2015-ci il dekabrın 2-si Ərbəin ziyarəti günüdür
29 November 2024
16:51
۱,۷۴۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rəhmanir-Rəhim
2015-ci il dekabrın 2-si ilə mütabiq olan hicri-qəməri 1437-ci il 20 səfər tarixində Həzrət İmam Huseyn əleyhissəlam və o Həzrətin vəfalı səhabəsinin ərbəin ziyarətidir.
Allah-taala, Aşura qiyamının yalnız Həzrət Seyyiduş-Şuhəda (əleyhissəlam) vasitəsilə bərpa olunmasını müəyyən etdiyi kimi, yalnız bu qiyama aid olan özünəməxsus xüsusiyyətlər də qərar vermişdi.
Belə xüsusiyyətlərdən biri də heç bir peyğəmbər və övsiyanın şəhadət və vəfatına xas olmayan “Ərbəin” (qırxıncı gün) ziyarətidir.
Həzrət İmam Həsən Əsgəri əleyhissəlamdan nəql edilən bir hədisdə bu ziyarətin əhəmiyyəti barədə buyurur:
رُوِيَ عَنْ أَبِي مُحَمَّدٍ الْحَسَنِ بْنِ عَلِيٍّ الْعَسْكَرِيِّ ع أَنَّهُ قَالَ عَلَامَاتُ الْمُؤْمِنِ خَمْسٌ صَلَاةُ الْإِحْدَى وَ الْخَمْسِينَ وَ زِيَارَةُ الْأَرْبَعِينَ وَ التَّخَتُّمُ فِي الْيَمِينِ وَ تَعْفِيرُ الْجَبِينِ وَ الْجَهْرُ بِ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ
كتاب المزار- مناسك المزار( للمفيد)، ص53.
Möminin beş əlaməti vardır; onlardan biri, ərbəin ziyarətidir...
Ərbəin ərəfəsində dünyanın müxtəlif ölkələrindən Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın aşiqləri müqədəs Kərbəla şəhərinə yürüş edərək Əba Əbdillahil-Huseyn əleyhissəlamın ziyarətinə nail olaraq bir daha Aşura məktəbinin misilsiz ibrətlərindən faydalanırlar.
Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın əzəmətli Ərbəin yürüşünün iştirakçısı olmaq hər bir Əhli-beyt (əleyhiməssəlam) aşiqi üçün səadət və arzudur.
Dünyanın müxtəlif ölkələrindən olan mömin və aşiq insanların bu misilsiz yürüşdə iştirak etmələri şübhəsiz ki, Pərvərdigarın əzəmətli nişanələrindən biri və İslam dinini yaşatmaq uğrunda ən böyük səbəblər kimi tanınmalıdır.
Biz də hər yerdə varıqsa, Ərbəin ziyarətçilərinin uca mənəvi halına qibtə edir və onlarla birgə olmağı arzulayırıq...