

Peyambər aldı gördü bir cəmali məhliqası var

Be fövri açdı gözlərin baxıb cəmali həzrətə

O aşiqanə baxmağın nişan verir vəfası var


Etiketlər :