Kəramət bayramı mübarək olsun!

29 November 2024

19:14

۱,۶۹۸

Xəbərin xülasəsi :
Zil-qədə ayının 1-i Həzrət Məsumə əleyhassalamın mövlud günüdür. Eləcə də bu ayın 11-i də Həzrət İmam Rza əleyhissəlamın viladət günüdür. Ona görə Əhli-beyt əleyhimussəlam aşiqləri bu iki tarixin fasiləsini yəni 11 günü Kəramət bayramı olaraq qeyd edir və Məsumların (əleyhimussəlam) ziyarətinə gedirlər...
آخرین رویداد ها


Bismillahir-Rəhmanir-Rəhim

Kəramət bayramınız mübarək

Zil-qədə ayının 1-i Həzrət Məsumə əleyhassəlamın viladət günüdür. Bu böyük şəxsiyyət hicri-qəməri ili 173-də dünyaya gəlmiş, atası Həzrət İmam Kazim əleyhissəlam və anası Həzrət Nəcmə Xatundur. Məsumə adı bu Xanıma əziz qardaşı İmam Rza əleyhissəlam tərəfindən verilmiş ləqəbdir və adı isə Fatimədir. 183-cü hicri ilində əziz atası İmam Kazim əleyhissəlam Bağdadda, Harunun zindanında şəhadətə çatdıqdan sonra əziz qardaşı İmam Rza əleyhissəlamın nəzarəti altında böyüyüb tərbiyə omuşdur.

Hicri qəməri tarixi 200-cü ildə Abbasi xəlifəsi Məmun Həzrət İmam Rza əleyhissəlamı Mədinədən Xorasana gətizdirdikdən bir il sonra Həzrət Məsumə əleyhasalam əziz qardaşını görmək üçün Mədinədən Tus şəhərinə yollanır. Lakin Qum şəhəri yaxınlığında bəzi tarixçilərin yazdığına görə xəstələnir və Qum şəhərinə gətizdirilir. Orada bir neçə gün qaldıqdan sonra isə vəfat edir.

Hicri qəməri 148-ci il zil-qədə ayının 11-i Həzrət İmam Rza əleyhissəlamın viladəti olduğu üçün şiələr bu 11 günü bayram qeyd edir və İmam Rza və Xanım Məsumə əleyhimassalamın ziyarətinə gedirlər.

Həzrət İmam Rza əleyhissəlam Xanım Fatiməi-Məsumə əleyhassalam barəsində buyurur:

مَنْ زَارَهَا عَارِفاً بِحَقِّهَا فَلَهُ الْجَنَّة

Hərif kəs Həzrət Məsumə əleyhassəlamın məqam və mənzilətinə arif olaraq onu ziyarətedərsə, yeri cənnətdir.

Başqa bir hədisdə belə nəql edilibdir:

مَنْ زار المعصومه فی قم کمن زارنی"

Yəni, Hər kəs Həzrət Məsumə əleyhasalamı Qum şəhərində ziyarət edərsə, məni ziyaraət etmiş kimidir.

Mənbə: Zadul-Məad, səh. 5.<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />

Etiketlər :