Həzrət Həsən ibn Əli əleyhissəlamın təvəllüdü
29 November 2024
20:59
۱,۸۱۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir. (Əl-Mənaqib-İbn Şəhri Aşub, 4-cü cild, səh.28; Əl-İrşad- Şeyx Mufid, səh. 187)
İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.
Məzlumların köməkçisi
Həzrət İmam elm təqva zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin fağır və imkansızların pənahı ehtiyacı olanların ümid yeri idi. Belə ki bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə utanmağa icazə verməzdi.
Məşhur əhli-sünnə alimi Süyuti öz kitabında yazır:«Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O alicənab səbirli vüqarlı mətin səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.» (Tarixul xuləfa-Süyuti, səh.189)
Elm və fəzilət mənbəyi
Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: “Məni elə bir adamın yanına göndər ki mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən (əleyhissəlam) və Abdullah ibn Cəfərə tərəf işarə edib kişiyə dedi ki orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən (əleyhissəlam) buyurdu: “Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən (əleyhissəlam) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn (əleyhissəlam) da qırx doqquz dinar daha sonra Abdullah ibn Cəfər qırx səkkiz dinar kişiyə verdilər.
Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: “Nə oldu?” Kişi cavab verdi ki səndən pul istədim verdin ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri (İmam Həsən (əleyhissəlam)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: “Bu ailə elm hikmət çeşməsi fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?" (Biharul-ənvar, 43-cü cild, səh. 333)