Rəcəb ayının 27-si (May ayının 16-sı) Məbəs bayramıdır.
29 November 2024
22:21
۳,۹۵۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Rəcəb ayının 27-si (May ayının 16-sı) Məbəs bayramıdır.<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
Rəsulullah, Həzrət Muhəmməd ibn Abdullah (sallallahu əleyhi və alih) on üç il hicrətdən öncə qırx yaşında ikən Peyğəmbərliyi bəşəriyyətə aşkar edildi.
Müqəddəs Quran Peyğəmbərin besətini Allah taala tərəfindən nur və hidayət olaraq tanıtdırıb buyurur:
" يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ قَدْ جَاءكُم مِّنَ ال لّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ "
Ey əhli kitab! Sizə (səmavi) kitabda (Tövratda və İncildə) gizlətdiyiniz bir çox həqiqətə aydınlıq gətirən və bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan Peyğəmbərimiz gəldi. (Bəli) Allah taala tərəfindən sizə tərəf bir nur və açıq-aydın bir kitab (Qurani-Kərim) gəldi. (Maidə surəsi-15)
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) peyğəmbərliyinin aşkar edilməsi (Məbəs) günü və gecəsi İslam tarixində çox böyük savab əməlləri ehtiva edir. Məbəs bayramında, yəni rəcəb ayının 27-də qüsl etmək, oruc tutmaq, Həzrət Muhəmmədi (sallallahu əleyhi və alih) və Həzrət Əlini (əleyhissalam) ziyarət etməyin cox böyük savabı vardır.
"Məbəs" bayramının gecəsində bir neçə böyük fəzilətə malik olan əməl qeyd edilmişdir:
1. Kəfəmi “Misbah” kitabında deyir:- “İmam Cavadın (əleyhissalam) belə buyurduğu nəql olunur:- “Rəcəb ayında elə bir gecə var ki, Günəş saçan şeylərin hamısından yaxşıdır və o, bu gecədir. Peyğəmbər bu gecədə peyğəmbərliyə seçilmişdir. Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir”. Həzrətdən soruşdular: “O gecədə hansı əməlləri yerinə yetirmək lazımdır?” Həzrət buyurdu:- ”İşa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında nə vaxt istəsən ayağa qalxıb on iki rükət namaz qılırsan. Hər rükətdə “Həmd” surəsindən sonra axırda olan kiçik surələrdən (“Məhəmməd” surəsindən sonra axıra qədər olan surələr) birini oxuyursan. Salam verdikdən sonra oturub, hər iki rükətin axırında yeddi dəfə “Həmd”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, ”Qədr” surələrini və “Ayətəl-kürsini” oxumaq lazımdır.
2. Bu gecənin ən fəzilətli əməllərindən biri Həzrət Əmirəlmöminin Əlinin (əleyhissalam) ziyarətidir. Bu gecədə o həzrət üçün üç ziyarət nəql olunmuşdur. Onları “Ziyarətlər” bölməsində gətirəciyik.
Əhli sünnət alimlərindən biri olan və 600 il bundan əvvəl yaşamış Məhəmməd ibn Bətutə özünün “Rihlətu ibn Bətutə” adlı səfərnaməsində Məkkədən Nəcəfə olan səfərində Əmirəlmöminin (əleyhissalam) rövzəsi və mübarək qəbri haqqında yazır:
Bu gecənin rövzəsi haqqında kəramətlər zahir olub. Bu gecəni şəhər əhli “Leylətül məhya” (dirçəliş gecəsi) adlandırırlar. Bu gecədə İraqın müxtəlif vilayətlərindən, Xorasandan, Fars şəhərlərindən və Rum vilayətindən bura şil, iflic və düşüb qalmış gəzə bilməyən xəstələri gətirirdilər. İşa namazından sonra bu xəstələrdən otuz-qırx nəfərini Əmirəlmöminin zirehinin yanına gətirərdilər. Bütün camaat ora toplaşardı və bu xəstələrin yaxşı olmasını, ayağa qalxmasının gözləyərdilər. Bəziləri namaz qılmaqa məşğul idilər, bəzisi Quran oxuyurdu, bəzisi isə rövzəyə tamaşa edirdilər. Gecənin yarısı, ya üçdən ikisi keçdikdə bütün bu yerdə yıxılıb qalmış hərəkət edə bilməyən xəstələr hərəkət etməyə başlayırlar və bütün xəstəliklərdən sağalıb deyirlər: “La ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyullah”. Bu çox məşhurdur, mən özüm o gecəni dərk etməmişəm, amma mötəbər insanlardan eşidib və mədrəsələrin birində həzrətin qonaq otağında hərəkət etməyə qadir olmayan üç nəfəri – biri Rumdan, biri İsfahandan, üçüncüsü isə Xorasandan idi, onlardan soruşdum ki, niyə siz sağalmamısınız və burada yıxılıb qalmısınız. Dedilər ki, biz 27-ci gecəyə çata bilmədik. Burada qalıb gələn 27-ci gecəni gözləyib, şəfa alacayıq. Bu gecənin şərafətinə çox şəhərlərdən bura toplaşırlar. On gün müddətində burada böyük bir bazar açılır.
Məbəs bayramı günü ən böyük baramlardan biri və Həzrət Məhəmmədin (sallallahu əleyhi və alih) peyğəmbərliyə yetişən günüdür. Hz. Cəbrail peyğəmbərliklə bərabər bir neçə əməl də gətirmişdir;
1. Qüsl almaq.
2. Oruc tutmaq (bu günün orucu ildə ən savablı dörd gündən biridir və yetmiş ilin orucuna bərabərdir.
3. Çoxlu salavat çevirmək.
4. Rəsulullahı və Əmirəlmömini ziyarət etmək.
5. Kəfəmi “Misbah”da Rəyyan ibn Səltdən nəql edərək buyurur ki, İmam Cavad (əleyhissalam) Bağdadda ikən rəcəb ayının on beşinci və iyirmi yeddinci gününü bütün qohum-əqrəbası ilə birlikdə oruc tutardılar. Bizi də on iki rükət (iki-iki) namaz qılmağı əmr etdi ki, hər iki rükətdən sonra “Həmd”, “Fələq”, “Nas” surələrini dörd dəfə, “Təsbihate ərbəə”ni dörd dəfə, “Allahu Allahu Rəbbi la uşriku bihi şey`a” (Allah, Allah, mən Rəbbimə heç nəyi şərik qoşmuram) və “La uşriku bi Rəbbi əhəda” (Mən heç kəsi Rəbbimə şərik etmirəm) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.
6. Kəfəmi Əbulqasim Hüseyn ibn Ruhdan nəqlən buyurur ki, bu gündə on iki rükət (iki-iki) namaz qılırsan. Hər rükətdə “Həmd”lə asan olan surələrdən birini oxuyursan.
Bütün müsəlmanları bu əziz və şərəfli bayram münasibətilə təbrik edirik! Dünyada zalımlara məruz qalan məzlumları, xüsusən müsəlman bacı-qardaşları dua etməyi unutmayın!