Şəban ayının fəzilətləri
29 November 2024
22:08
۱,۷۶۳
Xəbərin xülasəsi :
Bu ayın üçündə Həzrət İmam Huseyn əleyhissalamın, ayın dördündə Həzrət Əbulfəzl Abbas əleyhissalamın, ayın dördündə Həzrətİmam Səccad əleyhissalamın, ayın on birində Həzrət Əli Əkbər əleyhissalamın və ayın on beşində Həzrət İmam Zaman ıleyhissalamın mövlud günləridir...
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət Əli əleyhissalam buyurur:
المؤمن دائم الذکر، کثیر الفکر، علی النعماء شاکرو فی البلاء صابر
Mömin şəxs həmişə Allahı yad edir, dərin düşünür, nemətlərə şükr edir və çətinliklərdə səbirlidir.
Ğurərul-hikəm kitabının şərhi, 2-ci cild, səh. 84.
Şəban ayının fəziləti və əməlləri
Bil və agah ol ki, bu ay çox şərafətli aydır. Bu ay peyğəmbərlərin ağası Hz. Rəsulullahın ayıdır. Peyğəmbər bu ayı oruc tutardı və mübarək Ramazan ayına birləşdirərək buyurardı:- “Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”. İmam Sadiqdən(ə) belə rəvayət olunur ki, şəban ayı olcaq İmam Zeynulabidin(ə) səhabələrini ətrafına toplayıb buyurardı:- “Ey mənim səhabələrim heç bilirsiz bu hansı aydır!? Bu şəban ayıdır. Peyğəmbər buyurardı:- “Şəban mənim ayımdır. Öz peyğəmbərinizin məhəbbətinə və Allaha yaxınlaşmaq üçün bu ayı oruc tutun! O Allaha and olsun ki, Əli ibn Hüseynin canı onun əlindədir, atam Hüseyn ibn Əlinin belə buyurduğunu eşitdim:- “Əmirəlmöminindən eşitdim ki, hər kəs peyğəmbərin məhəbbətinə və Allaha yaxınlaşmağa xatir bu ayı oruc tuta, Allah onu özünə yaxın edər. Qiyamət günü öz kəramətindən ona lütf edər və cənnəti ona vacib edər. Kəfəmi Səfvan Cəmmaldan nəqlən yazır ki, İmam Sadiq(ə) ona belə buyurdu:-”Öz ətrafında olan şəxsləri şəban ayının orucuna məcbur edin!” Dedim:-”Canım sənə fəda olsun, bunda nə fəzilət var ki, belə?” Buyurdu:- ”Bəli, fəziləti çoxdur. Peyğəmbər şəban ayının Ayını görəndə carçıya Mədinədə belə nida etməyi əmr edərdi: “Ey Mədinə əhli, mən Allahın sizə göndərilən elçisiyəm. Agah olun ki, şəban mənim ayımdır. Allah rəhmət eləsin mənə bu ayda kömək edənlərə, yəni bu ayı oruc tutanlara”. İmam Sadiq(ə) Əmirəlmöminin belə buyurduğunu deyir:- ”Mən şəban ayının orucunu peyğəmbərin carçısını eşidəndən bəri tərk etməmişəm və ölənə qədər də onu tərk etməyəcəyəm”. Sonra buyurur:- ”Bu iki ayın şəban və ramazan aylarının orucu Allah tərəfindən məğfirət və tövbədir”. İsmail ibn Əbdülxaliq belə rəvayət edir ki, İmam Sadiqin(ə) yanında idim şəban ayının orucunun söhbəti açıldı. Həzrət buyurdu: ”Şəban ayının orucunun fəziləti..... , hətta haram qana bulanmış şəxs bu ayı oruc tutsa, ona xeyirli olar və günahları bağışlanar.
İmam Rzadan (ə) nəql edilmişdir ki, hər kəs şəban ayının axırından üç gün oruc tutub Ramazan ayına birləşdirərsə, Allah taala iki ayın orucunun savabını ona yazar. Əbussəlt Hərəsi rəvayət etmişdir ki, şəban ayının axırıncı gecəsi imamın hüzuruna getdim. Həzrət buyurdu: “Ey Əbussəlt, şəban ayının çox hissəsi keçdi və bu axırıncı cümə günüdür. Bu ayın keçmiş günlərində etdiyi günahların qalan günləri ərzində bağışlanmasını istə və çoxlu Quran oxu. Ayın axırında Allaha görə xalislərdən olasan deyə öz günahlarından tövbə et. Üzərində olan bütün haqları və əmanətləri ödə. Qəlbində olan kin-küdurəti çıxar. Bütün etdiyin günahları tərk et. Allahdan həya et və öz işlərinin gizli və aşkar məqamlarında Allaha təvəkkül et. Allaha hər kəs təvəkkül edərsə, Allah taala ona kifayət edər. Bu ayın qalan vaxtında bu duanı çox oxu:
اللَّهُمَّ إِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنَا فِيمَا مَضَى مِنْ شَعْبَانَ فَاغْفِرْ لَنَا فِيمَا بَقِيَ مِنْهُ
İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
Həqiqətən Allah, bu gecədə Ramazan ayının hörmətinə görə, bir çox bəndələri cəhənnəm alovundan qurtaracaq.