Camieyi-Kəbirə ziyarətnaməsi
29 November 2024
19:23
۲,۰۴۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rəhmanir-Rəhim
Hörmətli bacı və qardaşlar! İnsanın şəxsiyyətinin kamala yetməsində dua və Allahla raz-niyaz etməyin son dərəcə böyük əhəmiyyəti vardır. Bir sıra ayələr və hədislərdə duanın insan yaşayışında olan maddi və mənəvi təsiri bəyan edilmişdir.
Dini mənbələr, bəşərin həyatında duanın xüsusi mövqeiyyətini göstərməklə insanları həmişə Allahla mənəvi üns bağlamağa rəğbətləndirərək hər kəsə öz istedadı qədər bu geniş dəryadan istifadə etməyi tövsiyə buyurmuşlar.
Əmirəl-möminin Həzrət Əli əleyhissəlam buyurur:
"...ولا يُنالُ ما عند الله تعالي إلاّ بالدُّعاءِ..."
«Yalnız dua vasitəsilə İlahi nemətlərə nail olmaq mümkündür...»[1]
Allah-taala insanların ən mötəbər dini mənbəyi sayılan Qur`ani-məciddə bəndələri dua etməyə çağıraraq buyurur:
﴿وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ﴾
«Ey Peyğəmbər! Bəndələrim Məni səndən soruşduqda bilsinlər ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, doğru yola yönəlsinlər».[2]
Bu müqəddəs ayədə Allah-taalanın duaları qəbul etməsi və onun səbəbi göstərilmişdir. Allah buyurur ki, Öz bəndələrinin duasını qəbul etməsi bəndələri xəlq edib onlara yaxın olması səbəbinədir.
Deməli, Allah bəndələrinin dualarını eşidir və onları qəbul edir. Doğrudur, burada bir şərt vardır ki, dua dedikdə həqiqi dua nəzərdə tutulur. Bu ayənin mənasında çox lətif və şirin incəliklər vardır. Amma vaxtımızın az olmasına görə onlara işarə etmirəm.
Başqa bir ayədə buyurur:
﴿...ادْعُونِي أَسْتَجِبْ لَكُمْ...﴾
«...Çağırın Məni dualarınızı qəbul edim...»[3]
Həmçinin, buyurur:
﴿ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً...﴾
«Rəbbinizə yalvarışla və gizlincə dua edin...»[4]
Beləliklə, bu və digər ayələrdən belə nəticəyə çatırıq ki, dua və raz-niyaz məsələsinin insan həyatında son dərəcə yüksək əhəmiyyətini nəzərə alaraq Allah-taala bəndələrə çox yaxın olması ilə bərabər, onlara əmr edərək bu mövzunu unutmamalarına təkid buyurur.
Məhz bu İlahi ayələrin həqiqətini düşündükdən sonra, Əhli-beyt əleyhimussəlamın ən çətin və ağır hallarda belə Allaha tapınma səbəbini dərk etmək olar. Necə ki, şəhidlərin ağası İmam Huseyn əleyhissəlam həyatının son anlarında Allahla belə minacat edir:
"الهي رضاً بقضائِك وتسليماً لأمْرك لا معبودَ سواك"
Əziz oxucular! Gələn bəhsimizdə dua və ziyarətnamələrin insanın mənəvi dirçəlişində geniş əhəmiyyətini bir qədər də araşdıraraq, söhbətimizi duaların qəbul olunma şəraiti və bəzi hallarda duaların qəbul olunmaması səbəbləri barəsində davam etdirəcəyik.
Sağ olun, gələn görüşlərədək.
"غفر الله لنا ولكم، والسلام عليكم ورحمة الله وبركاته"