24 Zil-hiccə mübarək mübahilə günüdür
29 November 2024
16:50
۱,۹۳۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rəhmanir-Rəhim
Hicri qəməri 10-cu il zil-hiccə ayının 24-ü mübahilə vaqiəsi günüdür.
Mübahilə lüğətdə “bəhl” sözündən olub azad etmək və bir şeydən qeyd və düyün açmaq mənasınadır.
Amma istilahda mübahilə, iki tərəfin bir-birini nifrin və lənət etməsinə deyilir. Mübahilə belə olur ki, iki tərəf məzhəb məsələsi ilə əlaqədar bir-birilə danışıq apardıqdan sonra bir tutarlı nəticəyə çatmadıqları surətdə müəyyən edilmiş bir yerdə toplanıb Allah-taala dərgahı qarşısında xüzu edərək qarşı tərəfin dediklərini təkzib edilməsi nişanəsi olaraq yalançının rüsvay və cəzalanmasını istəyirlər.
Mübahilə vaqiəsinin müxtəsər şərhi:
Peyğəmbər Əkrəm sallallahu əleyhi və alih İlahi əmrə itaət edəib öz risalətini xalqlara çatdırmaq üçün bir çox məmləkətə və ölkəyə məktub yazdı və ya nümayəndə göndərərək Haqqı pərəstiş etmək nidasını dünya xalqlarına çatdırdı.
O cümlədən, Nəcran Oskofu “Əbu Harisə” bir məktub yazdı və o məntəqənin sakinlərini İslam dininə dəvət etdi. Nəcran camaatı İslamı qəbul etməkdən boyun qaçırıb öz nümayəndələrini Mədinəyə, Peyğəmbərlə danışığa göndərdilər. Onlar bir-neçə dəfə Həzrət Peyğəmbərlə sallallahu əleyhi və alih danışığa girdilər. Həzrət onları öncə açıq-aydın dəlillərlə qane etməyə çalışdı lakin onlar qəti və tutarlı bürhanlara baxmayaraq yenə də Həzrətin buyurduqlarını qəbul etməyib öz inad və düşmənçiliklərinə israrlı olduqlarını bildirdilər.
Allah təala mübarək Ali İmran surəsinin 61-ci ayəsində bu vaqeəyə işarə edərək buyurur:
فَمَنْ حَآجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَآءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
(Həzrət İsa barəsində) Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”
Bundan sonra Həzrət Peyğəmbər sallallahu əleyhi və alih və Nəcran nümayəndələri mübahilə üçün qərara gəldikləri məhəllə getdilər. Nəcranlılar bir də gördülər ki, həzrət Peyğəmbər sallallahu əleyhi və alih nəvəsi Hüseyni qucağına götürüb, digər nəvəsi Həsənin əlindən tutub Əli və Fatimə əleyhimussəlamla birlikdə mübahiləyə gəldikləri halda Həzrət Peyğəmbər öz Əhli-beytinə (əleyhimussəlam) deyir: “Hər zaman mən dua oxusam siz də amin deyin!”
Məsihilər bu səhnəni gördükdə çox vəhşətə düşdülər. Onlar Həzrət Peyğəmbərin sallallahu əleyhi və alih özünün ən yaxın və əziz adamlarını mübahiləyə gətirməsindən başa düşdülər ki, Həzrət öz iddiasına möhkəm inanır və bu fikrində qətidir. Çünki əgər belə olmasaydı Həzrət öz Əhli-beytini İlahi xətər müqabilində qərar verməzdi. Bu səbəbdən Nəcranlılar mübahilə etməkdən çəkinib sülh təklifini irəli sürdülər.
Təthir ayəsinin nüzulu:
Həzrət Rəsulullah sallallahu əleyhi və alih mübahilə günü bir qədər öncə öz əbasını mübarək çiyninə salıb Həzrət Əmirəl-möminin, xanım Fatiməyi Zəhra, Həzrət Həsən və Huseyn əleyhimussəlamı əbasının altına alıb dedi: “Ey Rəbbim! Hər peyğəmbərin əhli-beyti olmuşdur. Onlar peyğəmbərin ən xüsusi və əziz şəxsləri olmuşlar. Bunlar da mənim Əhli-beytimdir. Bəs, şəkk və günahı onlardan uzaq et və onları pak və pakizə qərar ver.” Bu zaman cənab Cəbrail hüzura yetib onların şənində müqəddəs Quranın Əhzab surəsinin 33-cü ayəsində gələn “Təthir” ayəsini nazil etdi:
"... إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا"
Siz ey Peyğəmbərin Əhli-beyti! Allah sizdən günahı yox etmək və sizi tər-təmiz etməyi iradə buyurur.
Əziz müsəlman bacı-qardaşlar! Mübahilə günü Əhli-beyt əleyhimussəlamın şənində və əzəmətində qeyd edilmiş İslam tarixinin unudulmaz və möhkəm dəlillərindən biridir. Mübahilə ayəsi müqəddəs Quranda gəlməklə bir daha Əhli-beyt əleyhimussəlamın əbədi olaraq Qurani kərimlə birlikdə olduğunu təsdiq dən açıq-aydın dəlildir.
Bu əzəmətli və mübarək günü Həzrət İmam Zaman əleyhissəlama təbrik deyir və mömin bacı qardaşlara ən səmimi və istəkli dualarımızı təqdim edirik! İltimasi dua.