Həzrət İmam Rza əleyhissəlamın şəhadətinin başsağlığı
29 November 2024
19:26
۱,۷۱۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir Rəhmanir Rəhim
Bir rəvayətə əsasən 202-ci hicri qəməri ili, zil-qədə ayının 23-də Həzrət İmam Əli ibn Musar- Rza əleyhiməssəlam şəhadətə yetmişdir (Əl-Kafi, 1,492).
Bu aqır və hüznlü günü Zamanın İmamı Həzrət Hüccət ibn əl-Həsən əl-Əsgəri əleyhissəlama və o cümlədən Əhli-beyt (əleyhimussəlam) vilayətinin keşikçilərinə və bütün dünya müsəlmanlarına, təsliyət və başsağlığı deyir, mömin bacı və qardaşlara Allah taalanın həqiqi bəndəçiliyini diləyirik.
Həzrət İmam Rza əleyhissəlamdan bir hədisi təbərrük olaraq əzizlərə təqdim edirik:
"المؤمنُ إذا غَضِبَ لَم يُخرِجْهُ غَضَبُهُ عنْ حَقٍّ"
Mömin olan şəxs hər zaman qəzəblənərsə, onun qəzəbi haqqı riayət etməsinə mane yaratmaz.
Əziz mömin bacı-qardaşlaraın nəzərinə çatdırırıq ki, bəzi alimlərin qeyd etdiyi kimi zil-qədə ayının 23-ü günü Həzrət İmam Rza əleyhissəlamın ziyarəti müstəhəbdir. İstər yaxından, istərsə də uzaqdan nəql edilən ziyarətnamələrdə gələn şəkildə o Həzrəti ziyarət edə bilərsiz. Burada Həzrətin ziyarətinə nail olmaq niyyəti ilə məşhur bir ziyarətnaməni əzizlərə təqdim edirik:
اللهمَّ صَلِّ عَليَ عليِّ ابْنِ مُوسي الرّضا المُرْتَضيَ اْلإمامِ التَّقيِّ النَّقيِّ و حُجَّتِكَ عليَ مَنْ فَوقَ الأرضِ و مَن تَحتَ الثَّريَ الصِّدِّيقِ الشهيدِ صلاةً كَثيرةً تامَّةً زاكيةً مُتواصِلَةً مُتَواتِرَةُ مُتَرادِفَةً كأفضلِ ما صَلَّيتَ علي أحَدٍ مِن أوليائِكَ
Dünya müsəlmanlarını, məxsusən zülmə və cəfaya məruz qalmış mömin bacı-qardaşları dua etməyi unutmayın!