Ramazan ayının 21-i İmam Əli əleyhissalamın şəhadəti
29 November 2024
21:10
۱,۸۹۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bu gün hicri tarixi 1436-cı il, Ramazan ayının 21-i, miladi tarixi 2015-ci il, iyulun 8-i dünya müsəlmanlarının birinci imamı Həzrət Əli ibn Əbi Talibin (əleyhissalam) şəhadət günüdür.
Həzrət Əli əleyhissalam İslam tarixində misilsiz rəşadətlər və iftixarlar sahibidir. O həzrət ən kiçik yaşlarından əziz Peyğəmbəimiz Həzrət Muhəmməd ibn Əbdullahın (sallallahu əleyhi və alih) evində yaşamış və Peyğəmbərimizin İlahi tərbiyəsi ilə boya-başa çatmışdı. Yeniyetmə çağlarından müqəddəs İslam dinini qəbul etmiş, hətta bir saat belə Allah-taaladan qeyri bir məbuda itaət etməmişdir. Bu imtiyaz tanınmış və İslam ümməti arasında şöhrət tapmış heç bir Peyğəmbər səhabəsinə şamil deyildir.
Həzrət Əli əleyhissalam möhtəşəm “Nəhculbəlağə” kitabında bu məzmunda buyurur: “Allah Rəsulu Həzrət Muhəmmədə (sallallahu əleyhi və alih) İlahi vəhy nazil olarkən mən o Həzrətin yanında idim və bu tarixi hadisənin baş verməsindən narahat olan Şeytanın iniltili nərəsini eşitdim. Bu səs barəsində Peyğəmbərdən (sallallahu əleyhi və alih) soruşduqda Həzrət cavabında: Ya Əli! Sən Allah mələyini görür və vəhyi eşidirsən, amma səndən fərqli olaraq mən Peyğəmbərəm!”
Həzrət Əli əleyhissalam əziz Peyğəmbərimizin həyatının sonuna qədər o Həzrətin kənarından çəkilməmişdi. Quranın Ali-İmran surəsinin 153-cü ayəsinə istinadən burada bir nümunə olaraq qeyd edirik ki, başqaları Həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) döyüş meydanında tək qoyub öz canlarının qeydinə qaldıqları zaman, Əli əleyhissalam vücudunu düşmənin qılınc və nizələrinə sepər etmiş, bütün varlığı ilə Allah Peyğəmbərini (sallallahu əleyhi və alih) müdfiə etmişdir.
Uhud döyüşündə Həzrət Əli əleyhissalamın misilsiz rəşadəti və Allah Rəsulunu (sallallahu əleyhi və alih) layiqli müdafiəsi zamanı səmadan belə nida gəlir:
لا سیف الا ذو الفقار و لا فتی الا علی
Yəni, şücaətdə, rəşadətdə, vəfadarlıqda, qeyrətdə və haqq yolunda qılınc vurmaqda Əlinin bərabəri yoxdur.
Bunu eşidən Cənab Cəbrail Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) xitab edir ki, həqiqətən Əli əleyhissalamın rəşadəti və canından keçməsi misilsizdir.
Rəsulullah da (sallalahu əleyhi və alih) hzərət Cəbrailin cavabında buyurur:
لآنی منه و هو منی
Yəni, Əlinin (əleyhissalam) mənim yolumda canından keçməsi ona görədir ki, mən ondan və o da məndəndir.
Əhzab döyüşündə Mədinə şəhərini mühasirə edən düşmən döyüşçülərinin sərkərdəsi o zaman tanınmış və məşhur olan Əmr ibn Əbd vud müsəlmanların müqabilində rəcəzxanlıq edib meydana döyüşçü tələb edərkən Əli əleyhissalamın döyüşə getmək israrına nəhayət icazə verdikdə, İmam əleyhissalam o heybətli pəhlivanın qarşısında hazır olarkən Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) səhabələrə belə bir məzmunda buyurur:
برز الایمان کله الی الشرک کله
İman bütünlüklə şirk və küfrlə tam qarşı-qarşıya durmuşdur. Yəni, iki tərəfdən hər birinin qələbəsi ilə onun təmsil etdiyi dəstə tarixdə iz qoyan və davamlı bir qələbəni imzalayacaqdır.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) “Şəbaniyyə” xütbəsində belə bir məzmunda buyurur:
یا علی انت حجة الله علی خلقه و خلیفة الله فی عباده
Yəni, Ya Əli! Sən Allahın xəlq etdikləri üzərində hüccət və Allah bəndələri arasında Allah-taalanın xəlifəsisən.
Əziz müsəlmanlar!
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) otuz ildən artıq öncə verdiyi xəbərə əsasən İmam Əli əleyhissalamı dünyanın ən şəqiyy və ləyaqətsiz insanı, xəvaric (dindən çıxmışlar) firqəsinin üzvü olan İbn Mulcəm Muradi (lənətullah əleyh) tərəfindən hicri tarixi 40-cı il Ramazan ayının 19-u Kufə məscidində mübarək başından qılınc zərbəsi ilə yaralanmış və üç gün sonra Ramazan ayının 21-də şəhadətə yetmişdir.
Bu qəmli və qüssəli gün münasibətilə Allah vilayətinin hamisi Həzrət Sahibəz-Zamana (əleyhissalam) təsliyət və təziyət ərz edib deyirik:
آجرک الله یا بقیة الله
Eləcə də Əhli-Beytin (əleyhimussəlam) həqiqi davamçılarına başsağlığı deyərək Allah dostlarının hüznünə şərik oluruq. Ümid edirik möminlər bu günün ehtiramını layiqli şəkildə qoruyaraq öz göz yaşları ilə Həzrət Siddiqeyi Kubranın (salavatullahi əleyha) və Vəliyyi Əsr vəz-Zamanın (əleyhissəlam) qəm-qüssəsinə təsəlli olsunlar. Məqalə barəsində nəzərlərinizi bəyan etməklə bizlərə yol göstərməyi və gələcəkdə daha dəyərli yazılarla Əhli-Beyt dostlarının xidmətində olmaq arzusu ilə, İltimasi dua!