Həzrət İmam Rza əleyhissəlamın şəhadəti

29 November 2024

17:03

۱,۸۶۹

Xəbərin xülasəsi :
1437-ci hicri-qəməri səfər ayının 30-u, miladi 2015-ci il dekabrın 12-i Həzrət Əli ibn Musa, İmam Rza əleyhissəlamın şəhadət günüdür...


آخرین رویداد ها

 Bismilləhir-Rahmənir-Rahim

1437-ci hicri-qəməri səfər ayının 30-u, miladi 2015-ci il dekabrın 12-i Həzrət Əli ibn Musa, İmam Rza əleyhissəlamın şəhadət günüdür.

Məşhur rəvayətə əsasən Həzrət İmam Rza əleyhissəlam hicri-qəməri 203-cü ildə Əbbasi xəlifəsi Məmunun zəhər verməsi nəticəsində şəhadətə yetişmişdir. Zahirdə İmama təzim və ehtiram göstərən, lakin batində Allah hüccətinə zülm və əziyyət edən munafiq Məmun bu qətlin səbəbini xalqın nəzərindən gizli saxlamaq niyyəti ilə Həzrət Rza əleyhissəlamın pak cənazəsini sanki ehtiram edərək Harun ər-Rəşidin qəbri kənarında torpağa basdırmışdır. Munafiq Məmunun hiyləgərliyi ilə bir çox  sadəlövh insanların aldanmasına baxmayaraq, İmam Rza əleyhissəlamın öz şəhadəti barəsində xüsusi şiələrə qabaqcadan verdiyi xəbər nəticəsində qəsbkar xəlifənin hiyləsi baş tutmamış və Həzrətin şəhadət xəbəri həqiqi möminlər üçün aşkar olmuşdur...

Bu böyük müsibəti zəmanənin imamı Həzrət Hüccət ibn Həsən əleyhiməssəlama və Əhli-beyt davamçılarına təsliyət və başsağlığı deməklə bərabər, bütün möminləri hər dövrün riyakar insanlarının fitnə və hiyləsinə aldanmamağa, bəsirət və agahlığa yiyələnməyə səsləyirik!

Həzrət İmam Rza əleyhissəlam Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql etdiyi bir hədisdə buyurur:

عَلِيُّ بْنُ مُوسَى الرِّضَا (عليهما السلام) عَنْ أَبِيهِ عَنْ آبَائِهِ عَنْ عَلِيٍّ (عليه السلام) قَالَ قَالَ رَسُولُ اللَّهِ (صلی الله عليه و اله) "مَنْ‏ عَامَلَ‏ النَّاسَ‏ فَلَمْ‏ يَظْلِمْهُمْ‏ وَ حَدَّثَهُمْ فَلَمْ يَكْذِبْهُمْ وَ وَعَدَهُمْ فَلَمْ يُخْلِفْهُمْ فَهُوَ مِمَّنْ كَمُلَتْ مُرُوءَتُهُ وَ ظَهَرَتْ عَدَالَتُهُ وَ وَجَبَتْ أُخُوَّتُهُ وَ حَرُمَتْ غَيْبَتُه‏"

عيون أخبار الرضا عليه السلام‏، ج 2، ص 30.

“Cəmiyyətin işlərində fəaliyyət göstərən hər bir kəs, əgər xalqa zülm etməzsə, danışdığı sözlərində yalan deməzsə, xalqa verdiyi vədələrə xilaf çıxmazsa, belə şəxsin mürüvvəti kamil və ədaləti aşkardır. Demək, bu xüsusiyyətli şəxslə qardaşlıq etmək vacib, beləsinin qeybətini etmək isə haramdır.”

Etiketlər :