Həzrət İmam Cavad əleyhissəlamın şəhadəti

29 November 2024

19:03

۲,۲۴۱

Xəbərin xülasəsi :
Bu gün hicri-qəməri zil-qədə ayının sonu miladi tarixi ilə sentiyabr ayının on dördü doqquzuncu imam Həzrət Muhəmməd ibn Əlinin (əleyhiməssəlamın) şəhadət günüdür. Bu böyük əza və matəm gününü ilk öncə Allah taalanın sonuncu hüccəti Həzrət Sahib əz-Zamana (inşaallah tezliklə zühura gəlsin) təsliyət deyir, eləcə də bütün müsəlman bacı-qardaşlara, xüsusən Əhli-beyt (əleyhimussəlam) məktəbinin davamçılarına başsağlığı veririk!
آخرین رویداد ها

Bismillahir Rəhmanir Rəhim

Bu gün hicri-qəməri zil-qədə ayının sonu miladi tarixi ilə sentiyabr ayının on dördü doqquzuncu imam Həzrət Muhəmməd ibn Əlinin (əleyhiməssəlamın) şəhadət günüdür. Bu böyük əza və matəm gününü ilk öncə Allah taalanın sonuncu hüccəti Həzrət Sahib əz-Zamana (inşaallah tezliklə zühura gəlsin) təsliyət deyir, eləcə də bütün müsəlman bacı-qardaşlara, xüsusən Əhli-beyt (əleyhimussəlam) məktəbinin davamçılarına başsağlığı veririk!

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın həyatına qısa baxış

Doqquzuncu İmamın adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbi Təqi və Cavad olmuş hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur.1 Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan 2 Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu.3

Belə ki İmam Riza (əleyhissəlam) o xanımı pak nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.4

İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş5 və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.

İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) imamət dövrü iki Abbasi xəlifəsi Məmun (193-218 h.q) və Mötəsimin (218-227 h.q) zamanına təsadüf edir. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (əleyhissəlam) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.

İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (əleyhissəlam) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (əleyhissəlam) bizim yanımıza gəldi. İmam Riza (əleyhissəlam) buyurdu ki şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”6

Deyilənlərə görə İmam Riza (əleyhissəlam) müxtəlif münasibətlərdə yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Riza əleyhissəlamın hüzurunda olarkən Həzrət Cavad əleyhissəlamı onların yanına gətirirlər. Onlar İmam Riza əleyhissəlamdan soruşurlar ki bu həmin dediyiniz xeyir-bərəkətli uşaqdır?

 İmam Riza (əleyhissəlam) onların cavabında buyurur: “Bəli bu İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”7

Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O İmam Cavad əleyhissəlamı öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhissəlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavad əleyhissəlamın verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.”

Qəlbində İmam Cavad əleyhissəlama qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhissəlamı öldürmək fikrinə düşdü. Nəhayət, o öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhissəlamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir.İmam Cavad (əleyhissəlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.

1-Üsuli-kafi, c.1, səh.492.

2-Üsuli-kafi, c.1, səh.315. 492.

3-İsbatül-vəsiyyət, səh.209.

4-Biharül-ənvar, c.50, səh.15.

5-Üsuli-kafi, c.1, səh.492.

6-Əl-İrşad, səh. 319.

7-Biharül-ənvar, c.50, səh.20.

Etiketlər :