Məsumların (əleyhimussəlam) məzarının dağıdılması

29 November 2024

19:01

۱,۷۷۶

Xəbərin xülasəsi :
1344-cü hicri 8 şəvval tarixində Mədinə şəhəri Bəqi qəbristanında Məsum İmamların (əleyhimussəlam) müqəddəs məzarı və Ühüd dağı ətəyində Həzrət Həmzənin (əleyhissəlam) pak qəbri çirkin vəhhabilərin vasitəsilə dağıdılmışdır...
آخرین رویداد ها

Bismillahir-Rəhmanir-Rəhim

Bəqi qəbristanında Məsum İmamların və Həzrət Həmzənin (əleyhimussəlam) müqəddəs məzarlarının çirkin vəhhabilərin vasitəsilə dağıdılmasını bütün müsəlmanlara başsağlığı və təsliyət deyirik

Həzrət Ayətullah Fazilin “Bəqi” qəbristanında Məsum İmamların (əleyhimussalam) müqəddəs məzarlarının dağıdılması günü ilə əlaqədar bəyanından bir hissə

“Bəqi”qəbristanında məzlum İmamların (əleyhimussalam) müqəddəs məzarlarının vəhhabilərinəli ilə dağıdılması faciəsi, həqiqətən böyük bir müsibətdir. Bu müsibətli hadisənin ildönümü münasibətilə Həzrət İmam Zaman əleyhissalamın hüzuruna, İslamİnqilabının Böyük Rəhbərinə, Əzəmətli təqlid Mərcələrinə və bütün dünya şiələrinəbaşsağlığı və təsliyət ərz edirik.

Bu cür günlər xatirələrdən silinməməlidir. Bütün şiələr və sünnülər bu faciəli hadisənin dərinliyini dərk etməlidirlər.

Qum elmi hövzəsi “Müdərrislər Camiəsinin” üzvü, Allahın lütfü ilə zaman keçdikcə vəhhabilərin həqiqəti hər bir şəxsə aydın olur deyə, buyurdu: “Bəqi” qəbristanında müqəddəs məzarların bəşərə yaraşmayan tərzdə dağıdılmasının ilk günlərində belə vəhhabi başçılarının “əgər bacarsaq Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) pak qəbrini və o Həzrətin müqəddəs hərəmini də dağıdacayıq”-deyən zəmzəmələri eşidilir. Bu gün bir daha həqiqət aydın olur ki, İngilis istemarı və qərbin təklükəsizlik kəşfiyyatının vasitəsilə yaranmış “vəhhabiyyət” yalnız şiəliklə qarşıdurma məqsədilə deyil, əslində İslam dinini kökdən dağıtmaq və bütün müsəlmanları məhv etmək hədəfini güdürmüşlər...

Bu gün Vəhhabilik, Taliban və İŞİD-ın simasında zühur və aşkar olu

Ayətullah Fazil belə izhar etdi: Vəhhabilərin tarixini araşdırdıqda belə müşahidə olunur ki, bu batil firqə Talibanın simasında zühur etmiş, bu gün də məntəqədə İŞİD vəhşi qruplaşmasının cinayətləri ilə təcəlli tapmışdır. Bu gün heç kəsə gizli deyildir ki, İŞİD qruplaşması Amerikanın və İsrail rejiminin nəhs və çirkin hədəfləri istiqamətində hərəkət edən və İslamın ziddinə olan bir qruplaşmadır.

O həmçinin, beləvurğuladı: Təkfiri vəhhabilər və İŞİD qruplaşması ilk mərhələdə tövhid şüarı iləmeydana girmişlər. Amma İslamın əsası ilə mübarizə yolunda onlarda nifaqın ənşiddətli mərhələlərini mülahizə edirik. Belə ki, bir tərəfdən tövhiddən dəm vurur və şirklə mübarizədən danışırlar, amma əməl məqamında hamısı kafir vəmüşriklərin qulaqları halqalı qullarıdırlar...

İlahi İmam Zaman əleyhissəlamın zühurunda təcil et!


Etiketlər :