Fitr bayramınız mübarək

08 July 2024

19:55

۱,۷۱۵

Xəbərin xülasəsi :
18 iyul, hicri qəməri tarixi ilə Şəvval ayının 1-dir, Böyük Fitr bayramını bütün müsəlmanlara təbrik deyirik.
آخرین رویداد ها


18 iyul, hicri qəməri tarixi ilə Şəvval ayının 1-dir, Böyük Fitr bayramını bütün müsəlmanlara təbrik deyirik.

Şəvval ayının birinci gecəsinin fəziləti barəsində çox təkid edilmişdir. Hədislərdə bu gecənin ehya edilməsi buyurulur. Nəql edilir ki, bu gecənin ehya edilməsi savabı Qədr gecəsindən geri qalmır. Bu gecənin bir sıra əməllərinə işarə edirik:

1-Günəş qürub edərkən qüsl etmək;

2-Gecəni namaz, dua, istiğfar ilə ehya etmək və məsciddə beytutə etmək;

3-Məğrib, işa, sübh və bayram namazlarından sonra bu duanı təkrar etmək:

الله اکبر الله اکبر لا اله الا الله و الله اکبر الله اکبر و لله الحمد الحمد لله علی ما هادانا و له الشکر علی ما اولانا

4- Həzrət İmam Huseyn əleyhissalamı ziyarət etmək, bu gecə Həzrətin ziyarətinin böyük savabı vardır...

Fitr bayramı gününün əməlləri:

1-Sübh namazı və bayram namazından sonra yuxarıda qeyd etdiyimiz duanı (təkbirləri) zikr etmək;

2-Fitrə zəkatını çıxarmaq-yaxşıdır fitrəni bayram namazından öncə çıxarasınız;

3-Fitr bayramından öncə qüsl etmək;

4-Fitr bayramı namzını qılmaq üçün təmiz geyinmək, ətirdən istifadə etmək;

5-Bayram namazından öncə iftar etmək-müstəhəbdir xurma ilə iftar edəsiniz;

6-Çox dua və istiğfar etmək...

Qeyd: Fitr namazını qılmaq qaydası əhkam kitablarında gəlmişdir.

Bir daha bu əziz gün münasibətilə bütün müsəlmanları və xüsusən Əhli-Beyt (əleyhimussalam) dostlarını təbrik edir, hamınızın xoşbəxtliyi vəsəadıtini Böyük Allahdan diləyirik. İltimasi dua.

Etiketlər :