Şiələrin sevinc və şadlıq günü
29 November 2024
16:50
۱,۶۸۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 260-cı il Rəbiul-əvvəl ayının 9-u, Həzrət İmam Həsən Əskərinin (əleyhissəlam) şəhadətindən sonra İmam Sahib əmr vəz-Zaman əleyhissəlamın imamətinin və Həzrətin kiçik qeybət dövrünün başlanğıcı tarixidir.
Bu gün Allah-təalanın haqq olan hüccəti, bəşəriyyət aləminə nicat verən sonuncu İlahi xəlifənin-Həzrət Bəqiyyətullahil-Əzəmin (əccələllahu təala fərəcəhuş-Şərif) 260-cı hicri ilində imamətinin ilk günü və şiələrin böyük bayramıdır.
Rəbiul-əvvəl ayının 9-u Həzrət İmam Məhdi Sahib əz-Zaman əleyhissəlamın imamətinin başlanğıc tarixi Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) xəbər verdiyi və Həzrət Siddiqeye Kubranın (əleyhasalam) dualarının icabət olunduğu gündür. Bu gün Əhli-beytin (əleyhimussəlam), ənbiyanın, mələklərin və Həzrət Əmirəl-möminin Əli ibn Əbi Talibin (əleyhiməssəlam) dostlarının şadlıq günü və şiələrin böyük bayramıdır.
Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) bu günü bayram tutmağı tövsiyə etmişdir. Allah-təala bu gündə infaq edən və din qardaşlarına ehsan verən şəxsi bağışlayar. Bu gündə ailə üzvlərinə xidmət göstərmək, onların rifahını təmin etmək, təzə paltar geyib ətirlənmək, Allah-təalanın dərgahına şükr və ibadət etmək müstəhəbdir.
Bu böyük bayram müxtəlif adlarla məşhur olmuşdur. O cümlədən, “Eydullahul-Əkbər”, “Qədir sani”, “Əhli-beytin (əleyhimussəlam) bayramı”, “Şiələrin fərəh günü”, “Zəlalət və azğınlığın sarsıldığı gün” və s.
Bu gündə mərhum Muxtar Səqəfinin vasitəsilə məlun Yəzidin ordusuna başçılıq edən zalım Ömər ibn Sədin qətlə yetirilməsi də Əhli-beyt (əleyhimussəlam) şiələrinin sevinc və şadlığının artmasına səbəb olmuşdur.
Şiələrin sevincinə səbəb olan bu bayram gecəsini bütün mömin və möminə bacı-qardaşlara təbrik deyir və Pərvərdigarın dərgahına üz tutub sonuncu imamımız Həzrət Məhdi əleyhissəlamın zühura yetməsi üçün dua edirik!
Həmçinin, hicrətdən təqribən 15 il öncə rəbiul-əvvəl ayının 10-u Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) xanım Xədicəyi Kubra əleyhasalamla izdivac etdiyi gün ilə mütabiqdir. Həzrət Xədicəyi Kubra əleyhasalam iyirmi dörd il bir aya qədər Həzrət Peyğəmbərlə (sallallahu əleyhi və alih) birlikdə yaşamış və o xanım həyatda olduğu müddətində Peyğəmbərimiz (sallallahu əleyhi və alih) başqa bir xanımla evlənməmişdir. Tarixi mənbələrdə Həzrət Xədicəyi Kubra əleyhasalamın məqam və fəzilətləri barəsində, eləcə də Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) bu böyük şəxsiyyətlə qarşılıqlı məhəbbətilə əlaqədar çoxlu məlumat qeyd edilmişdir...