Namazın sirləri və qaydaları
29 November 2024
04:13
۱,۵۹۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Elmi və mənəvi bəhslərdə çox mühüm və əsərbəxş olan mövzulardan biri namazın sirləri bəhsidir. Bu bəhsdə diqqət və dərindən düşünmək namaz qılan şəxs üçün məqamlar, mərtəbələr və dərəcələr vücuda gətirir. Təəssüf ki, namazın sirlərindən qəflət etmək bir çoxlarımızın namazlarının bizim öz vücudumuzda, ictimai həyatımızda və müsəlman cəmiyyətinin məcmusunda layiqli təsirə malik olmamasına gətirib çıxarmışdır. Əgər namazın əsrarına diqqət etsək və namazı bu əsrara agahlıq və bu həqiqətlərin onda mövcudluğuna nəzər salmaqla yerinə yetirsək, bir çox şəxsi və ictimai çətinliklərimiz öz həllini tapacaq və həmçinin, bir sıra möminlərin zehnində olan bir çox suallara cavab verilmiş olacaqdır. Adətən Həzrət Əmirəl-möminin Əli ibn Əbi Talibin (Allahın ona salam və salavatı olsun) şiələrinin fikrinə belə sual gəlir ki, bir tərəfdən o həzrətin ayağına batmış oxu çıxarmaq istəyərkən görürük ki, həzrət İlahi sifətlərə qərq olması və bütün diqqətini Allahın əzəmətinə cəlb etməsi sayəsində oxun ağrısını belə hiss etmir və onun çıxmasından xəbərsiz olur. Digər tərəfdən isə elə həmin şərəfli insan namaz qıldığı halda miskin bir insanın ehtiyac səsini eşitcək, öz mübarək barmağından üzüyünü şıxarıb o şəxsə bağışlayır.
(ardını izləyin)