28 Səfər, Böyük müsibət və unudulmaz qəm-qüssə
29 November 2024
17:09
۱,۸۶۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rəhmanir-Rəhim
Həzrət Əmirəl-möminin (əleyhissəlam) möhtəşəm “Nəhcul-bəlağə” kitabında, Həzrət Rəsullullahı (sallallahu aleyhi və alih) Qiyamət nişanəsi, Beheşt müjdəsi və İlahi nemət adlandıraraq buyurur:
"...فَإِنَّ اللَّهَ جَعَلَ مُحَمَّداً ص عَلَماً لِلسَّاعَةِ وَ مُبَشِّراً بِالْجَنَّةِ وَ مُنْذِراً بِالْعُقُوبَةِ خَرَجَ مِنَ الدُّنْيَا خَمِيصاً وَ وَرَدَ الْآخِرَةَ سَلِيماً لَمْ يَضَعْ حَجَراً عَلَى حَجَرٍ حَتَّى مَضَى لِسَبِيلِهِ وَ أَجَابَ دَاعِيَ رَبِّهِ فَمَا أَعْظَمَ مِنَّةَ اللَّهِ عِنْدَنَا حِينَ أَنْعَمَ عَلَيْنَا بِهِ سَلَفاً نَتَّبِعُهُ وَ قَائِداً نَطَأُ عَقِبَه..."
Allah-təala Həzrət Muhəmmədi (səlləllahu əleyhi və alih) qiyamətin nişanəsi, cənnətin müjdə verəni və (günahlardan) əzabla qorxudan qərar verib. Ac qarınla bu dünyadan getdi, və axirətə sağlam halda daxil oldu. Öz yolunu tapana və Allahının dəvətini yerinə yetirənə qədər daşı daş üstünə qoymadı. Doğrusu, Allah-təala o Həzrətin nemətinin vücudunu bizə rəhbər olmaq və onun ardınca getməyimiz üçün bizə əta buyurmaqla nə böyük ehsan və yaxşılıq etmişdir! Elə bir rəhbər ki, addımımızı onun ayağının izinə qoyaq...
Allahdan istəyirik bizi bu böyük nemətin qədrini bilən və nemətlər müqabilində dildə deyil, əməldə şükr edənlərdən olaq və bununla da, o Həzrətin həqiqətdə yolunun davamçılarından sayılaq, İnşaallah!
Mənbə: Nəhcul-bəlağə, 160-cı xütbə.