Mübarək Ramazan ayı

29 November 2024

21:00

۱,۸۵۰

Xəbərin xülasəsi :
Mübarək Ramazan ayının gəlişi ilə bütün mömin bacı-qardaşları təbrik edirik
آخرین رویداد ها


شَهر ُرَمَضانَ اَّلذٍي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ

Ramazan ayıdır, belə ki, bu ayda insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aşkar edən və (haqqı batildən) ayıran Qur`an nazil olmuşdur. Ramazan ayının şahidi olan hər kəs, oruc tutmalıdır... 

(Bəqərə surəsi, ayə 185)

Bismillahi Rəhmani Rəhim

Təqvim üzrə pəncşənbə (dördüncü) günü, miladi- iyun ayının 18-i Mübarək Ramazan ayının 1-ci günü ilə mütabiqdir. Lakin hicri tarixi ilə hər ayın gəlişi, ayın gözlə görünməsi və ya rəsədxana cihazları ilə göydə müşahidə edilməsindən sonra elan edildiyi üçün indidən qəti olaraq iyun ayının 18-ni Ramazan ayının birinci günü kimi elan etmək tezdir. Ona görə də bütün mömin və möminə bacı-qardaşlar 17 iyun gecəsi bu müqəddəs ayın yetişməsinə əmin olmaq üçün ayın gözlə görünməsini və ya mütəxəssislər tərəfindən ayın gəlişinin elan edilməsini izləməlidirlər.

Amma oruc tutan bacı və qardaşlar ayı görmədən və ya sözünə etimad ediləsi şəxslərtərəfindən ayın gəlişinə yəqin hasil etmədən əgər ehtiyat baxımından iyun ayının 18-ni qabaqcadan niyyət edib oruc tutmaq istəsələr "Ramazan ayının orucunu" niyyət edib oruc tuta bilməzlər. Çünki qabaqcadan ayın gəlişinə yəqinlik hasil etməmişlər. Deməli, iyun ayının 18-ni, boynunda oruc qəzası olanlar- qəza niyyəti ilə, boynunda oruc qəzası olmayanlar isə müstəhəbbi oruc niyyəti ilə oruc tutsalar düzgündür. Fiqh elmində bu gün-iyun ayının 18-i (Ramazan ayının yetişib-yetişməsi baxımdan) şəkk və tərdid günü kimi tanınır. Əgər bu gün Ramazan ayı olarsa, möminlər bu günün fəzilətindən məhrum qalmamaq üçün bu günü oruc tutmaq müstəhəbdir. Amma sonradan bu günün Ramazan ayından olub-olmaması xəbəri müəyyən edilərsə, oruc tutan əzizlərin orucları düzgün və qəbul edilmiş sayılacaqdır. Digər tərəfdən isə hər kəs bu günü şəkk günü olduğu üçün oruc tutmazsa və sonradan onun Ramazan ayından olduğu məlum edilərsə, gərək sonradan o günün qəzasını oruc tutsın.

Beləliklə, bütün mömin və möminə bacı-qardaşları qabaqcadan mübarək Ramazan ayının gəlişi münasibətilə ürəkdən təbrik edir və bu ayın misilsiz fəzilətlərindən tam faydalanmağı sizlərə arzu eduruk.

 

 

Etiketlər :