Həzrət İmam Rza əleyhissəlamın təvəllüdü

29 November 2024

19:02

۱,۷۸۹

Xəbərin xülasəsi :
Həzrət Əbul-Həsən İmam Rza əleyhissəlamın viladət gününü Həzrət Sahib Zaman İmam Məhdi əleyhissəlama təbrik deyir və bütün müsəlmanlara, xüsusən Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə bu əzəmətli Rəhbərin həqiqi davamçılarından olmaq arzusunu diləyirik.
آخرین رویداد ها
Bismillahir-Rəhmanir-Rəhim

Həzrət Əbul-Həsən İmam Rza əleyhissəlamın viladət gününü Həzrət Sahib Zaman İmam Məhdi əleyhissəlama təbrik deyir və bütün müsəlmanlara, xüsusən Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə bu əzəmətli Rəhbərin həqiqi davamçılarından olmaq arzusunu diləyirik.

 Həzrət Əbul-Həsən İmam Rza əleyhissəlamın həyatına qısa baxış

Məşhur rəvayətə əsasən Həzrət İmam Rza əleyhissəlam hicri-qəməri 148-ci ili, zil-qədə ayının 11-i müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdi. Kəramətli atası Həzrət İmam Kazim əleyhissəlam və şərəfli anası Nəcmə xatundır.

Həzrət İmam Sadiqdən (əleyhissəlam) nəql edilir ki, Həzrət İmam Kazimə (əleyhissəlam) təkrarən deyərmiş: “Ali Muhəmmədin (sallallahu əleyhim) Alimi sənin sülbündəndir. Kaş ki, mən onu görərdim. Həqiqətən, onun adı Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın adındadır.” (Əlamul-vəra, səh. 315)

Həzrət İmam Kazim əleyhissəlam şəhadətə çatdıqdan sonra Həzrət İmam Rza əleyhissəlam 35 yaşında ümmətə imamət məqamına yetmişdir. Həzrətin imamət dövrünün 10 ili Əbbasi xəlifəsi Harun ər-Rəşidin xilafəti və beş ili Əminin xilafəti və son beş ili də Məmunun xilafəti dövrü ilə bərabərdir.

Əbbasi xəlifəsi Məmun xilafəti ələ keçirdikdən sonra bir çox müsəlmanın Həzrət İmam Rza əleyhissəlama rəğbət və məhəbbətini, eləcə də xilafətin həqiqi sahibi kimi tanıdığını duyub o Həzrəti öz nəzarəti altına almaq və fəaliyyətlərini məhdudlaşdırmaq niyyəti ilə müxtəlif bəhanələrlə Həzrəti öz yanına, Xorasan vilayətinə dəvət etmişdir. Məmunun xilafəti Mərv şəhərində idi. O özünü Əhli-Beytə (əleyhimussəlam) məhəbbətli bir şəxs kimi göstərməklə xilafət etdiyi Xorasan əhlinə sevdirmiş və ətrafında olan əksəriyyəti iranlı olan Əhli-Beytə (əleyhimussəlam) əlaqəli ınsanların etimadını əldə etmişdir. Məhz ona görə də Həzrət İmam Rza əleyhissəlamı xilafətinə mane gördükdə o Həzrətlə, öz atası Harunun Həzrət İmam Kazim əleyhissəlamı zindana salıb işgəncə vermək kimi rəftar etməyə qadir olmamışdı. Əksinə Həzrət İmam Rza əleyhissəlama zahirdə hörmət və məhəbbət göstərmiş və bununla da avam insanları bir daha aldadaraq özünü Həzrət Əlinin (əleyhissəlam) övladlarına qarşı son dərəcə əlaqəli göstərmişdi. Məmun öncə xilafəti Həzrət İmam Rza əleyhissəlama təklif etmiş, İmam əleyhissəlam qəbul etmədikdə Həzrətdən vəliəhdliyi qəbul etməsini istəmişdi. Həzrət İmam Rza əleyhissəlam vəliəhdlik məqamından da boyun qaçırdıqda artıq Həzrətin etirazına məhəl qoymadan onu təhdid etmişdir.

