Həzrət İmam Həsən Əskərinin (əleyhissəlam) təvəllüdü

29 November 2024

15:26

۱,۴۱۴

Xəbərin xülasəsi :
Hicri qəməri 232-ci il, rəbius-sani ayının 8-i Həzrət İmam Həsən Əskəri (əleyhissəlam) Mədinə şəhərində dünyaya gəlişi ilə dünyanı münəvvər etdi. Həzrətin təvəllüd günü ilə əlaqədar digər rəvayətlər də qeyd edilmişdir...
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri qəməri 232-ci il, rəbius-sani ayının 8-i Həzrət İmam Həsən Əskəri (əleyhissəlam) Mədinə şəhərində dünyaya gəlişi ilə dünyanı münəvvər etdi. Həzrətin təvəllüd günü ilə əlaqədar digər rəvayətlər də qeyd edilmişdir.

Bu şad gün münasibətilə öncə Həzrət Sahib əz-Zamana (əleyhissəlam) gözaydınlığı verir və öz səmimimi təbriklərimizi Həzrətə təqdim edirik. Eləcə də bütün Əhli-beyt (əleyhimussəlam) dostlarına bu mübarək gündə gözəl və xoş saatlar arzulayırıq.

Həzrət İmam Həsən (əleyhissəlam) buyurur:

خصلتان لیس فوقهما شيئ، الایمان بالله و نفع الاخوان

İki xislətdən yüksək heç bir şey yoxdur; Allah-təalaya imanlı olmaq və (müsəlman) qardaşlara xeyir yetirmək.

Mənbə: Biharul-ənvar, 78-ci cild, səh. 374.

Etiketlər :

Həzrət İmam Həsən Əskərinin (əleyhissəlam) təvəllüdü