Həzrət Ayətullah Fazil Lənkərani "intizar" mövzusunda

29 November 2024

21:22

۱,۹۰۵

Xəbərin xülasəsi :
İntizar məsələsi; yəni Mütəal Allahın, bütün ənbiya və övsiyanın hədəflərinin həqiqətə çatmaları intizarı, yəni bəşərin son təkamülə çatması.
آخرین رویداد ها

Həzrət Ayətullah Fazil Lənkəraninin "intizar" mövzusunda buyurduğu bəyanından bir hissə<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />

Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edilən bir hədisdə deyilir: "َفْضَلُ أَعْمَالِ أُمَّتِي انْتِظَارُ الْفَرَج"- (Ümmətimin əməllərinin ən fəzilətlisi, bəşəriyyətin nicat və qurtuluşunun (fərəc) intizarında olmaqdır). 

Biz "intizar" məsələsinə, müstəhəbbi bir mövzu kimi digər müstəhəbbi əməllərin kənarında yer verməməliyik. Qeyd edilən hədisdən, eləcə də "intizar" mövzusunda gələn başqa hədislərdən və Məsum imamların (əleyhimussalam) həyatını mütaliə edərkən belə məlum olur ki, "intizar" əqidəsi olmazsa, möminin imanı naqisdir.

Bütün peyğəmbərlər, hətta şəxsən Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) və Məsum imamlar (əleyhimussalam) "müntəzirlər" sırasında olmuşlar. Məhz onların özləri yaşadıqları dövrün xalqına vədə vermişlər ki, bizim əsas hədəflərimiz zamanənin sonunda öz həqiqətin tapacaqdır, bizim səy və çalışmağımız bu məsələnin həqiqətə çatması üçün bir müqəddimədir. Buna görə də "intizar" məsələsini (İmam Zaman əleyhissalamın) qeybət dövrünə və müəyyən bir cəmiyyətə məhdud etməməli və onu səthi şəkildə müzakirəyə çıxarmamalıyıq.

İntizar məsələsi; yəni Mütəal Allahın, bütün ənbiya və övsiyanın hədəflərinin həqiqətə çatmaları intizarı, yəni bəşərin son təkamülə çatması.
Etiketlər :