18 Zil-hiccə böyük Qədir-Xum bayramıdır
29 November 2024
19:24
۱,۷۹۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rəhmanir-Rəhim
Cümə günü 1436-cı hicri ili zil-hiccə ayının 18-i (oktyabr 2) vilayət bayramı böyük Qədir-Xum bayramıdır.
Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) bu əzəmətli bayram münasubətilə buyurub:
يومُ غديرِ خمٍّ أفضلُ أعيادِ أُمّتي و هو اليومُ الذي أمَرَني اللهُ - تعالي ذكره- فيه بنَصبِ أخي علي ابن أبي طالبٍ علماً لأمتي يَهتَدونَ به من بعدي و هو اليوم الذي أكملَ اللهُ فيه الدينَ و أتمَّ علي أمتي فيه النعمةَ و رضيَ لهم الاسلامَ ديناً.
Qədir-Xum günü mənim ümmətimin ən üstün bayram günüdür. Qədir günü Allah taala mənə göstəriş buyurdu ki, qardaşım Əli ibn Əbi Talibi ümmətim üçün düz yolu tanıyıb hidayət tapmaq üçün nişanə olaraq mənsub edim. Qədir-Xum günü elə bir gündür ki, Allah taala o gündə dini kamilləşdirdi, nemətləri ümmətimə tamamladı və İslam dinini onlar üçün təyin etdi. (Biharul-Ənvar, 98-110)
Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) 18 zil-hiccə tarixində həccətul- vidadan qayıdarkən Qədi-Xum məntəqəsinə yetdi. Bu məntəqə Cohfəyə yaxın, İraq, Misr və Mədinəlilərin bir-birindən ayrılan yeridir. Bu məntəqədə Cəbrail nazil oldu və aşağıdakı mübarək ayəni nazil buyurdu:
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
· Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil edilən Quranı təbliğ et! Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! ( Maidə surəsi, 67)
O Həzrət əmr etdi ki, bu yerdə mənbər düzəltsinlər, sonra mənbərə çıxıb yüz iyirmi min insanın hüzurunda geniş bir xütbə danışdı və həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) əlini tutub yuxarı qaldırdı və buyurdu:
من كنت مولاه فهذا علي مولاه
Hər kəs, mən onun mövlasıyam, Əli də onun mövlasıdır.
Beləliklə, həzrət Rəsulullah (sallallahu əleyhi və alih) Allah taalanın əmri ilə Həzrət Əli əleyhissəlamı xilafətə və öz yerinə canişin seçdi.
Müsəlmanların yorğunluğuna baxmayaraq Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) dörd saata qədər xütbə danışdı və xalqa özündən sonra İlahi xəlifəni tanıtdırmaqla heç kəs üçün bəhanə yeri qoymadı. Bu zaman Həzrət Cəbrail bir daha nazil olub bu ayəni bəyan buyurdu:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizing üçün din olaraq islamı bəyənib seçdim… (Maidə surəsi, 3)
Beləliklə, Həzrət Əli əleyhissəlamın xilafət və İmaməti bu gündən etibarən müsəlmanlar yanında bəlli oldu və müsəlmanlar bu böyük və əzəmətli bayram münasibətilə bir-birini təbrik etdilər.
Məhz ona görə bu gündə müsəlmanların bir-biri ilə görüşüb təbrik etmələri o gündən sonra adət ən-ənəyə çevrlmişdir və onlar görüşərkən bir-biri üçün dua edib belə deyirlər:
الحمدُ لله الذي جعلَنا من المُتَمسّكين بولاية أمير المومنين عليه السلام
Əziz müsəlman bacı və qardaşlar! Biz də sizlri öz növbətimizdə bu şərəfli bayram münasibətilə səmimi qəlbdən təbrik edir və sizlərə ən gözəl və istəkli həyat səadəti arzulayırıq!
İltimasi dua!