Məmun Həzrət İmam Rza əleyhissəlama belə demişdir:

Ömər ibn Xəttab dünyadan gedəndə xəlifəni təyin etmək üçün altı nəfərlik məşvərət qrupunun üzvlərini müəyyən etmişdir. O altı nəfərdən biri Əmirəl-Möminin Əli (əleyhissəlam) idi. Ömər onlara belə tövsiyə etmişdi ki, bu altı nəfərdən əksəriyyətinin razı olduğu xəlifə ilə heç kəs müxalifət etməsin. Əks təqdirdə müxalifət edən şəxsin boynu vurulmalıdır. Siz də mənim təklifimi qəbul etməlisiz, çünki mən bundan başqa bir çarə görmürəm. (Mərhum Şeyx Mufidin Əl-İrşad kitabı, səh. 310)

Məmun bundan da açıq şəkildə Həzrət İmam Rza əleyhissəlamı təhdid edib belə deyir: Sən həmişə mənim meylimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən kənara çəkirsən. Allaha and olsun, əgər təklim etdiyim vəliəhdlik məqamından boyun qaçırsan, sənə zorla qəbul etdirəcəyəm. Əgər yenə qəbul etməsən, səni öldürdəcəyəm. (Mərhum Şeyx Səduqın İləluş-şəraye kitabı, 1-ci cild, səh. 226)

Belə olan surətdə Həzrət İmam Rza əleyhissəlam buyurur: “Yalnız bu şərtlə sənin vəliəhdliyini qəbul edirəm ki, heç vaxt hökumət işlərində əmr sahibi olmayacam, eləcə də vəzifə sahiblərinin işə təyin edilib işdən kənarlaşdırılması, qəzavət və fətva vermək kimi xilafət məsələlərinə dəxalət etməyəcəyəm.” (Mərhum Şeyx Mufidin Əl-İrşad kitabı, səh. 310)

Hicri qəməri 201-ci ili mübarək Ramazan ayının yetdiyi əsnada Həzrət İmam Rza əleyhissəlamın vəliəhdlik xəbəri hər yana yayılmış və bu xəbər müsəlmanların sevinc və təəccübünə səbəb olmuşdur. (Kəşful-Ğummə, 3-cü cild, səh. 123-128)

Sözsüz ki, Həzrət İmam Rza əleyhissəlamın vəliəhdlik xəbəri dostlar və şiələrin sevinc və şadlığına səbəb olmuşdur. Amma o Həzrətin özü bu məsələdən qəmgin və narahat idi. Həzrət bir kişinin çox sevindiyini gördükdə onu öz yanına çağırıb buyurur: “Bu məsələyə ürək bağlayıb ondan sevinmə, bu işin davamı yoxdur.” (Mərhum Şeyx Mufidin Əl-İrşad kitabı, səh. 312)

 Həzrət İmam Rza əleyhissəlam buyurub:

ما احسنَ الصبرَ و انتطارَ الفرجِ أما سمعتَ قولَ اللهِ عز و جل: "وَ ارْتَقِبوا إنّي معكم رقيبٌ فانتظروا إنّي معكم من المنتظرين" فعليكم بالصبر فانّه إنّما  يَجئُ الفرجُ علي اليأس...

Səbr etmək və asayişin intizarında olmaq necə də gözəldir! Bəs, Allah-taalanın kəlamını eşitməmisənmi, buyurur: “Gözləyin! Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm. Asayişin intizarında olun,  mən də sizinlə birgə intizardayam!” Siz də səbr edin, belə ki, ümidsizliyə yetdikdə asayiş olacaqdır...”

Mərhum Şeyx Səduqun “Kəmalud-din və təmamun-nemə” kitabı, 2-ci cild, səh. 645.
Etiketlər :