Dua və ibadət mənəvi tərəqqi vəsiləsi
29 November 2024
15:22
۱,۵۹۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rəhmanir-Rəhim
Dua və ibadət mənəvi tərəqqi vəsiləsi
Allahla mənəvi ünsiyyət bağlamaq insanın dirçəliş və tərəqqisinə səbəb olduğu üçün, Allah-taala da dua edən bəndəsini sevir və ona mərhəmət göstərir.
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:
«Dua qapıları üzünə açıq olan bəndə üçün Allahın rəhmət və Behişt qapıları da açıqdır».[1][1]
Doğrudur, həqiqi dua və ibadət insanın müqəddəratına təsir göstərən əsas amildir. Amma bu, o demək deyildir ki, həyatda maddi və təbii vasitələr və səbəblərdən istifadə etməyib, ancaq dua və raz-niyazla kifayətlənək. Maddi aləmdə hər bir əməlin təbii səbəb və vasitəsi də vardır. Səbəb və dəlil olmadan əməl də baş verməz.
Lakin unutmayaq ki, dua və minacat insana nur və fəaliyyət verir. İnsan ibadət vasitəsilə Allahın nəzərini özünə yönəldir və İlahi nemətlərə nail olmaq üçün yüksək ləyaqət və istedad kəsb edir. İstedad və ləyaqətin artması da təbii qanunlar çərçivəsində baş verir və maddi səbəblər vasitəsilə həyata keçir. Başqa ibarə ilə desək, İlahi nemətlər insanların istedadı və ləyaqətinə nisbət onlara əta edilir. İstedad və ləyaqət isə Allahın lütfü və inayəti nəticəsində aləmdə mövcud olan vasitələr və səbəblərdən düzgün faydalanmaqla insana nəsib olur.
Həzrət Əli əleyhissəlam insanın müvəffəqiyyətində duanın təsiri barəsində buyurur:
"الدُّعاءُ مِفْتاحُ الرَّحْمَةِ وسِراجُ الزَّاهِدِينَ وشَوقُ اْلعَابِدِينَ"
«Dua, rəhmət qapılarının açarı, zahidlərin çırağı və ibadət əhlinə şövq verəndir».[2][2]
Dua və minacat sahibi İlahi qüdrətə sığınaraq özündə izzət və şərafət hissi duyur. Bu yüksək ruhiyyə insana tərəqqi və təkamül zirvələrini fəth etmək qüvvəsi bəxş edir. Belə əhvali-ruhiyyəyə malik olan şəxs hər an özündə Allah mərhəmətini hiss edir və çətinliklərə sinə gərərək öz məqsədinə doğru şövq və iradə ilə addımlayır. Təbiidir ki, belə xüsusiyyətli insan həm mənəvi, həm də maddi sahələrdə ən uca məqamlara yüksələcəkdir.
Din rəhbərləri və məsum imamların həyat tərzi və onların Allaha şövqlə ibadət etmələri bu həqiqəti təsdiqləyir ki, dua, raz- niyaz və minacat İlahi bəxşiş və əvəzedilməz bir nemətdir.
Həzrət Muhəmməd və Ali Muhəmməd (səlləllahu əleyhim əcməin) Haqqın dərgahına elə təvazö və yalvarışla dua, raz- niyaz və minacat edirlərlər ki, sanki dua onların gözlərinin nuru və minacat yeganə ümidləridir;
Onlar tövhid və təkallahlıq rəmzi, habelə Qur`an və ilahiyyat elminin böyük müəllimləridir;
Onlar mərifət səmasında ibadət və itaət üçün seçilmiş bəndələrdir;
Onlar İlahi mərifətdən faydalanaraq ən yüksək mənəvi zirvələri aşıb keçmişlər;
Onlar Xaliqin əta buyurduğu bütün elmlərə yiyələnmiş, varlıq aləmi onların mislini görməmişdir;
Onlar yer üzündə haqqın məzhəri, bəşərin təlim və tərbiyə müəllimləridir;
Onlar ariflərin öndəmi və minacat əhlinin imamlarıdır;
Onlar Allaha dua və ibadət tərzini bəşəriyyətə təlim edənlərdir;
Onlar dua və minacat vasitəsilə İlahi mərifəti və Qur`an həqiqətlərini bəyan edənlərdir;
Onlar Allah tərəfindən insanlara hidayət və haqq yolunu göstərənlərdir;
Onlar Allahın: ﴿...فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ﴾ – deyə vücudları ilə iftixar etdiyi bəndələrdir;
Həyatlarını bütünlüklə ibadət və minacata həsr edən bu müqəddəs varlıqlar öz yaşayışları ilə təsdiq etmişlər ki, heç kəs onlar kimi ola bilməyəcək və onların məqamının astanasına belə yetişməyəcəkdir...