Zil-hiccə ayının 10-u (24 sentyabr) Qurban bayramıdır

08 July 2024

17:57

۱,۶۸۷

Xəbərin xülasəsi :
Zil-hiccə ayının 10-u, sentyabrın 24-ü Qurban bayramıdır. Bütün müsəlman bacı-qardaşları bu gün münasibətilə təbrik edirik.
آخرین رویداد ها
Bİsmillahir-Rəhmanir-Rəhim
Zil-hiccə ayının 10-u, sentyabrın 24-ü böyük Qurban bayramıdır.
Həzrət İmam Səccad əleyhissəlamın "Səhifəyi Səccadiyyə" kitabında gələn Qurban bayramında oxuduğu duadan bir hissəsini əzizlərə təqdim edirik:
  

اللهم و اجعلنی من اهل التوحید و الامان بک و التصدیق برسولک و الأئمه الذین حتمت طاعتهم ممن یجری ذلک به و علی یدیه آمین یا رب العالمین

İlahi! məni tövhid əhlindən və Sənə imanı olan və itaətlərini vacib buyurduğun Peyğəmbərini (sallallahu əleyhi və alih) və imamlarını təsdiq edənlərdən qərar ver. O kəslər ki, tövhid, iman və Rəsulunun (sallallahu əleyhi və alih) təsdiqi onların əli ilə icra olunur. Amin ya Rəbbəl aləmin!
Bu böyük bayram münasibətilə bütün müsəlman bacı-qardaşları təbrik edir, Əhli-bayt aşiqlərinə ən səmimi dualarımızı hədiyyə edirik!
İltimasi dua!
Etiketlər :