Həzrət Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu
29 November 2024
16:49
۱,۸۸۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicrətdən 53 il öncə, rəbiul-əvvəl ayının 17-də cümə günü sübh əzanı vaxtı müqəddəs Həzrət Peyğəmbər Muhəmməd ibn Əbdullah (sallallahu əleyhi və alih) Məkkə şəhərində dünyaya göz açdı.
Həzrət dünyaya gələrkən səmadan nida gəldi:
"جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا"
“Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluqa məhkumdur!”
Müqəddəs Quran, Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəsfində buyurur:
يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا وَدَاعِيًا إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجًا مُنِيرًا
Ya Peyğəmbər! Həqiqətən, biz səni şahid, müjdə verən və xəbərdarlıq edən göndərdik! Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir şıraq olaraq göndərdik!
Eləcə də buyurur:
"وَمَا أَرْسَلْنَاكَ إِلاَ رَحْمَةً لِلْعَالَمِينَ"
Biz səni aləmlərə ylnız rəhmət olaraq göndərdik!
Həmçinin, hicri-qəməri 83-cü il rəbiul-əvvəl ayının 17-i Həzrət İmam Sadiq əleyhissəlamın səadətli təvəllüd günüdür. O həzrət müqəddəs Mədinə şəhərində dünyaya gəlmiş və Cəfəri məzhəbinin banisidir.
Burada bəzi şəxsiyyətlərin Həzrət Sadiq (əleyhissəlam) barəsində dedikləri kəlamların qısa surətdə sizə təqdim edirik:
Zeyd ibn Əli (Zeynəl-abidin) əleyhissəlam deyir:
“Hər bir dövrdə Allah-təala biz Əhli-beytdən (əleyhimussəlam) bir şəxsi xalq üçün hüccət və dəlil təyin edir. Bizim dövrümüzün hüccəti də qardaşım oğlu Cəfərdir! Ona tabe olan heç vaxt azğınlığa uğramaz və onunla müxalifət edən isə hidayət tapmaz.”
Maliki məzhəbinin banisi Malik ibn Ənəs deyir:
“Cəfər ibn Muhəmmədi (əleyhissəlam) həmişə üç haldan birində gördüm; Ya namaz halında, ya oruc halında, ya da Quranı qiraət etdiyi halda. Elm, ibadət və təqva baxımından Cəfər ibn Muhəmməddən (əleyhissəlam) əfzəl və üstün bir şəxsi heç bir kəsin gözü görməmiş, qulağı eşitməmiş və fikrində olmamışdır.”
Hənəfi məzhəbinin banisi Noman ibn Sabit (Əbu Hənifə) Həzrət İmam Sadiq əleyhissəlamdan iki il elm və dərs almasını yada salaraq deyir:
“Əgər o iki il (təhsilim) olmasaydı, Noman həlak olardı.”
Alusi deyir:
“Bu Əbu Hənifədir, əhli sünnədən olmaqla bərabər iftixar edərək dolğun şəkildə deyir: Əgər o iki il olmasaydı, Noman həlak olardı, yəni iki il İmam Sadiqdən (əleyhissəlam) aldığı təhsili nəzərdə tutur.”
Başqa bir yerdə Əbu Hənifə deyir:
“Cəfər ibn Muhəmməddən (əleyhissəlam) daha üstün bir alim və fəqih şəxsi görməmişəm.”
Şəmsuddin Zəhəbi deyir:
“Cəfər ibn Muhəmməd (əleyhissəlam) Əbu Əbdillah Ələvi, Bəni Haşimin (Əhli-beytin- əleyhimussəlam) seyyididir.”
Xeyruddin Zərkəli deyir:
“(İmam Cəfər Sadiqə əleyhissəlam) Sadiq ləqəbi verilmişdir. Ona görə ki, heç vaxt ondan yalan eşidilməmişdi.”
Müqəddəs Quran buyurur:
"يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ"
Ey iman gətirənlər! Allahdan (Onun əmrindən çıxmaqdan) qorxun və doğru insanlarla olun!
Bu mübarək ayənin təfsirində deyilir: “Doğru və sadiq insanlarla olun!” –dedikdə, məqsəd Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-beyti (əleyhimussəlam) ilə olub o sədaqətli insanların yolunu getməkməkdir.
Doğru olmağın müxtəlif dərəcələri vardır. Bu mübarək ayə, mütləq şəkildə sidq və doğruluğu bəyan etdiyi üçün sədaqətin bütün dərəcələrinə şamil olur; Yəni, həm əməldə,həm danışıqda, həm niyyətdə və həm də əqidədə. Əgər bütün bu mərhələlərdə doğru və sadiq olarsa, sözsüz ki, belə şəxs məsumdur. Demək, Əhli-beyt əleyhimussəlam məsumdur və Qurani-kərim möminləri Ali-Muhəmmədlə və Əhli-beytlə (əleyhimussəlam) olmağa çağırır.
Eyni zamanda, Həzrət İmam Sadiq əleyhissəlam da “Ali Muhəmmədin (sallallahu əleyhi və alih) Sadiqi və doğru olanıdır.
Belə olan şəkildə şadlıq və sevinclə deyirik: “Şükr olsun Allaha ki, bizləri Əli ibn Əbi Talibin (əleyhissəlam) davamçıları sırasına qəbul etmişdir!”
Əziz möminlər! Hicri-qəməri 1437-ci il rəbiul-əvvəl ayının 17-si miladi tarixi ilə dekabrın 29-u Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və Həzrət İmam Sadiqin (əleyhissəlam) səadətli və fəxrli təvəllüd günüdür. Bu mübarək gündə Allah-təalanın rəhmət və sədaqət sifətləri təcəlli edərək bütün bəşəriyyəti Öz nuruna boyamışdır.
Bu şərafətli və sevinc dolu gündə bütün mömin bacı-qardaşları təbrik edir Allah-təaladan istəyirik ki, qəlblərimizi Quran və Əhli-beyt nuru ilə işıqlandırsın! Amin, ya Rəbbəl-aləmin!