Zil-hiccə ayının 9-u (23 sentyabr) Ərəfə günüdür

29 November 2024

19:19

۱,۶۷۴

Xəbərin xülasəsi :
Zil-hiccə ayının 9-u Ərəfə günü, eləcə də Həzrət Muslim ibn Əqil əleyhissəlamın şəhadət günüdür.
آخرین رویداد ها
Bismillahir-Rəhmanir-Rəhim
Zil-hiccə ayının 9-u Ərəfə günü, eləcə də Həzrət İmam Huseyn əleyhissəlamın Kufə xalqının dəvəti ilə onlar üçün təyin etdiyi xüsusi nümayəndəsi cınab Muslim ibn Əqil əleyhissəlamın Kufədə  Ubeydullah ibn Ziyad tərəfindən acınacaqlı şəkildə şəhadətə çatdığı gündür.
Bu gün bütün hacılar Ərəfə çölündə razu-niyaz edib Allah taala ilə munacata məşğul olurlar. Həmçinin, Əhli-beyt əleyhimussəlamın aşiqləri müqəddəs məkanlarda, o cümlədən müqəddəs Kərbəla şəhərində toplanaraq dua və munacat edirlər. Ərəfə günündə Həzrət İmam Huseyn əleyhissəlamın Məkkəni tərk edib Kufəyə tərəf yollandığı zaman Allah taala dərgahına oxuduğu son dərəcə dəqiq əqidəni və böyük məərifəti ehtiva edən məşhur "ərəfə" duasını zəmzəmə edir və mərifət qüllələrinə yol tapırlar.
Həzrət İmam Səccad əleyhissəlamın Ərəfə günü oxuduğu duadan bir hissəni əzizlərə təqdim edirik:
 سبحانک! بسطت بالخیرات یدک و عرفت الهدایة من عندک فمن التمسک لدین او دنیا وجدک

Pak və  pakizəsən! Əlini xeyrli və gözəl işlər üçün açmısan və hidayət sənin tərəfindən tanınmışdır. Belə ki, hər kəs Səni din və ya dünya üçün istərsə, şübhəsiz tapacaqdır...
İltimasi dua!
Etiketlər :